Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2585/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borca verdiyi 16066 (on altı min altmış altı) manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 16096 (on altı min doxsan altı) manat pul vəsaitinin tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 3 ilə yaxın müddətdir ki, tanıdığı Cavabdeh 23126 manat borc pul vermişdir. Həmin borc pulu ondan qızının nişanı və toyu üçün istəmişdir. O, da etibar edib həmin pulu vermiş, üstəlik faizə də verməmişdir. Lakin uzun müddətdir ki, Cavabdeh borc pulunu ödəməkdən yayınır. Günü günə sataraq borcunu bugün-sabah ödəyəcəyini deyir. Məhz bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə borcunu tez bir zamanda ödəyəcəyini desə də, bugünə kimi ödəməkdən imtina edir. Halbuki ona bildirmişdir ki, qızının nişan və toy mərasimini yola verdikdən sonra evini girov qoyub borcunu tam olaraq bağlayacaqdır. Dəfələrlə çoxsaylı təkidlərindən sonra cavabdeh öz imzası ilə ona yazılı iltizam təqdim etmişdir. Lakin yenə də cavabdeh öz öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh iltizamda etiraf etdiyi 16566 manat borcdan 500 manat ödəniş etmiş, hazırda cavabdehin ona 16066 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək bu barədə yazılı ərizə verdi, izahatında göstərdi ki, İddiaçı borc almış, həmin borcundan az-az ödəniş etsə də, pandemiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Hazırda iddiaçıya 16066 manat məbləğində borcu vardır. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı yazılaraq, özü tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli iltizamdan göstərilmişdir ki, “mən 2018-ci ilin dekabr ayında İddiaçı 8500 (səkkiz min beş yüz) manat, 2019-cu ilin ortasında isə 8126 (səkkiz min yüz iyirmi altı) manat borc pul götürmüşəm. Götürdüyüm borclardan ödəniş etdikdən sonra 8500 (səkkiz min beş yüz) manat borcdan 5450 (beş min dörd yüz əlli) manat, 6500 (altı min beş yüz) manat borcdan 3490 (üç min dörd yüz doxsan) manat, 8126 (səkkiz min yüz iyirmi altı) manat borcumdan 7626 (yeddi min altı yüz iyirmi altı) manat borcum qalıb. Ümumilikdə 23126 (iyirmi üç min yüz iyirmi altı) manat borcumdan, 16566 (on altı min beş yüz altmış altı) manat Sizə borcum qalıb. Mənim məqsədim borcumu tez bir zamanda bağlamaqdır. Lakin bu pandemiya ilə əlaqədar olaraq, bütün görəcəyim işlərin dayandığı üçün ödəyə biləcəyim məbləği nəzərinizə çatdırmaq istəyirəm. Sizə qalıq qalan borclarımın hərəsinə ayrılıqda ödəniş edib mənə məxsus borcumun ödənişi etmək istəyirəm. Yəni hər ayın sonunda Sizə olan qalıq qalıq borcum 6500 (altı min beş yüz) manata dair 200 (iki yüz) manat borc ödəməyi öhdəmə götürürəm. Beləliklə, hər ayın sonu Sizə 500 (beş yüz) manat borc pul ödəyəcəyəm. Söz verirəm ki, işlərim yoluna düşən kimi bütün borcumu tez bir zamanda bitirəcəyəm. Bütün bu ifadələrim şəxsi olaraq mənə aiddir, doğruluğunu Şəxsi imzamla şəxsiyyət vəsiqəmin surətində təsdiq edirəm.” Məhkəmə iclasında Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli ərizədən görünür ki, iddianı qəbul və etiraf edir. İddiaçıya 16066 manat məbləğində borcu var və maddi imkanı ilə əlaqədar həmin borcu ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşmüş, lakin cavabdeh onun tələbini etiraf etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Bu mənada məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, borc alan kimi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmağı öhdəsinə götürdüyü halda bunu etməmişdir. Buna görə də, Cavabdeh məhz borc müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə 16066 (on altı min altmış altı) manat məbləğində borcu yaranmışdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16066 (on altı min altmış altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16096 (on altı min doxsan altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2585/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2585/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver