Məhkəmə qərarları › İş №2(001)-2589/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2589/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2589/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Airtek” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” **-AG-*** dövlət nömrə nişanlı avtomobillərə vurulmuş ziyana görə “xxxx” ASC tərəfindən ödənilmiş 2800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Moskviç 21406” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X15 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 05 may 2018-ci il tarixdən 05 may 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” ilə sğortalanmışdır. 26 avqust 2018-ci il tarixdə saat 00:22 radələrində Bakı şəhəri, Binəqədi rayonu DSX yolu, Dəniz marketin qarşısında X4 idarə etdiyi “Nissan Navara” markalı **-SU-*** dövlət nömrə nişanlı avtomaşınlayola çıxaraq üzü Binəqədi istiqamətdə hərəkətdə olan zaman DSK yolundan Binəqədi istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “Mitsubishi Artrek” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onnun avtomobilinə vurmuş, Bundan 2-3 dəq sonra DSK yolundan Binəqədi istiqamətində gələn “Moskviç” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq idarəetməni itirmiş, yolun sağ kənarında dayanan “Hyundai Santafe” markalı, **-AG-*** dövlət qeydiyyat nnişanlı avtomobil ilə toqquşmuşdurş Bundan sonnra hadisə yerindən yayınmışdır. Cavabdehin hadisə yerindən yayınması iddia ərizəsinə əlavə olunmuşBinəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru, X21 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqınd qərarla sübut olunur. Hadisə Binəqədi RPİ tərəfindən qeydə alınaraq idarənin təhqiqat şöbəsi araşdırma aparmış, araşdırmanın nəicəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 oktyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın 2-ci bəndinə əsasən “Moskviç” markalı **-KB-*** dövlət nömrəə nişanlı avtomaşının sürücüsü X1 barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə “Nissan Navara” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə, “Mitsubishi” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbbir görülməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. ASC tərəfindən vurulmuş maddi ziyana görə “Mitsubishi Airtek” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1550 manat, “Hyundai Sonata” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1250 manat sığorta ödənişini etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin sonuncu dəfə 16 mart 2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciə edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 noyabr 2018-ci il tarixli, 4253\CML-3949\2018-1 saylı sığorta aktından görünür ki,”xxxx” ASC 26 avqust 2018-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra zərərə uğrayan X2, zərərə uğrayan əmlakı- “Mitsubishi Airtek” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 1550 manat sığorta ödənişi etmişdir. 06 noyabr 2018-ci il tarixli, 4253\CML-3949\2018 saylı sığorta aktından görünür ki,”xxxx” ASC 26 avqust 2018-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra zərərə uğrayan “Mirvari Firması”nın, zərərə uğrayan əmlakı- “Hyundai Sonata” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 1250 manat sığorta ödənişi etmişdir. “xxxx” ASC tərəfindən sığorta hadisəsi zamanı zərərçəkmiş “Mitsubishi Airtek” markalı **-BJ-*** dövlət qeydiyya nişanlı avtomobilə vurulmuş zərərin miqdarı 1550 manat olaraq hesablanmış və avtomobilin yalnız sol tərəfinə dəyən ziyan üçün ödəniş edilmişdir. “xxxx” ASC tərəfindən sığorta hadisəsi zamanı zərərçəkmiş “Hyundai Sonata” markalı **-AG-*** dövlət qeydiyya nişanlı avtomobilə vurulmuş zərərin miqdarı 1250 manat olaraq hesablanmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, M-21406 minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. ƏN-Vİ seriyalı, 33010 saylı etibarnamənin surətindən görünür ki, X15 M-21406 minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək və s. səlahiyyətlər icra etmək üçün Cavabdeh etibarnamə vermişdir. Etibarnamə 17 iyul 2018-ci il tarixində 9 ay 18 gün müddətinə verilmiş və 05 may 2019-cu il tarixinə kimi qüvvədə olmuşdur. ƏN-İV seriyalı, 092964 saylı etibarnamənin surətindən görünür ki, X9 “Nissan Navara” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X6 etibarnamə vermiş, Etibarnamə 19 may 2017-ci il tarixində 2 il 1 ay 22 gün müddətinə verilmiş və 11 iyul 2019-cu il tarixinə kimi qüvvədə olmuşdur. “Mirvari Firması”-nın təsisçisi S.Həmidova tərəfindən firmanııın balansında olan **- AG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X10 26 aprel 2018-ci il tarixində etibarnamə verilmiş və etibarnamə 26 aprel 2022-ci il tarixinədək qüvvədədir. “Mirvari Firması”-nın təsisçisi S.Həmidova tərəfindən firmanııın balansında olan **- AG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X11 30 iyul 2018-ci il tarixində etibarnamə verilmiş və etibarnamə 6 ay müddətinədək qüvvədə olmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru F.İsayev tərəfindən tərtib edilən arayışdan görünür ki, 26 avqust 2018-ci il tarixində Binəqədi rayonu, DSK yolunda toqquşma yol nəqliyyat hadisəsi baş vermiş və “Moskviç” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mitsubishi” markalı, 25- BJ- 251 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “Moskviç” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən, “Mitsubishi” markalı, 25- BJ- 251 dövlət qeydiyyat nişanlı avtomobil isə X7 tərəfindən idarə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı digər zərərçəkmiş “Mirvari Firması”na məxsus **- AG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsi olmuş, hadisə zamanı avtomobili X16 idarə etmişdir. Cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində vermiş olduğu izahatından görünür ki, o 26.08.2018-ci il tarixində yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini spirtli içki qəbul etmişdir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, o hadisədən sonra polis əməkdaşlarının gəlməsini gözləmişdir. Digər maşınların sürücüləri ilə mübahisə etdikdən sonra hadisə yerindən çıxıb getmişdir. Sonradan onu Binəqədi RPİ-nə dəvət etsələr də, maddi imkanı ilə əlaqədar idarəyə gedə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Moskviç markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Nissan Navara” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin üstünlük” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mitsubishi Airtek” markalı, 25 BJ-251 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azəbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Bakı şəhər Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X21 tərəfindən qəbul edilən 10.10.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsinin araşdırması zamanı izahatı alınmış **-AG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini idarə edən X16, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 ifadələrində bildirmişlər ki, Cavabdeh baş vermiş hadisədən sonra avtomobili hadisə yerində qoyaraq oradan uzaqlaşmışdır. Təhqiqat zamanı sürücülərin hadisə zamanı avtomaşını idarə etmək üçün sürücülük hüququnun olması müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən verilən ödəniş qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən X10 1250 manat , X12 isə 1550 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “Moskviç 21406” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu DSK yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə 2 nəqliyyat vasitəsinin “Mitsubishi Airtek” markalı, 25 BJ-251 dövlət qeydiyyat nişanlı avtomobilin və “Hyundai Sonata” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin xəsarət almasına səbəb olmuşdr. Yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Mitsubishi Airtek” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sol tərəfinə 1550 manat, “Hyundai Sonata” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 1250 manat zərər dəydiyi müəyyən edilmişdir. “Mitsubishi Airtek” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən 1550 manat, “Hyundai Sonata” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq isə 1250 manat ödəniş edilmişdir. Hazırda iddiaçı həmin məbləğlərdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. İddiasını cavabdehin hadisə yerindən yayınmasına görə subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Binəqədi RPİ-nin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunduğundan, o cümlədən hadisə nəticəsində sığorta şirkəti tərəfindən zərərçəkənlərə 2800 manat ödənilməsi sübut olduğundan iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx “ ASC-yə ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx “ ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar