Məhkəmə qərarları › İş №2(001)-2596/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2596/2025

21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2596/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv olunaraq cavabdeh tərəfindən mənzilə ödənilmiş dəyərin iddiaçıya həvalə edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətə qəsdə son qoyulması, mənzillərin giriş hissəsində mövcud olan sahənin giriş qapısının açarının təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə (açar sözlər: əmlak, paylar, istifadə hüququ) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Gülbaba qızının və nümayəndəsi Nümayəndə1 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 və nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv olunaraq cavabdeh tərəfindən mənzilə ödənilmiş dəyərin iddiaçıya həvalə edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətə qəsdə son qoyulması, mənzillərin giriş hissəsində mövcud olan sahənin giriş qapısının açarının təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunan əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğin bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq alınan 3 otaqlı mənzilin bir hissəsinə verilən alqı-satqı müqaviləsinin ləğv olunaraq, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən 3 mərtəbəli binanın İİ mərtəbəsində olan ev 13, mənzil 3-ə ödənilmiş dəyərin İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuşdur. Ailəlidir. Hal-hazırda işləmir. Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi ev 13, mənzil 3, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bir hissəsi ümumi sahəsi 24,49 m olan ərazisində xx.xx.2012-ci ildə qeydiyyat tarixinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət dastrı və Reyestri Publik Hüquqi şəxsin verdiyi sənədə əsasən Çıxarışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi rəsmi planı və ölçüsü də mövcud olan mənzili almışdır. Yuxarda göstərilən ünvanda yerləşən 3 otaqlı ümumi dəhlizli mənzil 2 nəfərə məxsusdur: İddiaçı və ikinci hissəsi isə Olqa İvanovnaya məxsus. Olqa İvanovnaya uzun müddət Rusiya Fedarasiyasında işləyib və yaşayıb. İldə bir dəfə gəlib 3-5 gün mənzilə baş çəkib gedirdi. 2019-ci ilin Dekabr ayında ailə qurub Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 13, mənzil 3 olan ümumi sahəsi 24.49 m2 olan ərazisində yerləşən mənzildə həyat yoldaşı ilə birlikdə yaşamışdır. 2019-cu ilin dekabr ayının 31-də Olqa İvanovna adlı xanım öz mənzilinə gəlmiş, onunla tanış olmuşlar. Rusiya Federasiyasının Stavropol şəhərindən gəldikdən sonra təqribən 10-15 gün Bakı şəhərində qalmış, Olqa xanımla söhbət əsnasında danışarkən mənzili satacağı halda onlara məlumat verilməsini xahiş etmiş, razılaşmışlar. Bir müddət keçdikdən sonra Olqa xanımın yerinə mənzilə bir kişi gəldi, maraqlandıqda gülləri sulamağa gəldiyini bildirmişdir. Beləcə, bu kişi Cavabdeh Şikovic hər gün gəlib-getməyə başladı. Olqa xanımın dostuyam dedi və gedib-gəlməyə başladı. Bəzən də tanımadığı bir qadın gəlib-gedirdi. O soruşanda ki, bu qadın kimdir? Cavabdeh Şikovic isə cavab olaraq, arvadı olduğunu bildirmişdir. Daha sonra isə təmir işləri görməyə başlandı. Sual verəndə ki, burda nə edirsiz? Cavab olaraq bildirdi ki, Olqa xanım pul göndərib. Eyvan üçün kafel-metlaq və sairə tikinti materialları almaq lazım olduğuna görə Olqa xanım ona pul göndərib. O qədər natəmizlik baş alıb gedirdi ki, üfunət iyindən oturmaq olmurdu. Hətta səhər saat 5-də Cavabdeh evinə gəlirdi və onu narahat edirdi. Yoldaşı Cavabdeh Şikovicə yaxınlaşaraq onlar arasında danışıqdan sonra bildilər ki, evi Cavabdeh Şikovicə alıb. Hətta onlara deyirdi ki, niyə gəlib getmirsiz, burda niyə heç kim qalmır. Dedi ki, bura onundu. Ona təklif etsəydilər həmin evi vaxtında onlar alardılar. Hətta normal insanlar kimi danışıq üçün qapılarına da getdilər. Qapını cavabdehin qızı açaraq atası ilə danışa bilməyəcəklərini bildirmişdir. Düşünür ki, aladadılmışdır. Qanuni hüquqları pozulub. Olqa İvanovna onlardan xəbərsiz gizli şəkildə ümümi istifadədə olan 3 otaqlı mənzilin bir hissəsini Cavabdeh Şikovicə qanunsuz olaraq satmışdır. Olqa İvanovna evi satırdısa ən azından ona məlumat verməliydi və birinci ona təklif etməliydi. Halbuki, bununla bağlı da ona söz vermişdi. Lakin verilən vədlər yerinə yetirilmədi.Tanımadığı bir insanla məcburiyyət qarşısında qalaraq dəhlizini bölüşür. Xanım birdən-birə müəmmalı şəkildə yoxa çıxdı. Həmin məzildən də çox qəribə sözlə deyiləcək qədər almayan hətta artıq çox pis qoxular gəlir. Sonra məzil kommunal istismar sahəsinə (jekə) gedərək öyrəndilər ki, həqiqətən evi onlara təklif etmədən onun evinə gülü sulamaq adı ilə gələn Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, mənzil 11-də yaşayan Cavabdeh qanunsuz olaraq alıb. Gülü sulamaq adı ilə yalandan gələrək ümumi istifadədə olan, eyni mərtəbədə yerləşən digər məzilin, yəni Olqa xanımın mənzilini cavabdeh şəxsin aldığını öyrənirlər. Onlardan gələn pis qoxular onun mənzilinə dolur. Dəfələrlə məlumatlandırmağına baxmayaraq, dediklərinə məhəl qoymamışlar, öz əməllərin davam etdirmişİər. Tək istədikləri onu oradan qaçırmaqdı. Məcbur edirlər ki, əlacsız və çarəsiz qalaraq evini onlara satsın. Onların dedikləri ilə razılaşmayanda ona problemlər yaratmağa başlayırlar. O, cavabdehdən öncə həmin mərtəbənin digər məzilində yaşamışdır. Ondan öncə evini almışdır. Aralarında normal razılaşma olarsa, cavabdehin evi aldığı pul məbləğin ona verməyə hazırdır. Onun başqa evi yoxdur. Qaranlıq məqamlar yoxdur. Yazılanlara əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyətə qəsdə son qoyulması, mənzillərin giriş hissəsində mövcud olan sahənin giriş qapısının açarının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Yəhya Hüseynov küçəsi ev 13 yerləşən 3 saylı mənzildən istifadə hüququna qoyduğu maneəyə son qoyulması, mülkiyyətində olan göstərilən mənzilə giriş sahəsində - hər ikisinin mənzillərinə girişi birləşdirən dəhlizdə - mövcud olan qapının açarının (açarlarının) İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətimdə olan Bakı şəhəri Binəqədi rayonu Yəhya Hüseynov küçəsi ev 13 yerləşən 3 saylı mənzildən istifadə hüququna qoyduğu maneəyə son qoyulması, mülkiyyətində olan göstərilən mənzilə giriş sahəsində - hər ikisinin mənzillərinə girişi birləşdirən dəhlizdə - mövcud olan qapının açarının (açarlarının) İddiaçı alınaraq ona verilməsi, İddiaçı onun xeyrinə hüquqi yardıma görə 3000 manat və ödənilən dövlət rüsumuna görə 160 manat, cəmi 3160 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X2 ona qarşı “alqı-satqı müqaviləsinin ləğv olunaraq, mən tərəfindən mənzilə ödənilmiş dəyərin iddiaçıya həvalə edilməsi tələbi əsassız və qanunsuzdur. İddiaçı Şirəlibəyova E.G. onun qonşusudur. O, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 33 yerləşən 3 saylı mənzilin mülkiyyətçisidir və göstərilən mənzilə mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə dövlət tərəfindən qeydiyyata alınmışdır. Göstərilən mənzilə mülkiyyət hüquqları 12 yanvar 2020-ci il tarixdə notariat kontorunda təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən yaranmışdır. O, vicdanlı alıcı olaraq mənzilin dəyərini ödəyib onu qanunu yolla əldə etmişdir. 2020-ci il tarixdə bağlanılmış və notariat kontorunda təsdiqlənmiş alqı - satqı müqaviləsinin ləqv edilməsi üçün əsaslar mövcud deyildir. Mənzilini Şirəlibəyovaya satmaq niyyəti yoxdur. O, mənzilin qanuni mülkiyyətçisidir. Şirəlibəyovanın hazırkı tələbini mülkiyyət hüquqlarına qəsd kirni qiymətləndirir, iddiaçı mülkiyyətində olan mənzilə dair subyektiv hüququ olmadığı halda ona qarşı əsassız tələb irəli sürmüşdür. Şirəlibəyova E.G. hazırda ona qarşı əsasız tələb irəli sürməklə yanaşı onun mülkiyyətində olan mənzildən istifadə hüququnu pozur. Belə ki, onun və onun mülkiyyətində olan ayrı-ayrı mənziilərin giriş hissəsində olan sahənin qapısı mövcuddur. O qapının açarları hər birində olmuşdur. Lakin Şirəlibəyova hazırda həmin qapının açarlarını ona xəbər vermədən dəyişmişdir, biləndə və qapının açarını (açarlarını) ondan istəyəndə ona rədd cavabı vermişdir. Şirəlibəyova bu qanunsuz yolla mənzili ona satmağa məcbur edir. Bununla bağlı o, polis idarəsinə müraciət etmişdir. Polis idarəsi cavab olaraq bu mübahisənin məhkəmə vasitəsilə həll edilməsini tövsiyə etmişdir. Beləliklə, onun göstərilən qanunsuz hərəkətləri ilə mülkiyyətimdə olan mənzildən istifadə hüquqlarımı pozur. Onun bu hərəkətlərinə son qoyulmalıdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı Gülbaba qızı ilk iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, məhkəmə mübahisəsi başlayan zaman mənzillərin ümumi dəhlizinə girişi qapısınını açarlarını dəyidirmişdir. Buna səbəb tanımadığı şəxslərin mənzilə gəlməsi, səs-küy yaratması, maneə törətmələri olmuşdur. Qapının açarı dəyişdirsə də, cavabdeh hər hansı bir tələbi olmamış, sonradan bu barədə polisə şikayət edilmiş və polis əməkdaşı ona zəng edən zaman açarları dəyişmək səbəbini izah etmişdir. Hesab edir ki, Olqa xanım tərəfindən mənzil satılan zaman ilk ona söz verilmiş, lakin cavabdeh aldadılması nəticəsində mənzilin satılmasından məlumatı olmamışdır. Cavabdehin mənzil üçün ödədiyi məvləği verməyə hazırdır. Lakin cavabdehin məqəsdi həmin mənzildə yaşamaq deyil, daha baha qiymətinə ona satmaqdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia ərizəsinin təmin edilməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında söhbət olmuş, Olqa xanımdan mənzili almaq istəyini cavabdehə bildirmiş, bundan sonra cavabdeh mənzili daha baha qiymətinə satmaq niyyəti ilə Olqa xanımdan onların xəbəri olmadan almış, bu barədə aralarında səmimi söhbət olmasına baxmayaraq onlardan gizlətmişdir. Mənzil xüsusi mülkiyyətdə olsa da, paylı mülkiyyət olmasa da, ilk əvvəl onlara satılması barədə söz verilib. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, cavabdeh mənzili xüsusi mülkiyyətçidən qanunvericiliyn tələblərinə əməl etməklə alqı-satqı müqaviləsi əsasında almış, notarial qaydada təsdiq edilmişdir. Mübahisəli mənzil paylı mülkiyyətdə olmamış, tərəflər arasında üstunluk hüququ olmamışdır. İlk iddia tələbi üzrə iddiaçının tələbi ümumiyyətlə mülki qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq giriş qapısıınnı açarı dəyişdirilməklə mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd edilir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 24,49 kv.m olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - 23.07.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X6 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 (ümumi sahəsi 24,49 kv.m, 1 otaqlı) X1. - 15.01.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 X4 tərəfindən İddiaçı bağışlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 35,63 kv.m olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 xx.xx.2007-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. - 11.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X10 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 (tam hissə, 35,63 kv.m, 2 otaq) Cavabdeh satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 36,65 kv.m olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq mübahisə ilə bağlı nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İlk iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həminazadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 ümumi dəhlizi olan üç otaqdan ibarətdir. ümumi sahəsi 24,49 kv.m olan 1 otaqlı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 İddiaçı, ümumi sahəsi 35,63 kv.m olan 2 otaqlı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 Cavabdeh tərəfindən 2021-ci ildə X8 alqısatqı yolu ilə satın alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı ümumi sahəsi 35,63 kv.m olan 2 otaqlı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 13, mənzil 3 Cavabdeh xüsusi mülkiyyətində olan olan mənzilə dair alqı-satqı müqaviləsinin ləğvinə dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən ilkin iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia ərizəsində tələb olunan əmlakın iddiaçının mülkiyyətində olması sübut olunur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qərara gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, 3 saylı mənzildən Cavabdeh istifadə hüququna qoyduğu maneəyə son qoyulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, 3 saylı mənzilə ümumi istifadədə olan giriş qapısının açarının (açarları) Cavabdeh verilməsi İddiaçı həvalə edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbini vəkilin göstərdiyi yardıma görə 3000 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçi tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş 24895 nömrəli ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən “Pro Bono” Vəkil Bürosunun hesabına 3000 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia rədd edilsin. İlkin iddia üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, 3 saylı mənzildən Cavabdeh istifadə hüququna qoyduğu maneəyə son qoyulsun. Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, 3 saylı mənzilə ümumi istifadədə olan giriş qapısının açarının (açarları) Cavabdeh verilməsi İddiaçı həvalə edilsin. Qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi və vəkil xidmətinə görə ödənilmiş haqqın 1200 (min iki yüz) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar