Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2611/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi soyadının Mirzəliyə dəyişdirilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi soyadının Mirzəliyə dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 06.11.2010-cı il tarixdə Maraqlı şəxs3 tərəfindən verilmiş nikah haqqında şəhadətnamə əsasında Yasamal RPİ tərəfindən onun soyadı Mirzəlidən Şahverdiyevaya dəyişdirilmişdir. O, nikahın Maraqlı şəxs3 tərəfindən ləğv edilməsini xahiş etdiyi zaman, məlum olmuşdur ki, ümumiyyətlə belə nikah yoxdur və Maraqlı şəxs3 tərəfindən verilmiş 05 saylı 26.01.2021-ci il tarixli məktubuna əsasən, nə elektron informasiya sistemində nə dəki nikah akt qeydi kitabları üzrə aparılmış araşdırma nəticəsində nikah akt qeydi tapılmamışdır. O, bundan sonra qeydiyyat ünvanı üzrə Maraqlı şəxs1nə müraciət etmiş və qeydiyyat şöbəsinin 27.01.2021-ci il tarixli məktubu ilə ona məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti evli göstərilmiş, lakin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində onun nikahı aşkar olunmamışdır. Daha sonra o, yenidən Maraqlı şəxs1nə mövcud olmayan nikah üzrə dəyişdirilmiş soyadının keçmiş soyadı Mirzəliyə dəyişdirilməsi barədə rəsmi qaydada müraciət etmişdir. Maraqlı şəxs1 isə 30.01.2021-ci il tarixli əsassız imtina etmiş və ona X3 ilə nikah bağladıqdan sonra Şahverdiyeva soyadına keçdiyi, həmin nikahın isə Maraqlı şəxs3ndə aşkar olunmadığı, bu səbəbdən soyadının Şahverdiyevadan Mirzəliyə dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırda mövcud olmayan nikah haqqında şəhadətnamə əsasında onun soyadı Şahverdiyeva kimi qeyd edilmiş və elektron sistemdə o, evli kimi qeyd olunmuşdur. Belə olan halda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmaması aşkar edilmişdir. Lakin o, Maraqlı şəxs1ndən soyadının Mirzəliyə dəyişdirilməsini və bununla bağlı akt qeydinin dəyişdirilməsini xahiş etsə də, qeydiyyat şöbəsi əsassız imtina etmişdir. Ona görə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında soyadının Mirzəliyə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 03.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edərək iddiaya etiraz edilmədiyini, işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 339.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Maraqlı şəxs3 tərəfindən verilmiş 06.11.2010-cu il tarixli AZ-İ № 627767 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 ilə X4 06.11.2010-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 338 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şahverdiyeva soyadı verilmişdir. Ağsu rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01.03.2003-cü il tarixli AZ - İ № 349037 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.1970-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 428 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X6r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs3 26.01.2021-ci il tarixli 05 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının elektron informasiya sistemində və həmçinin nikah akt qeydi kitabları üzrə araşdırma aparılsa da, onun nikah haqqında akt qeydinin aşkar olunmadığı, nikah haqqında akt qeydi aşkar olunmadığından nikahın pozulmasının qeydə alınmasının da qeyri-mümkün olması, nikah haqqında akt qeydinin bərpa olunması ilə bağlı yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət edə bilməsi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 27.01.2021-ci il tarixli 05/q-190/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikası Əhalinin Dövlət reyestrində onun AA ******* seriyalı şəxsiyyət vəsiqəsində ailə vəziyyətinin evli göstərilməsi, nikahda olması barədə Vətəndaş Vəziyyəti aktlarının Avtomatlaşdırılmış İnformasiya sistemində nikahının aşkar olunmaması, bu səbəbdən ona nikah olub olmaması barədə məlumat verilə bilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 30.01.2021-ci il tarixli 05/q-220/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi onun Şahverdiyeva soyadına X3 ilə nikah bağlandıqdan sonra keçdiyi, lakin onun nikah haqqında şəhadətnaməsi olsa da, həmin sənədin akt qeydi Maraqlı şəxs3ndə aşkar olunmadığı, bu səbəbdən soyadının Şahverdiyevadan Mirzəliyə dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal RPİ-nin 01.02.2021-ci il tarixli 091-4797Ş-3221 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi 26.11.2010-cu il tarixdə Şabran rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 627767 nömrəli nikah haqqında şəhadətnaməni Yasamal RPİ-nin X1 təqdim etdiyindən, onun şəxsiyyət vəsiqəsində soyadının Şahverdiyeva kimi göstərildiyi, soyadının dəyişdirilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən, qanunamüvafıq qaydada məhv edildiyi, soyadının dəyişdirilməsi Bakı şəhər Yasamal RPİ-nin səlahiyyətləri daxilində olmadığından mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 29.04.2021-ci il tarixli 05/2-2929/13 saylı məktubundan müəyyən olunur ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən H.Şahverdiyevlə Ərizəçi nikahı haqqında hər hansı məlumat aşkar olunmadığı, araşdırma zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Maraqlı şəxs3 arxivlərində saxlanılan sənədlər üzrə axtarış aparılarkən sözügedən akt qeydinin X2 Şahverdiyevanın adına deyil, başqa şəxsin adına tərtib olunduğu və həmin akt əsasında AZ-İ seriyalı 627767 nömrəli deyil, AZ-İ seriyalı 627755 nömrəli nikah haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Ərizəçi soyadının Maraqlı şəxs3 tərəfindən verilmiş 06.11.2010-cu il tarixli AZ-İ № 627767 saylı nikah haqqında şəhadətnaməyə əsasən Mirzəlidən Şahverdiyevaya dəyişdirilməsi müəyyən olunduğundan, qeydə alınmayan nikah aktının bərpa olunması mümkün olmadığından, ərizəçi Şahverdiyevanın soyadı Mirzəli soyadına dəyişdirilməlidir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi soyadı "Şahverdiyeva"dan "Mirzəli" yə dəyişdirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2611/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2611/2021
07.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver