Məhkəmə qərarları › İş №2(001)-2620/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2620/2020

17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2620/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh onların hüquqlarını pozmaqla apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin qanunda nəzərdə tutulmuş çoxsaylı hüquqlarını pozmaqla apardıqları icra hərəkətləri zamanı yol verdikləri nöqsan və qanunsuzluqlara görə barələrində tabe olduğu nazirliyə təqdimat verilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı məhkəmə qətnaməsi ilə iddiaçı X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3 A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsinə onlar tərəfindən əkilmiş kol bitkiləri onların hesablarına çıxarılmaqla torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasına dair icra sənədi icra olunması üçün Bakı şəhəri Cavabdehnə icraya göndərilmişdir. Onlar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətləri versələr də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Cavabdeh qeyd olunan məhkəmə qətnaməsinin icrası ilə bağlı artıq icra hərəkətlərinə başlasalar da onlara və qeydiyyatda olduqları ünvana “icraata başlamaq” haqqında hər hansı qərar göndərmədən, həmin ərazidə ümumiyyətlə olmadan və qeyd olunan məhkəmə qətnaməsinin “qət etdi” hissəsində göstərilməyən hərəkətlərə cəhd edərək, “icraata başlamaq” haqqında qərarda göstərilən qanunun onlara verdiyi müddətləri gözləmədən, hüquq və vəzifələrini izah etmədən səlahiyyət hədlərini aşmaqla qətnamədə göstərilənlərdən kənara çıxmaqla qanunsuz və özbaşına hərəkətlərə yol vermişlər. Belə ki, Cavabdeh icra məmurları özlərinin tabe olmalı olduqları “İcra haqqında” Qanunun bütün normalarını pozmaqla tələbkara icra hərəkətləri zamanı üstünlük verərək məhkəmə qətnaməsini icrasına başlayarkən artıq qanunun onlara verdiyi hüquqlarını pozmaqla qanunsuz hərəkətlərə yol vermişlər. İcra məmurları artıq onların qanunla qorunmalı olan hüquqlarını pozmaqla icra hərəkətlərinə başlamışlar. Bu səbəbdən Cavabdeh icra məmurlarının qanunsuz hərəkətlərinə son qoymaq üçün pozulmuş prosessual hüquqlarının qorunması üçün məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 8.2-ci bəndi könüllü icra üçün borcluya 10 gün müddətin verilməsini nəzərdə tutur. Həmçinin borclu olsalar da onların icra məmurunun həmin qərarından və ümumiyyətlə icra məmurlarının qanunsuz hərəkət və yaxud hərəkətsizliklərindən şikayət vermək kimi hüquqları vardır. Lakin, icra şöbəsi bu hüquqlarını izah etməyərək Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı məhkəmə qətnaməsinin “qət etdi” hissəsində göstərilən hərəkətlər ilə bağlı “icraata başlamaq” haqqında qərarı verməmiş, şikayət vermək ilə bağlı hüquqlarını izah etməmiş, bununla da qanunun onlara verdiyi prosessual hüquqlarını məhdulaşdırmaqla çoxsaylı qanunsuzluqlara və özbaşına hərəkətlərə yol vermişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 1053/2018 saylı icra sənədi Bakı şəhəri Cavabdeh icraatına xx xxxxxx 2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə “icraata başlamaq” haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildiriş poçt vasitəsilə tərəflərə göndərilmişdir. Daha sonra isə icra sənədində göstərilən tələblərin təmin edilməsi üçün borclulara bildirişlər göndərilmiş, habelə onun tərəfindən çağırış vərəqəsi borcluların yaşadığı ünvana aparılmaqla özlərinə şəxsən təqdim edilmiş, lakin borclular sənədin kötüyünə qol çəkməmişlər. Bütün bunlara baxmayaraq, borclular üzürsüz səbəbdən icra sənədini icra etməkdən yayınırlar. X1 hazırki mülki iş üzrə yekun qərar qəbul edilməsinədək icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət etsə də, icra sənədi üzrə icraat dayandırılmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin iddiasının əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, iş materiallarında və icra işində olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 1043/2018 saylı icra vərəqəsinə əsasən X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsinə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər İddiaçı1 və İddiaçı2 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi X3 yaradılmış maneələr aradan qaldırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 1043/2018 məktubundan görünür ki, icra vərəqəsi icra edilməsi üçün Cavabdehnə göndərilmiş və xx xxxxxx 2018-ci il tarixdə şöbəyə daxil olmuşdur. Bakı şəhəri Cavabdeh icra məmuru Nəbi Allahverdiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli “icraata başlamaq” haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Cavabdeh icra məmuru Nəbi Allahverdiyev tərəfindən borclulara, məlumat üçün isə tələbkar və Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, xx/xx-252065-15 nömrəli “tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, borclulara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsinin təmin edilməməsi təqdirdə tələbin məcburi qaydada təmin edilməsi bildirimişdir. Qeyd olunan bildiriş borcluların ünvanına – ünvan 1 ünvanına SS568801082AZ nömrəli sifarişli poçtla göndərilmişdir. Bakı şəhəri Cavabdeh xx xxxxxx 2019-cu il tarixli çağırış vərəqələrinin kötüylərinin surətlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixə, saat 10:00-da Binəqədi rayon icra şöbəsinin inzibati binasına gəlmələri tələb edilmişdir. Bakı şəhəri Cavabdeh xx xxxxxx 2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı icra vərəqəsində göstərilən tələbin icrası xx xxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Bildirişdə icra vərəqəsində göstərilən tələbin icra edilməməsi təqdirdə məcburi icra qaydalarının təmin ediləcəyi qeyd edilmişdir. Qeyd olunan bildiriş xx xxxxxx 2020-ci il tarixdə İddiaçı2 tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. İddiaçı2 Bakı şəhəri Cavabdehnə ünvanladığı ərizənin surətindən görünür ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. İddiası ilə bağlı məhkəmə qətnaməsi qəbul edilənə kimi icra işi üzrə icraatın dayandırılmasını tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(001)- 183/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı qətnaməsi ürə verilmiş icra vərəqəsinin izah olunması barədə Cavabdeh icra məmuru Nəbi Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinin birinci hissəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1043/2018 saylı icra vərəqəsinə əsasən X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsinə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər İddiaçı1 və İddiaçı2 hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi X3 yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədi xx xxxxxx 2018-ci il tarixdə Cavabdehnə daxil olmuş, həmin tarixdə Bakı şəhəri Cavabdeh icra məmuru Nəbi Allahverdiyev tərəfindən məhkəmənin qeyd olunan icra sənədi üzrə xx xxxxxx 2018-ci il tarixli “icraata başlamaq” haqqında qərar qəbul edilmiş və qərarın surəti tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə məlumat üçün göndərilmişdir. Həmçinin borclulara “tələbin könüllü icrası” haqqında bildiriş göndərilməklə icra sənədini könüllü icra etmələri təklif olunmuş, əks təqdirdə göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi bildirilmişdir. Qeyd edilən bildiriş poçt vasitəsilə tərəflərə göndərilmişdir. Daha sonra isə, borclulara icra sənədində göstərilən tələbin icra edilməsi barədə bildirişlər göndərilmiş, eyni zamanda icra məmuru tərəfindən çağırış vərəqələri borlcluların yaşadığı ünvanda onlara şəxsən təqdim edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra hərəkətləri icra qanunvericilyinin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə ki, icra qanunvericiliyinin normalarına əsasən icra məmuru icra sənədini aldığı vaxtda icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərarı tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə poçt vasitəsilə göndərmiş, eyni zamanda borclulara icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün bildiriş göndərilmiş, əks təqdirdə göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi bildirilmişdir. Belə olan halda, icra məmuru qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmiş, iddiaçıların hüquqlarının pozulmasına yönələn hər hansı bir hərəkət etməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, borclu İddiaçı2 “icra sənədi üzrə icraatın dayandırılması” ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Bu səbəbdən iddiaçılar iddia ərizəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17 və 18-ci maddələrinə istinad edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmalı olduğu hallar göstərilmişdir. Həmin Qanunun 18-ci maddəsində isə icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir. Həmin hallardan biri (18.1.4-cü maddə) icra məmurunun hərəkətlərindən şikayət verilməsidir. İcra qanunvericiliyinin tələblərindən də göründüyü kimi, icra məmurunun hərəkətlərindən şikayətin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmalı olduğu hal kimi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Məhkəmə iddiaçıların “cavabdehin qanunda nəzərdə tutulmuş çoxsaylı hüquqlarını pozmaqla apardıqları icra hərəkətləri zamanı yol verdikləri nöqsan və qanunsuzluqlara görə barələrində tabe olduğu nazirliyə təqdimat verilməsi” xahişi ilə bağlı qeyd edir ki, həmin tələb mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirilmiş və təmin edilməməsi qənaətinə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin hərəkətlərində hər hansı nöqsan və qanunsuzluq aşkara çıxarılmamışdır. Beləliklə, təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar