Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-263/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərdən istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərdən istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə Binəqədi rayon VVAQ şöbəsində xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5472/2019 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-773/2020 qətnaməsinə əsasən Cavabdeh tərəflərin birgə nikah dövründə tikdikləri Bakı şəhəri Binqədi rayonu Binqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı evə istifadə hüququ tanınaraq qeyd olunan evə köçürülməsi qət edilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh qeyd olunan ünvana köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən birgə mülkiyyətdə olan əmlakdan istifadə nəticəsində yaranmış bütün xərclər birgə mülkiyyətçilər tərəfindən bərabər şəkildə ödənilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədər ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədər ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın ailə üzvləri icarədarla eyni hüquq və vəzifələrə malikdirlər. Cavabdeh məcburi qaydada evə köçürülməsinə baxmayaraq evdən istifadə üçün yaranmış kommunal xərclərin ödənilməsində iştirakdan boyun qaçırır. Hazırda tək qazdan istifadəyə görə 500 manata yaxın borc yığılmış, qış aylarında demək olar ki, hər ay evdə qaz kəsilir. Cavabdeh qeyd olunan borcun ½ hissədə bölünərək ödənilməsi təklif olunsa da, o, bundan qəti olaraq imtina etmiş, evdə körpə uşaqların olması da cavabdehi narahat etməmişdir. Halbu ki, cavabdehin tək əmək haqqı 1430 manat təşkil edir. Bu səbəbdən iddiaçı məcbur qalıb qaz işçilərinə qış aylarında qazı bağlamamalarını xahiş etmişdir. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinin ödənilmiş və hazırda mövcud olan bütün komunal xərclərininin Cavabdeh ilə onun arasında yarıya bölünməsini istəyir. xx.xx.2020-ci il tarixdən iddiaçı tərəfindən qazdan istifadəyə görə 540 manat, telefon və internetdən istifadəyə görə 176 manat, elektirik enerjisindən istifadəyə görə 157 manat ödəniş edilmişdir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən, 28-ci korpus, 1 ünvanında yerləşən evdə yaşayış üçün komunal xidmətlərdən istifadəyə görə ödənilmiş cəmi 873 manatın ½ hissəsinin, yəni 436,50 manatın, mediasiya xərcinə görə 60 manatın, dövlət rüsumuna görə 100 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ilik iddia ərizəsinə qarşı izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində kommunal ödənişlərin xx.xx.2020-ci il tarixdən sonra yaranmasını, həmin borcun, yalnız onun tərəfindıən təkbaşına ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə qoşma kimi göstərsə də, elektron sistemdə həmin ödənişlərin qəbzləri əlavə edilməmişdir. Cavabdeh öz evinə Cavabdeh tərəfindən olunan manelərin aradan qaldırılması və məhkəmənin qərarı ilə köçürüldükdən sonra təkbaşına həmin evdə yaşamaqla bütün kommunal xərclərin təkbaşına ödəmiş, işıq sayğacı əvvələr valideyninin yaşadığı evlə birgə olmuş, hər iki sərfiyyata görə ödəniş aparmışdır. Sonradan yaranmış mübahisələrə son qoyulması üçün o, xx.xx.2022-ci il tarixdən işıq sayğacının ayırmış, evə ayrıca işığa görə sayğac qoymuş, sayğaca görə 165 manat ödəniş etmiş, 2022-ci ilin fevral ayına kimi bütün işıq sərfiyyatına görə borcları ödəmişdir. Telefon və internetə görə ödənişin Cavabdeh tələb olunması əsassızdır. Belə ki, telefon və internetdən Cavabdeh istifadə etmir, intrernetin wifi şifrəsini iddiaçı dəyişdikdən sonra şifrə ona verilməmiş, telefondan istifadə etməsinə ehtiyacı yoxdur, istifadəsinə olan ***-***-**-** telefon nömrəsi ilə limitsiz danışıqlarından istifadə edir. Aylıq ödəniş internetə görə 12 manat, telefona görə 2,50 manat olduğu halda iddiaçı 176 manat borcun hardan və hansı tarixdən yaranmasını iddia ərizəsində göstərməmişdir. 2020-ci ilin noyabr ayında qaz sayğacı smartdan dəyişdirilib mexaniki sayğaca kecirildikdən bir ay sonra Cavabdeh xx.xx.2020-ci ildə məhkəmənin qərarı ilə evə köçürülmüş, həmin bir ayın borcunun ona heç bir aidiyyatı yoxdur. S.Ç. Kazımov qaz sərfiyyatına görə 2021-ci ilin aprel ayına kimi 100 manat ödəniş etmiş, hətta iddiaçıya kommunal ödənişləri tərəfindən ödəniş olunduğu halda işıq, qaz sərfiyyatına açıq-aşkar etinasız sərfiyyatına görə irad bildirdikdən sonra iddiaçının ona soyuq və kobud davranışından sonra ödənişlərin olunmasını dayandırmışdır. Belə ki, Cavabdeh ailənin yeganə dolanacaq mənbəyi kimi işləyərək uşaqlarına alimenti vaxtıvaxtında ödədiyi halda iddiaçı isə alimenti təyinatı üzrə xərcləmir. Cavabdeh iddiaçının son bir il üçün kommunal ödənişlərin bölgüsü ilə razı deyil, çünki onun həmin evdə kommunal ödənişlərinin ödənilməsinə dair qəbzləri mövcuddur. Bundan əlavə Cavabdeh həmin evə gəcə saatlarında, işdən sonra qayıtması tək insan kimi kommunal sərfiyyatına olan borcu əlbəttə ki, çox cüzi ola bilər. İddiaçı isə evdar qadın olaraq heç bir yerdə çalışmır, bütün günü evdə uşaqları ilə bolluca kommunal xidmətlərdən sui-istifadə edərək onu borcun ödənilməməsində günahlandırır. Kommunal borcların bərabər şəkildə ödənilməsi ilə Cavabdeh razı deyildir. Belə ki, Cavabdeh valideylərinin evi onun evinə yaxın olduğundan o, orada şam və səhər yeməyini yeyir, evə isə yalnız gecələmək üçün gəlir, mübahisə yaranmaması üçün mətbəxdən istifadə etmir. İddiaçı ona evdə hər hansı bir əşyadan istifadə etməyə imkan vermir, əşyaların ona məxsus olmasını və həmin əşyalardan istifadə etməyə hüququnun olmadğını bildirir. Cavabdeh valideynlərinin ona ayırdıqları torpaq sahəsində inşa etdirdiyi evdən çıxarılsın deyə kommunal xidmətlərin sərfiyyatının əsassız sui-istifadə etməklə şişirtməyə çalışmaqla, ona qarşı məhkəmələrə iddia qaldırmaqla, polisə şikayət etməklə evdən çıxarılmasına çalışması onların artıq həmin evdə birgə istifadəçilər kimi yaşamalarını qeyri-mümkün etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Cavabdeh evə buraxmamaqla evin ona məxsus olmasını, bildirmişdir. Hər dəfə də Cavabdeh və yaxınları evdə iddiaçı tərəfindən təhqir olunur. Buna görə də Cavabdeh həmin evin satılmasını təklif etmişdir. Həmin evin birgə nikah dövründə tikilməsi, orada tərəflərin birgə yaşamaları işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı ilə mübahisəli evdə birgə yaşadıqları dövrdə evin bütün maddi təlabatını təkbaşına qarşılamış, bir ata kimi əmək haqqından hər ay uşaqlarının saxlanması üçün 2021-ci ilin iyul ayına kimi 650 manat, sonradan isə 620 manat aliment ödəməsindən əlavə evin saxlanması, uşaqların qidalanması üçün evin bütün ərzaqlarını almışdır. İddiaçının qeyd etdiyi kimi kommunal ödənişlərin onun tərəfindən ödənilməsi reallığı əks etdirmir. Kommunal ödənişlırin də bu qədər çox artması onun bilərəkdən artıq sərfiyyat etməsidir. Ona görə İddiaçı kommunal xərclərinin bölünməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 3 uşaqları anadan olmuş, bir müddət mehriban yaşasalarda, sonradan ailə münasibətləri pozulmuş, İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan uşaqları analarının yanında saxlanılmış, uşaqlarının saxlanması üçün S.Ç. Kazımovdan İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir. Bundan başqa Ş.M. Kazımovanın Cavabdeh əmlak tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3438/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsi, yəni 4900 manatın S.Ç.Kzımovdan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Tərəflərin birgə nikah dövründə Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı ev inşa edilmiş, ev təmir olunaraq tərəflər orada yaşamağa başlamışlar. Tərəflərin ailə münasibətləri pozulduqdan sonra İddiaçı Cavabdeh hər vəclə evdən çıxıb getməsi üçün bəhanələrlə dava-dalaş salmış, nəticədə Cavabdeh öz evindən, mülkiyyətindən mərhum edilmişdir. Belə ki, S.Ç. Kazımovun İddiaçı ilə birgə yaşaması qeyri-mümkündür. İddiaçı hər dəfə S.C.Kazımov ilə evdə söz-söhbət yaradaraq ondan hüquq mühafizə orqanlarına şikayət etməklə onu əsassız olaraq evindən mərhum etməyə çalışmış və sonda buna nail olmuşdur. Bakı şəhəri Binəqədi qəsəbəsi 1ci mədən, korpus 28, 238 saylı evi Cavabdeh valideynlərinin dəstəyi ilə və öz halal əmək haqqı ilə inşa etmişdir. Həmin evin inşası zamanı Cavabdeh valideynlərinin, eləcə də digər şəxslərin ona edilən köməyi nəticəsində bankdan kredit götürərək həmin evin tikilməsini və təmirini bitirmişdir. Həmin vaxt Cavabdeh əmək haqqı 150 manat təşkil etmişdir. Bundan əlavə inşa edilmiş evin torpaq sahəsi Cavabdeh valideynlərinə məxsus olmuş və ona evin tikintisi üçün ayrılmışdır. Cavabdeh əmək haqqı ilə birgə nikah dövründə alınan məişət əşyaları da bölünməlidir. Bu əşyalar bankda olan kredit əsasına alınmış, hal-hazırda da evdə istifadə edilməkdədir. Evə alınmış əşyalara 1200 manata alınmış Beko markalı kondisioner, 350 manata alınmış şkaf, termo və dolab, qaz plitəsi, yuma (moyka), 350 manata alınmış aspirator, 1200 manata alınmış mətbəx mebeli daxildir. Cavabdeh birgə nikah dövründə bankdan götürdüyü kredit əsasında avtomobillər alınmış və satılmışdır. İkinci avtomobil alınarkən də bankdan götürülən kredit hesabına alınmışdır. Belə ki, Unibank KB ASC-dən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən aldığı 6000 manat kreditlə Mercedes E240 minik markalı ** UU *** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı avtomobil 10000 ABŞ dollarına alınmış, çatışmayan məbləği, 2800 manatı qardaşı K.Ç.Kazımovdan alınmış borc əsasında ödənilmişdir. Avtomobil köhnə olduğundan, banklar köhnə avtomobilə görə kredit vermədiklərindən həmin avtomobil kredit kartı əsasında alınmışdır. Köhnə avtomobil çox xərc tələb etdiyi üçün satılaraq Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı 7600 manata alınmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə yenidən bankdan kredit götürməyə məcbur olmuşdur. Cavabdeh İddiaçı ilə olan ailə problemləri qonşularının, anasının və qardaşının evinə keçməsin deyə Cavabdeh xx.xx.2019-cu il tarixdə Ekspressbank ASC-dən hər iki tərəfdən hasar çəkilməsi üçün 1000 manat kart krediti alaraq tikinti xərclərinə sərf etmişdir. Ona görə də, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək tərəflərin birgə nikahı dövründə tikilimiş Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin ümumi dəyərinin ½ hissəsinin (hazırda real bazar qiyməti 91700 matın) 45850 manatının və evə çəkilmiş tikinti-təmir xərclərinin 51439 manatın (bu günki gündə real bazar qiyməti nəzərə alınmaqla) tərəflər arasında bölünərək 25719,50 manatının cavabdehdən tutularaq iddiaçıya verilməsinə, birgə nikah dövründə bankdan götürlmüş kredit borcun 6500 manatın tərəflər arasında bərabər bölünməsinə, evə alınmış Beko markalı kondisioner 1200 manat, şkaf, termo və dolab 350 manat, qaz plitəsi, yuma (moyka), aspirator 320 manat, mətbəx mebeli 1200 manat dəyərində olan əşyaların, hazırki iddia tələbi üzrə ödənilmiş 13 manat dövlət rüsumunun və 228,40 manat dövlət rüsumunun, mediasiya təşkilatına ödənilmiş 55 manatın tərəflər arasında bərabər qaydada bölünməsinə, eləcə də vəkilə ödədiyi 200 manatın İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə etirazından müəyyən olunur ki, hazırda İddiaçı övladları bigə Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evdə yaşayır. Qeyd olunan ev Cavabdeh ilə birgə nikah dövründə tikilib və təmir edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-795/2020 saylı qətnaməsi ilə Cavabdeh qeyd olunan evə məcburi qaydada köçürülməsi qət edilmiş, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən Cavabdeh Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən korpus 28, 238 saylı evə köçürülmüş və həmin tarixdən bu günədək Cavabdeh bu evdə yaşamaqla evdən ümumi əsaslarla istifadə edir. Yəni hazırda Cavabdeh İddiaçı kimi qeyd olunan evdə yaşamaqla evdən və evdə olan əşyalardan istifadə edir. Bu isə Cavabdeh İddiaçı ilə birgə evdən istifadə hüququnun olmasının sübutudur. Lakin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi üçün müvafiq sənədlərinin olmaması səbəbindən ev özbaşına tikili sayılır. Yəni əgər Cavabdeh Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evə çəkilmiş təmir və tikinti xərclərinin qarşılanmasını istəyirsə bu həm qanunsuz həmdə tam məntiqsizdir. Belə ki, Cavabdeh iddia tələbindən belə aydın olur ki, o həm evdə yaşamaqla Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evdən istifadə hüququnu əlində saxlamaq istəyir, həm də İddiaçı Cavabdeh təmir, tikintiyə çəkilmiş pulun əvəzini ödəməlidir. Bu isə artıq Ailə Məcəlləsinin və Mülki Məcəllənin birgə nikah dövründə əldə olunmuş əmlakın birgə mülkiyyətdə olması tələbinə tam zidd bir anlayışdır və məntiqsiz olmaqla həm ədalətsiz, həm də qanunların tələblərinə cavab verməyən bir tələbdir. Qarşlıqlı iddia təmin olunduğu təqdirdə Cavabdeh həm tikiliyə sərf edilmiş vəsaitin yarısını nağd olaraq əldə edir, həm də Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evdə istifadə hüququ ilə yaşayacaqdır. Bu səbəbdən evin təmir və tikintisinə çəkilmiş xərcin yarısının nağd şəkildə İddiaçı alınaraq Cavabdeh verilməsi tələbinin təmin edilməsi birgə nikah dövründə əldə olunmuş əmlakın bərabər bölgüsü hesab edilə bilməz. Bölgünün bərabərliyi onda ehtiva edilir ki, həmin əmlaka tərəflərin bərabər hüquqları təmin olunsun və yaxud Cavabdeh tikilinin dəyərinin yarısının verilməsi ilə o özünün evdən istifadə hüququndan imtina etməlidir. Cünki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 795/2020 saylı qətnaməsi ilə Cavabdeh qeyd olunan evə məcburi qaydada köçürülməsi ilə o həmçinin evdən istifadə hüququ əldə etmiş və tikilinin, yəni Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evin əlavə olaraq dəyərinin yarısını əldə etməklə həmin maraqlar təmin olunmuş sayılır. Cavabdeh evdən istifadə hüququnun saxlanması İddiaçı hüquqlarını pozur və bir tərəfin əldə etdiyi digər tərəfin əldə etdiyi ilə bərabər olmur. Bu isə Cavabdeh da iddia ərizəsində istinad etdiyi Ailə Məcəlləsinin 37.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Cavabdeh qarşlıqlı iddia ərizəsində qeyd etdiyi Beko markalı kondisioneri, şkaf, termo və dolabı, qaz plitəsini, yuma (moyka), aspiratoru, mətbəx mebeli İddiaçı atası tərəfindən cehiz olaraq alınmışdır. Cavabdeh bu əşyaları kreditlə alınmasını qeyd etsə də, bunu subut edəcək heç bir dəlili göstərmir. Əgər Cavabdeh dediyi kimi qeyd olunan əşyalar kredit hesabına alınsa belə, kredit birgə nikah dövründə ödənilmiş və bu səbəbdən kredit borcu birgə əldə olunmuş vəsait hesabına ödənilmiş sayılır. Bununla yanaşı qeyd olunan əşyalar Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-795/2020 saylı qətnaməsi ilə Cavabdeh məcburi qaydada köçürüldüyü Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 28, 238 saylı evdədir və tərəflərin istifadəsindədir. Bu səbəbdən Cavabdeh qeyd olunan əşyaların dəyərinin yarısını istəməsi Cavabdeh bu əmlaklardan istifadə etmək hüququnun xitam edilməsi ilə nəticələnməlidir. Lakin qarşılıqlı iddia ərizəsində Cavabdeh qeyd olunan əşyaların dəyərinin yarısını tələb etməklə onlardan istifadə hüququna xitam verilməsi barədə müvafiq qərarın çıxarılmasını istəmir. Cavabdeh qarşılıqlı iddia ərizəsində xx.xx.2014-cü il tarixdə 5000 manat kredit götürdüyünü bildirir və həmin məbləğlə Mercedes E 240 markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 ABŞ dollarına aldığını qeyd edib, çatışmayan 2800 manat məbləğin isə qardaşı X6 aldığını, sonra isə bu avtomobili satıb Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını qeyd edir. İddiaçı Cavabdeh tərəfindən 5000 manat kredit almasından xəbəri olmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən bəlli olur ki, qeyd olunan kredit borcu birgə nikah dövründə tam ödənilmişdir. Ona görə də borc tərəflərin birgə vəsaiti hesabına ödənilmiş sayılır. Bu səbəbdən Mercedes E 240 markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil birdə nikah dövründə əldə olunmuş ümumi əmlak hesab edilməli və onun satılmasından sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh adına alınaraq rəsmləşdirilmiş Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildə birgə əldə edilmiş vəsait hesabına alınmış əmlak olaraq ümumi əmlak sayılır. Bu səbəbdən Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaiti bərabər şəkildə Cavabdeh ilə İddiaçı arasında bölünməlidir. Cavabdeh vurğuladığı kimi tərəflərin 2019-cu ilin əvvəlindən etibarən münasibətlərinin kəskin pisləşməsi səbəbindən onlar bir evdə yaşasalar da nikahları formal xarakter daşımış, bir-birilərinə tam yad insanlar kimi yaşamışlar. Bu səbəbdən 2019-cu ilin əvvəlindən başlamaqla Cavabdeh götürdüyü kredit öhdəliklərinin İddiaçı heç bir aidiyyəti yoxdur, kağız üzərində olan nikaha görə İddiaçı tərəfindən ödənilməməlidir. Bundan başqa hasarın tikintisi 2019-cu ildə deyil, 2018-ci ildə həyata keçirilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Ekspressbank ASC-dən götürdüyü 1500 manat kreditin hasarın tikintisinə sərf etməsini subut edəcək sənədi iddia ərizəsinə əlavə etməmişdir. Tərəflərin evi ilə Cavabdeh qardaşının evinin arasında olan hasar mişar daşı ilə tikilməklə 14 daş hündürlüyündə və 12 metr uzunluğundadır, belə bir hasarın tikintisinə təxminən 500-700 manat vəsait tələb olunur. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etirazının məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, ekspertiza təyin edilməsinin heç bir mənasının olmaması öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, ilk iddia ərizəsi üzrə İddiaçı artıq 3 aydır həmin ünvanda yaşamır. Həmin evdə kommunal xidmətlərə görə borc yığıldığı üçün su kəsilmiş, qaza görə xeyli borc yığılmışdır. Ona görə orda yaşamaq qeyri-mümkündür. İlk iddia üzrə iddiaçı uşaqları ilə birlikdə Suraxanıda yaşayır. Qarşı tərəflə razılığa gəlmək mümkün olmamış, iki giriş qapısı olan evin birinci mərtəbəsində qarşı tərəfin yaşamasına ilk iddiaçı razıdır. Lakin qarşı tərəf özü evdə dava-dalaş yaradır, daha sonra evdə yaşamaq istəmədiyini bildirir. Cavabdehin anasının evi tərəflərin birgə yaşadıqları evlə qonşudur. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal xərclərin ödənilməsi ilə bağlı qəbzlər cavabdehin anasının evinin kommunal qəbzləridir. Tərəflərin arasında mübahisənin əsas səbəbi cavabdeh tərəfindən kommunal xidmətlər üzrə borcları ödəməməsidir. Cavabdeh 600-700 manat aliment ödəməsini bildirib, bütün kommunal borcların ilk iddia üzrə iddiaçı tərəfindən ödənilməsini istəyir. Cavabdeh əgər evin bölünməsini istəyirsə, evin naturada bölgüsü ilə bağlı məhkəməyə müraciət etsin, birinci mərtəbədə gəlib yaşasın. Bundan başqa ilk iddia üzrə cavabdehin həmin evdə yaşamaq hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ekspert rəyində evin dəyərinin 50000 manat olması qeyd olunsa da, faktiki olaraq evin heç 20000 manat belə dəyəri yoxdur. İddiaçı evdən daimi çıxmış, evdə heç vaxt yaşamayacaqdır. Cavabdehə həmin evdə yaması üçün heç kim maneə yaratmır. O, istədiyi vaxt gəlib evdə yaşaya bilər. İddiaçıda istədiyi vaxt evə gəlib gedəcəkdir. Cavabdeh tərəfindən kredit tərəflərin münasibətlərinin pozulandan sonra götürülmüşdür. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib ilkin iddia ərizəsinə etirazının və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, onlar ilk olaraq iddia ərizələrində çəkilmiş xərcləri tələb etmiş, birinci rəydə evin tikintisinə sərf olunan vəsaitin 20000 manat olması ilə razı deyillər. Əlavə ekspertiza ilə evin inşaasına çəkilmiş xərclərin hazırkı real bazar qiyməti 51439 manat olması müəyyən olunmuşdur. Torpağın sənədi yoxdur, ev özbaşına tikilidir. Ekspert rəyində torpağın sotu 15000 manat göstərilir. Orda isə hazırki vəziyyətdə 2,5 sot torpaq sahəsi vardır. Kreditlər Unibank KB ASC-dən və Expressbank ASC-dən götürülmüş, Cavabdeh adına kredit borcu çox olduğuna görə dostu Nazim İlyasovdan xahiş edərək onun adından Soliton mağazasından 2016-cı ildə kondisoner almış və həmin kondisionerin pulunu özü ödəmişdir. X12 mağazasından aldığı sənədlərdən müəyyən olunur ki, əşyalar tərəflərin birgə nikah dövründə alınmışdır. Ekspert rəyində dəyəri müəyyən edilmiş əşyaların hər biri tərəflərin birgə nikah dövründə alınmış, sadəcə olaraq kondisioner ilkin iddia üzrə cavabdehin dostunun adına alınmış, kondisonerin çatdırılma ünvanı cavabdehin ünvandır, 2016-cı ildə kondisioner1439 manata alınmışdır. Qarşı tərəfin həmin əşyaların cehiz olması barədə dəlili əsassızdır. Qarşı tərəf məhkəməni uzatmaq və iddiadan yayınmaq üçün məhkəməyə arayış təqdim etmişdir. Qarşı tərəf cavabdehə evin birinci mərtəbəsində yaşamasını təklif etsə də, ekspert rəyindən evin birinci mərtəbəsinin təmirsiz vəziyyətdə olması öz əksini tapmışdır. İkinci mərtəbədə isə yaşamaq qeyri-mümkündür. Tərəflərin birgə nikah dövründə bir yerdə necə yaşadıqları məlumdur, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi qaldırılmış, o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra Cavabdeh təkrar nikaha daxil olmuşdur. İddiaçı iyul ayından evi tərk etməsini iddia etsə də, Azərsu ASC-nin arayışından müəyyən olunur ki, həmin evin su sərfiyyatında 8, 9, 10-cu aylarda dəyişiklik vardır. Köhnə borcların isə Cavabdeh aidiyyatı yoxdur. Əvvəllər evin işığının cavabdehin anasının evi ilə eyni olmuş, sonradan sayğacın ayrılması ilə bağlı Azərişıq ASC-yə müraciət olunmuşdur. Cavabdehin anası evini sataraq, həmin ünvandan köçmüşdür. Ona görə də ilkin iddia ərizəsinin təmin dilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib, vəkili və nümayəndəsi Vəkil1 izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, ya o, iddiaçıya pul versin iddiaçı evi tərk etsin, ya da iddiaçı ona pulu versin o, evi tərk etsin. O, iddiaçıya evin və əşyların dəyərini ümumilikdə verməyə hazırdır. Avqust ayında ekspert evə baxış keçirərkən iddiaçı uşaqları ilə birlikdə evdə yaşayırdı. Onun anası evi satarkən iddiaçını evdən qeydiyyatdan çıxarmış, bundan sonra iddiaçı başqa ünvana qeydiyyata alınmışdır. O, 2013-cü ildə Unibank KB ASC-dən maşın almaq üçün 5000 manat kredit alımış, 2019-cu ildə isə Expressbank ASC-dən 1500 manat kreditə borc pul götürüb evin hasarını tikmişdir. Birgə nikah dövründə bankdan götürdüyü kreditə aldığı avtomobili məhkəmə qətnaməsi çıxandan sonra sataraq kredit borcunu bağlamışdır. O, evə 2020-ci ilin dekabrında köçmüş, 2021-ci ilin sentyabr ayında evdən çıxıb getmişdir. İddiaçının evdən getdiyi halda o, bütün pulları ödəməyə razıdır. Onlar 2012-ci ildən evdə yaşayır, 2012-ci ildən 2021-ci ilə qədər kommunal borcları o, anası ilə birlikdə yarı-yarı ödəmiş, daha sonra da sayğaclar ayrılmışdır. Sayğac qoyulması üçün o, 165 manat ödəniş etmişdir. Evdə yaşadığı dönəmlərdə ödədiyi qəbzləri məhkəməyə təqdim etmişdir. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 29.1.Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki: “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5472/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Cavabdeh ilə Səfərova (Kazımova) Şəmsiyyə Məmiş qızı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində akt qeydləri kitabında 576 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5472/2019 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, iddiaçı Cavabdeh iddia ərizəsində İddiaçı ilə nikahlarının son bir ay ərzində formal xarakter daşımasını qeyd etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-773/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Cavabdeh Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4985/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-773/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3483/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsi, yəni 4900 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3483/2022 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, “Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2017-ci il tarixdə əldə edilmiş, xx.xx.2019-cu ildə, yəni tərəflərin nikahlarının pozulmasına dair xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarıldıqdan sonra özgəninkiləşdirilmişdir. .... “.... cavabdeh (Cavabdeh) mübahisəli avtomobilin birgə nikah dövründə kreditlə aldığını, avtomobili satdıqdan sonra həmin kreditin qalan hissəsini ödədiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-156/2023 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-156/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 3 ünvanında olarkən orada keçmiş həyat yoldaşı İddiaçı onun paltaryuyan maşında öz paltarlarını yumaq istəməsinə mane olması səbəbindən aralarında yaranmış mübahisənin gedişatında qəsdən İddiaçı sağ qoluna, sinəsinin sağ nahiyyəsinə bir neçə dəfə yumruqla, həmçinin sağ buduna və hər iki ayağının baldır nahiyəsinə təpiklə vurub – sağ bazu nahiyyəsinin dərialtı hemotoması, sağ süd vəzisinin, sağ bud nahiyəsinin qançırları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəməyə ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən təqdim olunan kommunal xidmətlərdən istifadə edilməsi ilə bağlı yaranmış borclara görə tərtib olunan qəbzlərdən görünür ki, ödəniş qəbzləri Cavabdeh və Sənəm Kazımovanın adına tərtib edilmişdir. Məhkəməyə ilkin iddia ərizəsi üzrə Cavabdeh tərəfindən təqdim olunan kommunal xidmətlərdən istifadə edilməsi ilə bağlı yaranmış borclara görə tərtib olunan qəbzlərdən görünür ki, ödəniş qəbzləri Cavabdeh və Sənəm Kazımovanın adına tərtib edilmişdir. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında Azərsu ASC-nin 616970 saylı xx.xx.2022-ci il tarixli protokolundan müəyyən olunur ki, Cavabdeh adına Biləcəri qəsəbəsində sayğac quraşdırılmışdır. Azərsu ASC-nin elektron arayışından müəyyən olunur ki, Cavabdeh ünvan 4 ünvanı üzrə 2022-2023 hesabat ili üzrə faktura sərfiyyatı 151 m3 , faktura məbləği 151 manat, ödənilmiş məbləğ 470 manat təşkil edir. 2 saylı Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 552929 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X4 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 499 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Kazımova soyadı verilmişdir. 68 saylı MKİS-nin 768 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Yeni Günəşli AB y\s 8 saylı evin 77 saylı mənzilində oğlu X7, X5 və X8 ilə birlikdə yaşayır. Unibank KB ASC-nin Cavabdeh məxsus hesab üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə edən çıxarışından müəyyən olunur ki, Cavabdeh özünə məxsus hesab üzrə müxtəlif bank əməliyyatları aparmış, xx.xx.2014-cü il tarixli 13535tkBank/14 saylı kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Legal Prime MMC-nin xx.xx.2023-cü il tarixli LP-011/2023 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin (çıxarışı və digər sənədlərinin olmaması nəzərə alınaraq) hazırki real bazar dəyəri 45000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/276 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 21503 manat məbləğində müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 107,9 kv.m. təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 91700 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/5303-9/5521 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı evin inşa edilməsinə və hazırki təmirinə (tələb olunan tikinti materiallarının və işçi qüvvəsinin dəyəri ayrı-ayrılıqda göstərilməklə) sərf edilmiş tikinti işlərinin təqribi bazar qiymətlərinə uyğun olaraq 51439 manat məbləğində müəyyən olunur. Eyni zamanda tədqiq olunan yaşayış evinin birinci mərtəbəsi yarımçıq təmirli, ikinci mərtəbəsi tam təmirli vəziyyətdə olduğu müəyyən edilir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq baxış zamanı aparılmış əlavə tikinti-təmir işlərinin müəyyən olunması ilə izah olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/276 saylı rəyi ilə bağlı tərtib olunan smetada göstərilən Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı evin inşa edilməsində aparılmış tikinti-təmir ilə bağlı sərf olunan tikinti materiallarının dəyəri və görülmüş iş həcmlərinin dəyərinin bazar qiymətlərinə uyğun olduğu müəyyən olunur. Rəyin tədqiqat hissədində göstərilənlərə əsasən, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı evin hazırda real bazar dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/276 saylı rəyi ilə müəyyən olunan dəyərə uyğun olduğu müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması (uzun müddət istifadədə olması, fiziki və mənəvi köhnəlməyə məruz qalması) nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1070 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Qeyd edilən əşyaların istehsal ilini (üzərində məlumat olmadığı üçün) müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 103.1.Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2.Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 206.1.Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına aldıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, ilkin iddiaçının məhkəməyə iddia tələbində istinad etdiyi halları təsdiq edən sübut növü kimi təqdim etdiyi kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı müxtəlif illərə dair qəzlər ilkin iddia tələbinin təmin edilməsi üçün yetərli və mötəbər sübut növü ola bilməz. Belə ki, həmin qəbzlər Cavabdeh və Sənəm Kazımovanın adına tərtib edilmiş, qəbzlərdə dəqiq ünvanlar göstərilməmiş, qəbzlərin böyük əksəriyyətinin oxunması isə ümumiyyətlə mümkün deyildir. İddiaçı, fərdi yaşayış evinə köçürülənədək və köçürüldükdən sonra həmin evdə kommunal xidmət haqlarının kim tərəfindən ödənilməsinə, fərdi yaşayış evinə köçürüldükdən sonra Cavabdeh tərəfindən hansı kommunal xidmətlərdən və hansı qaydada istifadə edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, yalnız kommunal xidmətlərin ödənilməsi ilə bağlı qəbzlərin bir hissəsinin İddiaçı olması halını məhkəmə həmin qəbzlər üzrə ödənişlərin məhz İddiaçı tərəfindən aparılması qənatinə gələ bilməz. Belə ki, həmin qəbzlərdən Cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməsi halı da sonuncunun kommunal xidmətlər üzrə ödənişlər etməsini təsdiq edir. Ona görə də məhkəmə ilkin iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, bu tələblər üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə bankdan götürlmüş 6500 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsini tələb etsə də, bağlanmış kredit müqavilələrini, həmin kredit müqavilələri üzrə ödənişlərin aparılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, izahatında isə kreditin bir hissəsinin birgə nikah dövründə əldə olunan nəqliyyat vasitəsinin alınmasına, digər hissəsinin isə birgə nikah dövründə tikilmiş evin hasarının inşasına sərf edildiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3483/2022 saylı qətnaməsi ilə Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 9800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 4900 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamə ilə Chevrolet Lacetti markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2017-ci il tarixdə əldə etmələri, nikahlarının pozulmasına dair xx.xx.2019-cu il tarixli qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən satılması müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin birgə nikah dövründə kredit ilə aldığını, satdıqdan sonra isə həmin kreditin qalan hissəsini ödədiyini bildirən Cavabdeh kreditin avtomobilin satılmasından sonra ödəməsi halını sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh nikahın pozulmasına dair özünün tərtib etdiyi iddia ərizəsində İddiaçı ilə nikahlarının son bir ay ərzində formal xarakter daşımasını qeyd etmiş, sonuncunun öz hesabından çıxarışdan isə Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödənişin 2019-cu ilin iyul ayında, yəni tərəflərin ailə nikah münasibətlərinin pozulmasından və avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən əvvəl aparılması təsdiq olunur. Bu hallar məhkəməyə kreditin birgə nikah dövründə alınması və qaytarılması qənatinə gəlməyə əsas verir. Birgə nikah dövründə inşa olunmuş evin tikinti və təmirinə çəkilmiş xərcləri və eyni zamanda bu xərclərin çəkilməsinə sərf olunan, birgə nikah dövründə qaytarılan borcu da cavabdehindən tələb etməklə Cavabdeh əsassız varlanmaq niyyətindədir. Ona görə də məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının 6500 manat kredit borcunun bölünməsi tələbini əsassız hesab edib təmin etmir. Məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə iddiaçının məişət əşyalarının bölünməsi tələbi ilə bağlı qeyd edir ki, bu tələblər üzrə iddiaçı əşyaların haradan, nə vaxt alınmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, iş üzrə keçirilən ekspertiza ilə həmin əşyaların uzun müddət istifadədə olduqları üçün fiziki və mənəvi köhnəlməyə məruz qalması, üzərində məlumat olmadığı üçün əşyaların istehsal ilini müəyyən etməyin mümkün olmaması müəyyən olunduğundan aparıldığı ünvan qeyd olunan, Cavabdeh dostu olması ehtimal edilən N.İsmayılov adına tərtib edilən yeganə qəbz bu əşyaların bölgüsünün aparılması üçün mötəbər sübut növü ola bilməz. Ona görə də məhkəmə qarşılıqlı iddia tələbini bu hissədə də əsassız hesab edib təmin etmir. Məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə iddiaçının birgə nikah dövründə tikilimiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən, korpus 28, 238 saylı fərdi yaşayış evinin ümumi bazar dəyərinin ½ hissədə bölgüsünün aparılması tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı həmin tikilinin özbaşına tikili olması, tikiliyə və tilikinin yerləşdiyi torpaq sahəsinə dair tərəflərə məxsus hər hansı bir sənədin olmaması müəyyən olunduğundan, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması, tikili üzərində sərəncam verə bilmək imkanın olması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, özgəninkiləşdirilməsi mümkün olmayan belə tikilinin dəyərinin bölünməsi tələbi də əsassızdır, ona görə bu tələb də təmin edilmir. Məhkəmə həmin tikiliyə çəkilən xərcin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı bu tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitlərinə inşa edilməsi, Cavabdeh həmin tikiliyə köçürüldükdən sonra tərəflər arasında baş vermiş münaqişə nəticəsində sonuncunun törətdiyi cinayət əməlinə görə məhkum olunması, S.Ç. Kazımovun təkrar nikaha daxil olması, tərəflərin inşa etdikləri fərdi yaşayış evinə sərf olunan vəsaitin digərinə ödənilmək şərti ilə yaşayış sahəsini tərk etməsi barədə razılıqlarının olmaması, məhkəmə araşdırması zamanı həmin tikilinin tikinti-təmirinə təxminən 51439 manat sərf olunması öz təsdiqini tapdığından qarşılıqlı iddia ərizəsi həmin tikiliyə sərf olunan vəsaitə ½ payının müəyyən edilməklə dəyərinin, yəni 25719,50 manatın İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, ər-arvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti ər-arvadın ümumi vəsaitinin daşınmaz əşyada maddiləşmiş formasıdır. Qarşılıqlı iddianın bu tələbi iqtisadi dəyər kəsb edən, əmlak kimi mövcud olan evin inşasına sərf olunan dəyərdən payın tələb olunmasına yönəlmişdir. Bu səbəbdən də Cavabdeh İddiaçı birgə nikah müddətində birgə vəsait hesabına inşa olunmuş yaşayış evinə çəkilmiş xərclərdən öz payını tələb etmək hüququ vardır və bu hüquq İddiaçı hazırda həmin evdə müvəqqəti yaşamaması, həmin tikili ilə bağlı Cavabdehla aralarında olan mübahisəni qarşılıqlı razılıq əsasında həll etməyə cəhd etməməsi ilə məhdudlaşdırıla bilməz, Cavabdeh isə qeyd olunan payın dəyərini İddiaçı aldıqdan sonra həmin evlə hər hası hüquqi bağlılığı qalmadığından bu evdə yaşaya bilməz. Məhkəmə xərcləri ödənilmiş iddia tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilk iddia ərizəsi təmin edilmədiyindən, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edildiyindən, qarşılıqlı iddia tələbi üzrə iddiaçı məhkəmə xərclərinin bərabər hissələrdə tərəflər aid edilməsini tələb etdiyindən, ona göstərilən hüquqi xidmətə görə sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, hər bir tərəfin ödiyi məhkəmə xərcləri özlərinə aid edilməli, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyərləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərdən istifadəyə görə pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 25719,50 manat Cavabdeh xeyrinə tutulsun. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qarşlıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-263/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-263/2023
16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver