Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2657/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13500 manat pul və 130,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan, oğlu X3 Hallar Nazirliyinin Quba rayon X4 Hissəsində işə qəbul etdirəcəyini yalandan vəd edərək bunun müqabilində guya Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə 11500 manat pul vəsaitini verəcəyi vədi ilə almışdır. Qeyd olunan pul vəsaitini ondan 2020-ci ildə Quba şəhəri, Qələbə küçəsində yerləşən Quba rayon X1rşısında 11000 (on bir min), 2021-ci ildə isə Quba şəhərində yerləşən “Quba yay” şadlıq sarayının qarşısında 500 manat nağd qaydada almışdır. Ümumilikdə isə ondan 11500 manat məbləğində pulu aldadaraq almışdır. Bundan əlavə o təsdiqedici sübutlar olmasa da işin həlli üçün 2000 manata yaxın əlavə pul xərcləmişdir. Cavabdeh bu cür əməlləri başqa şəxslərə qarşı da törətdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4 və 312.2-ci maddələri ilə cinayət işi açılmış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-315/2022 saylı hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun məbləği də tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentiensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh müəsissəsinin rəhbərliyi vasitəsi ilə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-315/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 2 il 6 ay (iki il altı ay) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə qeyd edilir ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Quba rayon X4 Hissəsində texnika üzrə rəis müavini vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı oğlu X5 rayon X4 Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyini yalandan vəd edərək bunun müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə 11500 (on bir min beş yüz) manat pul vəsaitini onun vasitəsi ilə rüşvət qismində verilməsinin zəruri olduğunu inandırıb vahid niyyətlə 29 dekabr 2020-ci il tarixdə saat 21 radələrdində Quba şəhəri, Qələbə küçəsində yerləşən Quba rayon X1rşısında 11000 (on bir min) manat və 2021-ci ilin may ayında saat 13 radələrində Quba şəhəri, Maksim Qorki küçəsində yerləşən “Quba Yay” şadlıq sarayının qarşısında 500 (beş yüz) manat olmaqla, ümumilikdə İddiaçı 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı oğlu Tural Balakişiyevin xeyrinə edəcəyi hərəkət müqabilində vəzifəli şəxsə onun vasitəsilə maddi nemətin verilməsinə sövq etməklə təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 1(124)-315/2022 №-li məktubundan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-315/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli hökmü 13 dekabr 2022-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. 29 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 130,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə Cavabdeh Quba şəhəri, Qələbə küçəsində yerləşən Quba rayon X1rşısında 11000 manat, 2021-ci ildə isə Quba şəhərində yerləşən “Quba yay” şadlıq sarayının qarşısında 500 manat nağd qaydada alması və cinayət nəticəsində İddiaçı 11.500 manat məbləğində maddi ziyan vurduğu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. -14.2, 14.2.6 və 14.2.8-ci maddələrinə əsasən başqa şəxsə zərər vurulması və fiziki şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cinayət xarakterli hüquq pozuntusu törətmiş Cavabdeh vurduğu maddi ziyana görə həm də mülki hüquq məsuliyyəti daşıdığından zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan İddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11500 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 11.500 manatdan əlavə 2000 manat əlavə pul xərclədiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddiaçı tərəfindən ödənilmiş 130,50 (yüz otuz manat əlli qəpik) manat dövlət rüsumunun 111 (yüz on bir) manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 11500 (on bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 111 (yüz on bir) manatı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2657/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2657/2024
10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver