Məhkəmə qərarları › İş №2(001)-268/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-268/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-268/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh5, onun nümayəndələri və vəkili Vəkil4, İlkin iddia tələbi üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, Pənahova (Qasımova) Sevinc Camal qızının Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MMC-nə və Cavabdeh5 qarşı X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və Cavabdeh5 Pənahova (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Pənahova (Qasımova) Sevinc Camal qızı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MMC-nə və Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin Cavabdeh5 istifadəsinə verilməsinə dair 27 dekabr 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi, cavabdehlər və digər şəxslər tərəfindən həmin mənzilə olan mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzili ona 53760 manata satılmışdır. Mənzilin qiymətini tam ödəməsi barədə ona xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Vəkili vasitəsilə apardığı araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Cavabdeh1 (MMC) balansında olmuş, Cəmiyyətin rəhbəri (qanuni təmsilçisi) isə X10 olmuşdur. 2011-ci ildə X10 vəfat etdikdən sonra Cəmiyyətin nizamnamə kapitalında olan payı həyat yoldaşı Cavabdeh2, övladları – Cavabdeh3 və Cavabdeh4 keçmiş, hazırda onlar Cəmiyyətin təsisçiləri kimi dövlət qeydiyyatına alınmışdırlar. Uzun müddətdir ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Həmin mənzili əlavə əmlak kimi alıb saxlamışdır ki, gələcəkdə daimi olaraq Azərbaycana qayıdacağı halda, təmir etdirib istifadə etsin. Arada Azərbaycana gəldikdə gedib mənzilinə baş çəkmiş və mənzillə bağlı hər hansı problemlə rastlaşmamışdır. Lakin bu yaxınlarda mənzili ilə maraqlandıqda binanın idarəçiliyini həyata keçirən Cavabdeh1 MMC-nin əsas paya malik təsisçisi Cavabdeh2 aldığı məlumata görə Cavabdeh5 bu yaxınlarda binanın komendantı X13 müqavilənin surətini təqdim edərək, həmin mənzilin ona məxsus olduğunu iddia etmiş, komendant və təsisçi Cavabdeh2 binada ona məxsus hər hansı mənzlin olmadığını bildirdikdə isə, o, onların tələblərinə məhəl qoymadan, özbaşına və qanunsuz olaraq onun mənzilə qoyduğu giriş qapısını sındırıb digər qapı ilə əvəz etmişdir. Bundan sonra isə o, bildirmişdir ki, yaxın günlərdə mənzildə təmir işlərinə başlayacaqdır. Cavabdeh5 binanın komendantına təqdim etdiyi 27 dekabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, guya həmin mənzil X10 tərəfindən ona satılmışdır. X15 mənzili ona satdıqdan 4 ay sonra yenidən başqa şəxsə satması inandırıcı deyildir. Bundan başqa, MMC-nin təsisçisi və komendantından aldığı məlumata görə Cavabdeh5 indiyədək bir dəfə olsun həmin mənzillə maraqlanmamış, müqaviləsinin surətini komendanta təqdim edən zaman isə hətta mənzilin yerini belə bilməmişdir. Bununla belə o, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağlamışdır və mənzil həmişə faktiki olaraq onun sərəncamında olmuşdur. Ona görə də cavabdehin müqaviləsinin saxtalığına kifayət qədər şübhə vardır və hesab edir ki, həmin müqavilə X3 ölümündən sui-istifadə edilməklə saxtalaşdırılmışdır. Hətta cavabdehin təqdim etdiyi müqavilə saxta olmasa belə, mənzilə dair müqavilə cavabdehdən əvvəl onunla bağlandığından hazırda qüvvədə olan mülki qanunvericliyin tələblərinə görə cavabdehin müqaviləsi etibarsız hesab olunduğu üçün hər hansı hüquqi nəticə doğura bilməz. 20 noyabr 2023-cü il tarixli məhkəmə iclasında X14 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tağıyev X1 (Qasımova) Sevinc Camal qızına və Cavabdeh1 MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilinin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTK-nin yığıncağının protokolundan çıxarış və s.) verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pənahova (Qasımova) Sevinc Camal qızı ona və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələblər üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, özü ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləni təqdim edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirmişdir. Hesab edir ki, onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilə etibarlıdır, digər müqavilə isə sonradan köhnə tarixlə tərtib edilmişdir. Bu səbəblə ekspertizanın təyin edilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmiş və məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 4/1510-5/1271 nömrəli 9 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X10 tərəfindən icra olunmuşdur; Cavabdeh1 MMC ilə X11 arasında bağlanmış müqavilədə möhür əksləri üzərində olan imzalar (MTK qrafası nəzərdə tutulur) X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyindən məlum olur ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında güya bağlanmış müqavilə əslində saxtadır və etibarsızdır. Bu səbəblə də, həmin müqavilə etibarsız hesab edilməli, mənzilin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalı, o cümlədən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə müvafiq sənədlərin ona təhvil verilməsi öhdəliyi MTK-nin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Pənahova (Qasımova) Sevinc Camal qızının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəfindən aparılan müstəqil araşdırma zamanı məlum olmuşdur ki, Rövşən Rüstəmovun sahibkarlıq fəaliyyəti dövründə onun bir çox səlahiyyətləri etibarnamə əsasında X14 tərəfindən həyata keçirilmiş, o cümlədən, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının demək olar ki, əksər mənzillərinin alqı-satqı müqaviləsi, eləcə də hazırkı iş üzrə mübahisə predmetinə aid olan 14 avqust 2008-ci il tarixli müqavilə Rövşən Rüstəmovun verdiyi etibarnamə əsasında məhz Rövşən Kazımov tərəfindən imzalanmışdır. Göründüyü kimi, Cavabdeh1n rəhbəri fiziki şəxs X8 və X4 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar X10 tərəfindən icra olunmasa da, onun etibarnamə üzrə səlahiyyət verdiyi nümayəndəsi X14 tərəfindən icra olunduğundan müqavilə mülki qununvericilikdə nəzərdə tutulmuş təmsilçilik qaydalarına uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmamışdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh5 ilkin iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil4 ilkin iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı qəbul edir, qarşılıqlı iddianı isə qəbul etmir və göstərmək istəyir ki, iddiaçı "xxxx" MMC-dən tam məbləği ödəyərək mənzil almışdır. Hazırda MTK iddiaçını tanıyır və mənzil ona təhvil verilmişdir. Cavabdehin həmin mənzili sonradan alınması heç inandırıcı deyil. Belə ki, cavabdeh bu günə qədər mənzillə maraqlanmamış, mənzilin yerini belə bilmir. Ona görə də, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirdi ki, X10 onun mərhum qaynıdır. Rövşən Rüstəmov xx.xx.2008-ci il tarixdə ona etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında bir çox müqavilələri imzalamışdır. Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış müqaviləni də Rövşən Rüstəmovun əvəzinə o imzalamışdır. O, müqavilələri yalnız Rövşən dediyi zaman imzalayırdı. Bəzən Rövşən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmayanda da, ona müqavilələri imzalanmasını bildirirdi, o da imza edirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin rəhbəri X8 (bundan sonra “İcraçı”) və X11 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzilə izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 430 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 48.160 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə həyata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 48.160 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. - "xxxx" MMC-nin direktoru Rüstəmov R.N. tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1-də yerləşən yaşayış binası Cavabdeh1 MMC-nə məxsusdur. Bu binanın İİ giriş İ mərtəbəsində ümumi sahəsi 112 kv.m olan 2 otaqlı 62 saylı mənzilin pay dəyəri “Payçı” X11 tərəfindən ödənilib. Borcu yoxdur. - "xxxx" MMC-nin rəhbəri X8 (bundan sonra “İcraçı”) və Cavabdeh5 (bundan sonra “Payçı”) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İİ blok İ mərtəbə ümumi sahəsi 112 kv.m olan 62 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 480 AZN təşkil edir. Cəmi 112 kv.m sahə üçün 53.760 AZN təşkil edir. Ödəmə məbləği AZN hesabı ilə həyata keçirilir. Müqavilədə ödəmə xx.xx.2008, 53.760 AZN, dəyəri tam ödənildi qeydi aparılmışdır. - www.e-taxes.gov.az saytından çıxarışdan görünür ki, Cavabdeh1 MMC xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X5r. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MMC-nin arxiv sənədlərinə əsasən ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı 62 nömrəli mənzilinin satılmasına dair Cavabdeh1 MMCnin mərhum qanuni təmsilçisi X10 ilə X11 arasında 14 avqust 2008-ci il tarixli müqavilə bağlanmış və həmin mənzil sonuncunun istifadəsində olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1510-5/1271 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd möhür əksləri üzərindəki imzalar – X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və X4 adlarından olan 14 avqust 2008-ci il tarixli müqavilənin (i.v.58) arxa tərəfində 3 ədəd möhür əksləri üzərindəki imzalar – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X11 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; X9 və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş X11 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; X9 və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ X10” məzmunlu möhür əksləri ilə təqdim edilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının üzərlərində olan möhür əkslərinin, xx.xx.2009-cu il tarixli müqaviləyə (156 saylı mənzilə dair) aid maliyyə arayışının aşağı hissəsində Cavabdeh1 şirkətinin müdiri çap mətnli yazının üzərinə vurulmuş möhür əksinin sərbəst nümunələri eynilik təşkil edirlər. Təqdim edilmiş X11 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; X9 və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ X10” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2009-cu il tarixli müqavilədəki (156 saylı mənzilə dair) və həmin müqaviləyə əlavə edilmiş maliyyə arayışının əsas mətninin üzərinə vurulmuş möhür əkslərinin sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş X11 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; X9 və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrdə əvvəl mətin çap edilmiş, sonra isə möhür əksləri vurulmuşdurlar. Təqdim edilmiş X11 və X10 arasında bağlanmış 14 avqust 2008-ci il tarixli; X9 və X10 arasında bağlanmış 27 dekabr 2008-ci il tarixli müqavilələrin üzərlərində Cavabdeh1”nə məxsus möhür əksləri olmadığı üçün ekspert qarşısında qoyulmuş 2, 3-cü bəndlərindəki sualları üzrə tədqiqat aparılmadı. - ƏN-İ seriyalı 131531 nömrəli xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X12 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2013-cü il tarixədək qüvvədədir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh5 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli xx-xx/1129 saylı razılıq məktubu, Cavabdeh1 xx.xx.2005-ci il tarixli 017 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli 005407 saylı şəhadətnaməsi nəzərə alınaraq, Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsində yerləşən özünə məxsus yarımçıq tikilinin sökülərək tutduğu 3306.3 kv.m torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qeyd edir ki, ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X11 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə müqavilələr imzalanmış və hər iki müqavilədə bu mənzilin dəyərinin tam ödənilməsi barədə müvafiq qeydlər aparılmışdır. Hazırda Pənahova (Qasımova) Sevinc Camal qızı həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, mənzilə 2013-cü ildə qapı qoyub kilidini bağladığını və mənzilin həmişə faktiki olaraq onun sərəncamında olduğunu, Cavabdeh5 ilə bağlanmış müqavilənin saxta olduğunu, sonuncunun mənzilin harada yerləşməsini belə bilmədiyini iddia edir və xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, ilkin olaraq ünvan 1-də yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 2 otaqlı, 62 nömrəli mənzilinin satışına dair Cavabdeh1 MMC ilə X11 arasında xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 ilə isə xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin etibarlı olubolmamasına hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə X11 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMC-nin rəhbəri X10 tərəfindən deyil, başqa şəxs, yəni X14 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi və X7 məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq olunur. Pənahova (Qasımova) Sevinc Camal qızı MMC adından bəzi müqavilələrin, o cümlədən, özü ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin Rövşən Rüstəmov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli etibarnamə əsasında (təmsilçilik qaydasında) X7 imzaladığını, sonuncunun müqaviləni imzalayarkən səlahiyyətli şəxs olduğunu və həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmadığını iddia etsə də, məhkəmə, Pənahova (Qasımova) Sevinc Camal qızının bu arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarında olan və X10 tərəfindən X12 verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, R.N.Rüstəmov həmin etibarnaməni Cavabdeh1 MMC-nin adından və MMC-nin təmsil edilməsi üçün deyil, fiziki şəxs olaraq öz hüquq və mənafelərinin təmsil edilməsi üçün vermişdir. Belə olan halda, X7 adıçəkilən etibarnamə əsasında Cavabdeh1 MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə MMCnin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığından etibarsız əqddir. Pənahova (Qasımova) Sevinc Camal qızının mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanmış müqavilənin onunla müqavilə bağlandıqdan sonra bağlanması səbəbindən etibarsız olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, mülkihüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə bir yanaşma birbaşa Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Normadan göründüyü kimi fərdi-müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Müddət etibarı ilə Cavabdeh1 MMC ilə ilə Pənahova (Qasımova) Sevinc Camal qızı arasında müqavilə daha əvvəl, yəni xx.xx.2008-ci il tarixdə bağlanmasına baxmayaraq, bu hal Cavabdeh1 MMC-nin mübahisəli mənzilin Cavabdeh5 deyil, məhz Pənahova (Qasımova) Sevinc Camal qızına təhvil verilməsi barədə öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanan zaman binada tikinti işləri aparılmış, binanın tikintisi başa çatdıqdan sonra mübahisəli mənzildə heç bir təmir işləri aparılmamış və yaşayış olmamışdır. Cavabdeh5 binanın tikintisinin başa çatdığını bildikdən sonra aldığı mənzili təmirsiz şəkildə qəbul etmiş, mənzilə qapı qoydurmuşdur. Bu hərəkətləri ilə də Cavabdeh5 mənzili təhvil aldığını nümayiş etdirmişdir. Daha sonra Pənahova (Qasımova) Sevinc Camal qızı mübahisəli mənzilə gələrək, Cavabdeh5 tərəfindən qoyulmuş qapını sındırmış və yeni qapı qoymuşdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisəli mənzildə Pənahova (Qasımova) Sevinc Camal qızına məxsus hər hansı əmlakın olması müəyyən edilməmişdir. Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 rəhbəri fiziki şəxs X8 və Cavabdeh5 adlarından olan 27 dekabr 2008-ci il tarixli müqavilənin (i.v.59) arxa tərəfində 2 ədəd möhür əksləri üzərindəki imzalar – X10 tərəfindən icra olunmuşdur. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz Cavabdeh5 sahiblik etməyə başlamışdır. Buna uyğun olaraq, Cavabdeh1 MMC-nin mübahisəli mənzilin Pənahova (Qasımova) Sevinc Camal qızına deyil, məhz Cavabdeh5 təhvil verilməsi barədə öhdəliyi yaranmışdır. Həm bu, həm də yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh5 Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə tam etibarlı müqavilədir. Bu da öz növbəsində Pənahova (Qasımova) Sevinc Camal qızının iddiasının rədd edilməsini, Cavabdeh5 isə iddiasının qismən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə cədvəlinin etibarsız hesab edilməsi; mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması hissəsində təmin edilməsini şərtləndirir. Bununla yanaşı məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin (MTK-nin yığıncağının protokolundan çıxarış və s.) verilməsi öhdəliyinin Cavabdeh1 MMCnin üzərinə qoyulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mənzilin yerləşdiyi binanın təhvil-təslim prosesi həyata keçirilməmiş, bu səbəbdən də mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı qəbul edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Digər tərəfdən, məhkəmə izah edir ki, ümumi yığıncağın qərarı mövcud olduğu təqdirdə, Cavabdeh5 həmin qərar əsasında mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana müraciət edə bilər. Qarşılıqlı iddiada qeyd edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə əsasında verilmiş maliyyə arayışını etibarsız hesab edilməsi hissəsi də təmin edilməməlidir. Belə ki, maliyyə arayışı hər hansı hüquqi nəticə yaratmayan bəyanat xarakterli sənəd növüdür. Başqa ifadə ilə, maliyyə arayışı hər hansı hüquq münasibətini yaradan, dəyişdirən və ya xitam edən əqd deyildir. Belə olan halda, maliyyə arayışının etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Pənahova (Qasımova) Sevinc Camal qızının Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MMC-nə və Cavabdeh5 qarşı X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməli, 14 avqust 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızına aid edilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızından və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməli, məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh5 tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Pənahova (Qasımova) Sevinc Camal qızının Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MMC-nə və Cavabdeh5 qarşı X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızına aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilin Cavabdeh5 təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci blok 1-ci mərtəbə ümumi sahəsi 112 kv.metr olan 62 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə Qasımova (Pənahova) Sevinc Camal qızı arasında bağlanmış 14 avqust 2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 48.160 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq Pənahova (Qasımova) Sevinc Camal qızına ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Pənahova (Qasımova) Sevinc Camal qızından və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq Cavabdeh5 ödənilsin. Məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh5 tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar