Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2752/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı X5 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə,İddiaçı X5 Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Səhmdar Cəmiyyəti cavabdehlər “xxxxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1420 manat sığorta ödənişi məbləğini və ödənilmiş 30,40 manat məhkəmə rüsumunun, cəmi 1450,40 manat pulun cavabdehlər “xxxxxxxxx” MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” müqaviləsinə əsasən 90NE399 dövlət qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtomobilin sahibinin mülki məsuliyyəti İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan sığortalanmış avtomobili qüvvədə olma müddəti bitmiş “xxxxxxxxx” MMC-nin verdiyi etibarnamə ilə idarə edərkən yol hərəkət qaydalarını pozaraq Abşeron rayonu ərazisində Changan CX20 markalı, 99PR478 dövlət qeydiyyat nişanlı. avtomobillə toqquşmuşdur. TP ******* saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh2 yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətdiyi üçün təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində Changan CX20 markalı 99PR478 dövlət qeydiyyat nişanlı avtomobilə 1420 manat məbləğində zərər dəydiyi hesablanmış və həmin məbləğdə sığorta ödənişi zərər çəkən Pərvanə İsayevaya ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1420 manat sığorta ödənişi məbləğini və ödənilmiş 30,40 manat məhkəmə rüsumunun, cəmi 1450,40 manat pulun cavabdehlər “xxxxxxxxx” MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər “xxxxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “xxxxxxxxx” MMC **-NE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili xx xxxxxx 2019-cu il tarixədək idarə etmək üçün Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan TP ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh2 idarə etdiyi ** NE *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomaşınla xx.xx.2019-cu il tarixdə, saat 17:00 radələrində Xırdalan şəhəri ərazisində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş xx.xx.2019cu il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı, Changan markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1420 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Sığorta aktından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASCdə səhhətə vurulan zərərə görə (adam başı) 5.000.00 manat, əmlaka vurulan zərərə görə 5.000.00 manat məbləğində sığortalanmışdır. Həmçinin həmin aktdan və hesabdan çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “xxxxxx” MMC-yə məxsus “Changan CX20” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə “xxxxxx” MMC-nin nümayəndəsi X1 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Eyni Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahibi olan “xxxxxxxxx” MMC-nin, həm də avtomobili müvafiq səlahiyyəti olmadan idarə etmiş Cavabdeh2 öhdəsinə qoyulmalıdır. Belə ki, “xxxxxxxxx” MMC **-NE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili idarə etmək üçün Cavabdeh2 verdiyi etibarnamənin müddətinin xx xxxxxx 2019-cu il tarixdə bitməsinə baxmayaraq, hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixədək avtomobilin Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Həmçinin iddia tələbinin sığorta ödənişinin Cavabdeh3 tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı **-NE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin Cavabdeh3 Şamil oğlunun mülkiyyətində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, **-NE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil “xxxxxxxxx” MMC-ə məxsusdur. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ və bank xidməti haqqı da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehlər “xxxxxxxxx” MMC və Cavabdeh2subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə onlardan 1420 (bir min dörd yüz iyirmi) manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər “xxxxxxxxx” MMC-dən və Cavabdeh2 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində sığorta ödənişi məbləği, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 1450,40 (bir min dörd yüz əlli manat 40 qəpik) manat alınaraq İddiaçı X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2752/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2752/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver