Məhkəmə qərarları › İş №2(001)-2761/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2761/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2761/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Cavabdeh Cavabdeh, Üçünçü şəxs X4 iştirakı ilə İddiaçı Cavabdeh və üçünçü şəxs X6 qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nissan X-Trail markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına verdiyi 6000 manat və ödədiyi 550 manat olmaqla, cəmi 6550 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13.03.2020-ci il tarixində Sumqayıt maşın bazarında X2 Nissan X-trail markalı ** CX *** dövlət nömrə nişanlı avtomobili 12.000 (on iki min) manata alması üçün razılaşmışdır. Avtomobilin alınması üçün məbləğin 6000 manatını kredit şəklində ödəyəcəyini bildirdikdə onlar Bakı şəhərində 20 yanvar ərazisində kredit təşkilatının olduğunu bildirdilər. Bildirdilər ki, bəs 6000 manatı 24 ay ərzində aylıq 500 manat şərti ilə kreditləşdirilir. 14.03.2020-ci il tarixində o, avtomobilin sahibi Həsənov Həbiblə birlikdə BDYPİ-nin Xırdalan dairəsindəki İmtahan-Qeydiyyat şöbəsində özünü kredit təşkilatının nümayəndəsi kimi təqdim edən Cavabdeh ilə görüşdülər. Cavabdeh bildirdi ki, alman avtomobilin pulunun 50 faizini onun təmsil etdiyi kredit təşkilatı yəni 6000 manatı 24 ay ərzində aylıq 500 manat şərti ilə kreditləşdirilir və ona avtomobili idarə etmək üçün aylıq etibarnamə veriləcək. Cavabdeh avtomobilin şəklini çəkmiş, onun hansısa banka borclu olubolmamasını araşdırmış, sonunda alacağı avtomobilə görə dəyərinin 50 faizini yəni 6000 manatın kreditləşməsi mümkünlüyünü bildirmişdir. Cavabdeh və Həsənov Həbib avtomobilin kredit təşkilatının adına rəsmləşdirilməsi üçün İmtahan-Qeydiyyat şöbəsinə getmişlər. 14.03.2020-ci il saat 15:00 radələrində Cavabdeh BDYPİ-nin Xırdalan dairəsindəki İmtahan- Qeydiyyat şöbəsindəki Notariusun qarşısında X5 da iştirakı ilə ondan 6000 manat pulu almış və özüdə 6000 manat üstünə qoyaraq bütövlüklə 12.000 manatı X7 vermişdir. O, 16.03.2020ci il tarixində Bakı şəhəri, 20 yanvar dairəsində ofisə gəlmuş, ona təqdim olunan sənədlərə baxdıqda bilmişdi ki, avtomobil tanımadığı X4 adına rəsmləşdirilib. O, buna etiraz edərək bildirmiş ki, bu şərtlərlə 6000 manat pulunu təhlükə altına qoyur. Həmçinin aylıq 500 manat deyil 550 manat ödəyəcəyini onların "kredit mütəxəsisi" Roma deyilən şəxs bildirmişdir. O, bu şərtlərlə razılaşmamış, 6000 manat pulunu tələb etmişdir. Roma bildirmişdi ki, onda maşını satan X7 verilən 12000 manatı avtomobili qaytarmaq şərti ilə tələb et. O, Həsənov Həbibə zəng vurmuş, H.Həsənov bildirmişdir ki, pulu borca verib. Onların Kredit təşkilatı dediyi ofisdə adını bilmədiyi şəxs bildirmişdi ki, bu işin sahibi Hacı Elçindir halal adamdır. Aylıq ödənişi et və sonunda avtomobil öz adına rəsmləşdiriləcək. 16.03.20020-ci il tarixində ona vəkalət və avtomobili verdilər. O, 02 aprel 2020-ci il tarixdə onların nümayəndəsi Roma ilə danışaraq bildirmişdir ki, avtomobili satıb onların 6000 manatını ödəyib problemi qurtarmaq istəyir. 14 aprel 2020-ci il tarixində avtomobili Şamaxı sakini Sahib adlı şəxsə 11700 manata satmaq üçün 500 manat beh almış ki, qalan pul rəsmləşdirmədən sonra verilsin. O, 14-16 aprel 2020-ci il tarixindən Cavabdeh və Romaya dəfələrlə mobil telefonla zəng vursa da açmamışlar. Aldığı behə görə əlavə olaraq 300 manat cərimə vermiş və Sahibdən qurtarmışdır. Təşkilat rəhbəri sayılan Hacı Elçin onu ofisə dəvət edərək bildirmişdir ki, ona yenidən ödəniş qrafiki açılır. O, onlara 550 manat ödəmiş. 02.10.2020-ci ildə ona vəkalət vermişlər. O, 08 dekabrda COVİD-19 xəstəliyinə tutulmuş, ödəniş edə bilmədiyinə görə ** VP *** qeydiyyat nişanlı Nisan X-trail avtomobilini 24 dekabr 2020-ci il tarixdə evaukatorla bilmədiyi ünvana aparmışlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxs X8 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı tərəfindən imzalanmış müqaviləyə əsasən, iddiaçı avtomobili (2001-ci il buraxılışı olan 99VP676 qeydiyyat nişanlı Nissan X-TRAİL) qəbul etdikdən sonra 24 ay müddətində hər ay 550 manat ödəməyi öz öhdəsinə götürmüşdür. - 10.04.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X1 Xtrail markalı ** VP *** dövlət nömrə nişanlı minik avtomobilini 10.04.2021-ci il tarixdə X3 11000 manat satmışdır. -14.03.2020-ci il tarixli, AD 743571 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Nissan X-trail markalı ** VP *** dövlət nömrə nişanlı minik avtomobili X4 adınadır. Beləliklə, məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin (müqaviləsinin) olması işin hər hansı halı ilə təsdiq edilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbi üzrə iddiaçı istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən imzalanmış müqavilə əksinə iddiaçının 2001-ci il buraxılışı olan 99VP676 qeydiyyat nişanlı Nissan X- TRAİL üçün 24 ay müddətində hər ay 550 manat ödəmək öhdəliyini təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ET Dİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4 E. AZ 1116 №2(001)-2761/2021 27 avqust 2021-ci il İddiaçı: İddiaçı Ünvan: Sumqayıt şəhəri, Təzə Corat qəs., məh.81, ev 292 B Cavabdeh: Cavabdeh Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 18 A Üçüncü şəxs: X8 Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, İ.Dadaşov küçəsi, ev 72, mənzil 12 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 2761/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – “03” vərəqədə (hər bir ünvana). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar