Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2763/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əşyaların qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əşyaların qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əşyalarının geri qaytarılması və ya maddi kompensasiya kimi 8.000 manat ödənilməklə zərərinin qarşılanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 12, mənzil 22, atası X3 məxsus olmuşdur. xx.xx.2017-ci il tarixində Bəşir Dünyamalıyev rəhmətə gedəndən sonra vərəsə kimi mirası qəbul etmişdir. Ümumiyyətlə o ev ona məxsus olmuşdur. Mənə xx.xx.2021-ci il tarixində çıxarış verilmişdir. O, həmin evdə 1988-ci il tarixindən etibarən qeydiyyatdadır və yaşamışdır. 1997-ci ildə rəsmi nikaha daxil olduqdan sonra isə ailəsi də onunla birgə bu evdə yaşamışdır. X1 isə ayrıca evi olmuşdur və ayrı yaşayırdı. 2002-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Bir neçə il sonra (3il) ailəsi ilə problemləri olmuş, özü təkcə yaşadığı evə gəlmiş, onlarla bərabər yaşamış, daha sonra ailə üvzlərini də bu evə gətirmişdir. Atasının ölümünə kimi hamısı qardaşı ailəsi və onun ailəsi birlikdə atası ilə yaşamışlar. Atasının ölümündən sonra ailə daxili narazılıqlar başlamışdır. Buna baxmayaraq bir müddət daha bir yerdə yaşamağa davam etmişlər. Lakin cavabdehlərlə yaşamağın artıq mümkünsüz olduğunu, səhhətinin buna yol vermədiyini görərək 2 otaqlı evinin bir otağına əşyalarını yığaraq qapını bağlayıb evindən bir ümid bəlkə Sabunçu rayonunda yerləşən evlərinə köçəcəklərini düşünərək müvəqqəti olaraq evindən çıxmışdır. Onların getmədiyini gördükdə isə evinə qayıtmaq istəyəndə onu evinə buraxmadılar, yalnız polislə evə daxil ola biləcəyini bildirdilər. Bu sözlərin üzərində xx.xx.2022-ci il tarixində Binəqədi RPİ-nin 4-cü PŞ-nə şikayət etdi. Qardaşını və onu idarəyə aparaq izahatlarını aldılar və bununla bağlı məhkəməyə müraciət etmələrini bildirdilər. Bundan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir, hal-hazırda məhkəmə prosesi davam edir. Həmin mövzu ilə əlaqəli iclasda ekspertiza aparılaraq evin qiymətləndirilməsi aparılmışdır. Ekspertizanın rəyi və məhkəmə üçün təqdim olunan sənədlərdə (şəkillərdə) gördü ki, heç bir əşyası (paltaryuyan, soyuducu, çarpayı, dolab və evdə istifadə oluna biləcək digər əşyaları) evdə yoxdu. xx.xx.2022-ci il tarixindən etibarən nəinki evinə hətta evin yerləşdiyi küçəyə belə getməyə imkan vermirlər (hədə-qorxu), qapının kilidini dəyişdiriblər. Sonuncu dəfə polis əməkdaşları ilə birlikdə evə girdikdə bütün əşyaları hamısı orda idi, qardaşı X7 da (060-7463B) nömrəli ərizəsində təsdiqləmişdir. Bununla bağlı Cavabdeh1 sual verdikdə əşyaların hamısını qardaşının belə xəbəri olmadan övladları Cavabdeh2 ilə birlikdə evdən çıxardıqlarını və satdıqlarını, burda artıq ona aid heç bir əşya olmadığı bildirmişdir. Bununla bağlı Binəqədi RP-nin 4-cü PŞ-nə şikayət ərizəsi yazmışdır (xx.xx.2023 il tarixində). Bir aydan çox vaxt keçməsinə baxmayaraq sahə polis nümayəndəsi evə daxil ola bilmədiyini, qapının açılmadığını, qapıya qoyulan məktuba və şəxsin mobil nömrəsinə cavab vermədiyini bildirmiş, bununla bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Onun əşyaları hazırki iş üzrə cavabdehlərdə deyil, X4r. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının əşyaları cavabdehdə heç vaxt olmamışdır ki, onu da satsın. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Məmmədhüseyn Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK-1/1146 saylı materialda cinayət tərkibi olmadığından material üzrə cinayətin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “Vətəndaş İddiaçı izahatında bildirmişdir ki, ünvan 3 ünvanı onun adma olan mənzildir. O uzun illərdir ki, sözügedən ünvanda qardaşı Elbəyi Bəhramovla birgə qalır. Ailələr böyük olduğu üçün və ailə daxili problemlər yarandığı üçün o ailəsi ilə kirayədə digər evdə yaşasada tez-tez həmin evdə ona aid olan otaqda qalırmış. Onun və qardaşının giriş qapıları ayrıdır. xx.xx.2022-ci il tarixdə saat 23.40 radələrində yaşadığı evə gələn zaman görmüşdür ki, evin içindən olan qapı qırılmışdır. O qardaşından nə baş verdiyini soruşduqda o bildirdi ki, qapını o sındırıb. O bilmişdir ki, əşyalarını qardaşı götürüb. Bu barədə dərhal 102 xidmətinə məlumat vermişdir. X2 izahatında bildirmişdir ki, 5 il bundan öncəyə qədər atası Bəşir rəhmətə gedənə qədər qardaşı Dağbəyi ilə ailələləri ilə birgə ünvan 4 ünvanında yaşamışlar. Atası rəhmətə gedəndən sonra qardaşı Dağbəyi evdən çıxmış və başqa evdə yaşamağa başlamışdır. Başqa evdə yaşasa da evin bir otağının qapısını bağlamışdır. Daha sonra o evə kirayə qalan şəxsləri salmışdır. O isə buna narazı olduğu üçün otağa gedən işığı kəsmişdir ki, həmin kirayə qalanlar evdə problemlər yaşadır. Daha sonra o dəfələrlə qardaşına bildirmişdir ki, evdə olan əşyaları götürsün qapını açsın o ailəsi ilə birgə rahat yaşaya bilsin. Çünki onun 4 övladı var, böyüyürlər, bir otaqda yaşamaq mümkünsüzləşir. Dağbəyi onun sözlərinə məhəl qoymamışdır. Həmin evdə Dağbəyinin qaldığı otaqda heç kim yaşamadığından o evin digər otağına keçən qapını sındırmışdır, 2 oğlunun yatması üçün şərait yaratmışdır. xx.xx.2022-ci il tarixdə evə gəldi və gördü ki, o qapını sındırmışdır. Guya ona məxsus əşyaları götürmüşdür. Bildirmişdir ki, yalandır. Ona məxsus çarpayı, paltaryuyan, soyuducu və digər əşyalar hər biri yerindədir. Dağbəyi isə istəyir ki, o evdən çıxıb o da həmin evi kirayə versin. O evə qeydiyyatı olduğunu, 1989-cu ildən həmin evdə yaşamışdır. Yaşamaq istəyirsə məhkəməyə müraciət etsin, yaşamaq hüququ alsın” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı hazırda özünə məxsus əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməsinə baxmayaraq, daha sonra iddiaçı əşyaların hazırki iş üzrə cavabdehlərdə deyil, məhz X6 olduğunu bildirmişdir. Lakin, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətini mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim etməmiş, nəticə də iddia tələbinin hazırki cavabdehlərə qarşı baxılmasına şərait yaratmışdır. Göründüyü kimi, iddiaçıya məxsus əmlaklar hazırki iş üzrə cavabdehlərin qanunsuz sahibliyində deyil, başqa sözlə hazırki iş üzrə cavabdehlər həmin tələbə cavab verməli olan şəxslər deyillər. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əşyaların qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2763/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2763/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver