Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2765/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər X1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası 18.05.2021-ci il tarixə, saat 11:00-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan ərizədən görünür ki, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi 12.03.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, hər hansı üzrlü səbəb göstərmədən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, 4500 manat sığorta ödənişinə dair iş materiallarında həm tarixi dəqiq oxunmayan (.. .. 2012-ci il) kassa məxaric orderinin təsdiq olunmamış surəti, həm də 30.04.2014-cü il tarixli ödəniş tapşırığı mövcuddur (əsas olaraq fərqli aktlar qeyd olunub). Bu və digər ziddiyyətlərə aydınlıq gətirilməsi yalnız ən azı iddiaçının iştirakı ilə işə baxılarkən mümkün olduğundan, 08.04.2021-ci il tarixdə məhkəmə iclası təxirə salınmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanıdırlmışlar. İş materiallarından göründüyü kimi, iddiaçı «xxxx» ASC tərəfindən məhkəmə bildirişi 22.04.2021-ci il tarixdə alınmış, lakin məhkəmə iclasına nə iddiaçının nümayəndəsi, nə də ki, cavabdehlər gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılması mümkün olmadığına, tərəflər isə məhkəmə iclasına təkrar gəlmədiklərinə görə, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2765/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2765/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver