Məhkəmə qərarları › İş №2(001)-2768/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2768/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2768/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 3000 manat məbləğində pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oglu qanunsuz və hec bir hüquqi səlahiyyəti olmadan iddiaçıdan avtomobilə dair X10 ödənilməsi üçün 3000 manat məbləğində pulu hissə-hissə alaraq qəbzə imza etmiş və nəticədə X10 ödəməmişdir. Bu məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə qarşı dövlət orqanlarına və ya onun iş yerinə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə şikayətlər edilərək, onun tərəfindən qanunsuz olaraq iddiaçıdan pul məbləğinin alınmasını və həmin məbləğin geri qaytarılması tələb edilmişdir. Şikayətləri üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində ərizəyə baxılmış, araşdırma zamanı Cavabdeh oglu tərəfindən hec bir hüquq pozma halının olmaması müəyyən edilmiş və nəticə etibarı ilə pulun qaytarılması barədə məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə edilmişdir. Pul məbləğinin Cavabdeh tərəfindən Vəfa Kərimovaya çatdırılması barədə hec bir hüquqi sənəd yoxdur, Cavabdeh iddiaçıdan aldığı pul məbləğini dolayısı ilə mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, Cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, 2016-cı ilin aprel ayından 11 ay hər ay ona 300 manat pul ödəmiş və bu fakt cavabdehin imzaladığı qəbzdə də öz əksini tapmışdır. Pulu ona görə ödəyirdi ki, oğlu Cavabdeh qardaşından hissə-hissə ödəmək şərti ilə avtomobil almış və həmin avtomobilin dəyərindən 9500 manat məbləğində pulu ödəmişlər. Avtomobili aldıqları şəxs öləndən bir həftə keçməmiş qardaşı Vüqar evlərinə gəldi və qalan 3300 manatın ona ödənilməli olmasını bildirdi. O, öz xətti ilə cədvəl tərtib etdi və hər ay gəlib pulu götürəndə imza edirdi. Lakin bir müddət sonra ona məlum oldu ki, həmin cavabdeh həmin pulu mənimsəyib. Nəticədə onun həyat yoldaşından həmin avtomobilə görə məhkəmə qətnaməsinə əsasən təzədən 9000 manat məbləğində pul tutulmuşdur. Cavabdeh sözdə pulu Vəfa Kərimovaya verdiyini bildirsə də, bu hər hansı sənəddə, hətta məhkəmə qətnaməsində belə öz əksini tapmamışdır. Hal-hazırda X7 nə deyəcəyinin əhəmiyyəti yoxdur. Belə ki, avtomobilə görə dəyərinin üç qatı artıq ödənilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, qardaşı öləndən sonra mübahisəli avtomobilə dair bütün hüquqlar qardaşının arvadı X3. O, iddiaçıdan cəmi 3000 manatı alıb Vəfa Kərimovaya vermişdir. 3000 manat ödənildikdən sonra iddiaçı ödənişi dayandırmış, həmin 3000 manat ümumi borcdan çıxılmışdır. Sənədlər saxtalaşdırılıb avtomobil başqa şəxsə - vicdanlı alıcıya satılmış, ona görə də Vəfa Kərimova iddiaçının ərinə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin olaraq 15000 manat pul tələbini irəli sürmüş, sonradan tələb 9000 manatadək azaldılmışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Vəfa Kərimova avtomobilə görə borcun ödənilməsində çətinliklər olduğunu görmüş və onlar biryerdə iddiaçının evinə gedərək belə bir məbləğ barədə razılığa gəlmişlər ki, həmin pul ödənilsin. Hər bir halda onun bü məsələlərdə rolu yalnız pulu alıb mülkiyyətçiyə çatdırmaq olub. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında məhkəməyə bildirdi ki, qayını Cavabdeh İddiaçı aldığı cəmi 3000 manat məbləğində pulu hər ay iddiaçıdan hissə-hissə aldıqdan sonra ona tam şəkildə çatdırmışdır. Həmin 3000 manat məbləğində pul avtomobilə görə qalmış borcdan çıxılmışdır. Cavabdeh ümumiyyətlə bu mübahisəyə aidiyyəti yoxdur. O, sadəcə əri öləndən sonra ağsaqqallıq edib kömək məqsədi ilə iddiaçıdan verməli olduğu pulları alıb, ona çatdırırdı. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5124/2020 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Mercedes Benz CDİ E 270” markalı avtomobilin dəyəri olan 15000 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X5 qarşı "pul” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 329.2, 390.1, 675, 700.3; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4. 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Çünki tərəflərin arasında göstərilən məzmunda şifahi formalı kirayə müqaviləsinin də bağlandığını iddiaçı tərəfin izahatından başqa təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə 15000 manat kirayə (icarə) haqqı ödəmək vəzifəsi qoya bilməz. Belə ki, mülki işdə kirayə (icarə) münasibətinə dair heç bir sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar sübüt olunmadığından, iddia tələbi təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində mülkiyyətində olan “Mercedes Benz CDİ E 270” markalı, 99- HF904 dövlət qeydiyyat nişanlı minik avtomobilini aylığı 300 manat müqabilində istifadə etmək üçün cavabdeh X1 vermişdir. Avtomobili idarə etmək üçün X5 Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notariat kontorunda təsdiqlənmiş 04 avqust 2016-cı il tarixli, 7E/33880 reyestr nömrəli etibarnamə və avtomobilin texniki pasportunu vermişdir. Cavabdeh şifahi razılaşmanın tələblərini pozduğundan notariat kontoruna ünvanladığı 03 fevral 2017-ci il tarixli ərizə əsasında avtomobili idarə etmək üçün cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin ləğv olunması barədə cavabdehə məlumat versə də, sonuncu avtomobili qaytarmaqdan imtina etmişdir. Avtomobilin saxlanması və qaytarılması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Ona görə avtomobilin qaytarılması ilə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı məlum oldu ki, cavabdeh 19 dekabr 2016-cı il tarixdə 29 saylı notariat kontorunda 7E-11386 reyest nömrəli saxta etibarnamə alaraq (guya həmin etibarnaməni ona vermişdir) avtomobili X4. Məhkəmədə belə bir etibarnamə vermədiyini bildirdiyindən məhkəmə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin etdi və ekspert qarşısında 19 dekabr 2016-cı il tarixli 29 saylı notariat kontorunda təsdiq olunmuş 7E11386 reyest nömrəli etibarnamədəki imzanın onun tərəfindən icra edilib-edilməməsi barədə sual qoydu. ƏN MEMM-in 16 mart 2018-ci il tarixli 4334 nömrəli rəyi ilə müəyyən olundu ki, həmin etibarnamıədəki imza onun tərəfindən icra olunmamışdır. Beləliklə, mülkiyyətində olan avtomobilin üçüncü şəxsə saxta etibarnamə əsasında satılması məhkəmədə öz təsdiqini tapdı. Məhkəmə 25 iyun 2018-ci il tarixli, 2(001)-411/2018 saylı qətnaməsi ilə iddianı rədd etdi. İddianın rədd olunmasına əsas isə X8 vicdanlı alıcı olması oldu. Eyni zamanda məhkəmə iş üzrə xüsusi qərardad çıxararaq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsi həll olunması üçün qərardadı prokurorluğa göndərdi. Binəqədi RPİ İŞ-də X6 cinayət məsuliyyətinə cəlb olundu. Bir müddət sonra iş aidiyyatı üzrə araşdırılması üçün Qaradağ RPİ-yə göndərildi. Məlum olur ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə işin icraatına xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsi həmçinin 25 iyun 2018-ci il tarixli, 2(001)-411/2018 saylı qətnaməsində qeyd etmişdir ki, avtomobil vicdanlı əldə edəndə olduğundan onun geri qaytarılması mümkünsüzdür. Belə olan halda ona izah olunmuşdur ki, yalnız avtomobilin dəyərini tələb edə bilər. O, Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya məhkəməsi 01 noyabr 2018-ci il tarixli, 2(103)-9726/2018 saylı qətnamə ilə apellyasiya şikayətimi təmin etmədi. Apellyasiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edir ki, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla, səlahiyyəti olmayan şəxslər tərəfindən bağlanıldığından və iddiaçının razılaşdırılmış iradə ifadəsini ifadə etməsə də, X12 tərəfindən həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələb edilmədən, həmin avtomobilin digər üçüncü şəxsin mülkiyyətində olmasına baxmayaraq cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etmək düzgün deyildir. Buna görə də pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon məhkəməsinə iddia ərizəsi təqdim edib. Məhkəmə iclası zamanı cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, ona 9000 manat borcu vardır. Lakin, buna baxmayaraq məhkəmə iddianı rədd etmişdir. Məhkəmə iddianı rədd etmək üçün qeyd edir ki, iddiaçı öz iddiasının əsasını sübut edə bilmir. Məhkəmə anlamamışdır ki, iddiasının sübutu Binəqədi Rayon Məhkəməsi 25 iyun 2018-ci il tarixli, 2(001)-411/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2(103)-9726/2018 saylı qətnamələrdir. Həmin qətnamələrlə hər iki instansiya məhkəməsi qeyd etmişdir ki, artıq avtomobili tələb etmək hüququ yoxdur. Ona görə ki, artıq vicdanlı alıcı vardır. Hər iki qətnamə ilə izah olunmuşdur ki, avtomobilə ödədiyi pulu tələb edə bilər. O da həmin qətnamələrə əsasən pulunu tələb etmişdir. ... Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi vəkil X9 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin 9000 manat borcunun olduğunu etiraf etdiyini bildirmişdir. ... Cavabdehin iddiaçının adından sonuncuya məxsus avtonəqliyyat vasitəsinin saxtalaşdırılmış etibarnamə əsasında hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində 9000 manata satılması məhkəmə qərarları ilə müəyyən edilən haldır. Mülki qanunvericiliyin müddəalarına əsasən qeyd edilməlidir ki, iddiaçının (təmsil edilənin) adından əqdi bağlayan cavabdehin (təmsilçinin) iddiaçının (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmamış (bu səlahiyyət aşılmış), iddiaçı (təmsil edilən) əqdi sonradan bəyənmədiyindən, təmsilçidən həmin əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən kollegiya mövcud sübutlar əsasında qətnamə qəbul etməkdə haqlıdır. Ona görə iddiaçı X7 cavabdeh X5 qarşı "pul” tələbinə dair iddiası və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə, cavabdeh X6 tərəfindən 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin iddiaçı X10 ödənilməsi təmin edilməli, qalan hissədə iddia (tələbinin sübuta malik dəlilləri mövcud olmadığından) rədd edilməlidir. Kollegiya hesab edir ki, tələb olmadığından məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumları qismində ödənilən məhkəmə xərcləri iddiaçıya aid olmalıdır”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində İddiaçı müraciəti əsasında toplanmış materialda olan Cavabdeh izahatından görünür ki, o, ... Həqiqət adlı qadından artıq pul almayıb, qardaşı rəhmətə getdiyi üçün vərəsəlik X2 pul alınıb və ona verilib ... Cavabdeh qardaşının həyat yoldaşı Vəfa Kərimovaya məxsus nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə bağlı Bakı şəhəri Qaradağ rayon Polis idarəsində və müvafiq məhkəmə müstəvisində araşdırma aparılmış və araşdırılma materiallarında avtomobil alqısatqısı ilə bağlı razılaşdığınız məbləğin 3000 manatının Cavabdeh vasitəsilə V.Kərimovaya çatdırıldığı təsdiq edilmişdir. Digər məsələlər ilə əlaqədar isə qalıq borcunuzun ödənilməsi barədə məcburi icraya yönəldilmiş məhkəmə qərarı mövcuddur ki, bu fakt qaldırdığınız iddialara hüquqi qiymət verildiyini isbatlayır”. Göründüyü kimi, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının oğlu cavabdehin məhrum qardaşından maşın almış, sonradan cavabdehin qardaşı vəfat etmiş və Cavabdeh İddiaçı qardaşının arvadı və vərəsəsi olan X10 verilməsi üçün hissə-hissə 3000 manat pul almışdır. Həmin ödənişlər 2016-cı ilin aprel ayından 2017-ci ilin fevral ayınadək davam etmişdir. Hazırkı iş üzrə iddiaçının əsas arqumenti ondan ibarətdir ki, cavabdeh ondan aldığı pulları X10 verməmiş və 3000 manat məbləğdə pul avtomobilə görə olan borcdan çıxılmamışdır. Lakin məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 bunun əksini bildirmiş və iddiaçıdan alınmış 3000 manat məbləğində pulun cavabdeh tərəfindən ona verilməsini göstərmişdir. Belə olan halda cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar