Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-282/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər nikahlarını xx xxxxxxx 1997-ci il tarixdə rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 1997-ci il tarixdə Şəfiqə, xx xxxxxxxx 1998-ci il tarixdə Nəzrin və xx xxxxxxxx 2000-ci il tarixdə Kamran adlı üç uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə Bakı şəhəri, Nərimanov rayonu, "xxxxxx" MTK tərəfindən 4-cü tikinti meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət 3 otaqlı 220 saylı mənzil əldə edilmiş və iddiaçının adına sənədləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 2016cı ildə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair" iddia qaldırmışdır. Həmin işə baxılarkən qarşılıqlı razılaşmaya əsasən xx.xx.2017-ci il tarixdə 9 saylı Notariat Kontorunda saziş bağlanmış və iddiaçı tərəfindən cavabdehə sazişin şərtlərinə uyğun olaraq 100.000 manat məbləğində pul verilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi təsdiq edildikdən iddiaçı artıq məsələnin həll edildiyini düşünmüş və mənzilin tam şəkildə ona qaldığına arxayın olaraq 2017-ci ili fevral ayının əvvəlində mənzili təmir etmək qərarına gəlmişdir. Belə ki, mənzi alınarkən tam təmirsiz vəziyyətdə olmuşdur. Mənzilin təmir edilməsi ilə bağlı iddiaçı tikinti işləri ilə məşğul olan “Hikmət- 2000 MMC-yə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə mənzilin əsaslı təmir edilməsi məqsədi ilə müqavilə tərtib edilmiş, lakin MMC tərəfindən mənzilin təmirinə xərclənəcək ümumi vəsait 52.090.50 manat təklif edildiyindən iddiaçı müqavilənin bağlanmasından imtina etmişdir. Belə ki, o, mənzilin ondan ucuz qiymətə təmir edəcəyini fikirləşmişdir. İddiaçı 2017-ci ilin fevral ayının əvvələrindən mənzili təmir etdirməyə başlamlş, təmir işləri 3 aya yaxın davam etmiş və mənzilin tam şəkildə təmir edilməsinə, materialların alınmasına, usta pulu və s. xərclərlə bağlı iddiaçı tərəfindən 40.000 manat vəsait sərf edilmişdir. Mənzilin iddiaçı tərəfindən 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq üç ay ərzində təmir etməyi barədə qonşular və binanın komendantı tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir. İddiaçı tərəfindən təmir işləri başa çatdırıldıqdan sonra cavabdeh xx xxx 2017-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından şikayət vermiş, qərardad ləğv edilərək icraaat təzələnərək işə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X3 İddiaçı və qeyrisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, "xxxxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu , 4-cü tikinti meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.m. ibarət 3 otaqlı 220 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, qalan 1/2 hissəsinə pay hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin 1/2 hissəsinə cavabdehin pay hüququ müəyyən edilmiş və iddiaçı hesab edir ki, cavabdeh məqsədli şəkildə təmir bitdikdən sonra qərardaddan şikayət vermiş və icraatn təzələnməsinə nail olmuşdur. Halbuki iddiaçı əvvəlcədən bunu bilmiş olsaydı təbii ki, mənzili təmir etməz və bu qədər maddi ziyana məruz qalmazdı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, cavabdehə barışıq sazişində göstərilmiş 100.000 manat verilməmiş və məhkəmə tərəfindən pulun iddiaçıya verilməməsi müəyyən edildikdən, işə baxılaraq iddia tələbi qismən təmin edilmişdir. İddiaçı cavabdehi bir sıra hüquqlardan məhrum etmişdir. Cavabdeh iki azyaşlı qızı ilə birlikdə orda-burda yaşayır, daimi yaşayış yeri yoxdur. Mübahisəli mənzil tərəflər birgə nikahda olan müddətdə təmir edilmişdir. Bunu tərəflərin qızları da təsdiq edə bilərdi, sadəcə onlara əlavə stres yaşatmamaq üçün onlar məhkəmə iclasına gətirilməyib. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli barışıq sazişindən görünür ki, həmin saziş X7 ilə İddiaçı arasında bağlanmış və onlar aşağıdakı şərtlərlə razılığa gəlmişlər: İddiaçı X5 100.000 manat pul verilməsini, X7 isə öz növbəsində birgə nikah dövründə əldə olunmuş əmlaklardan, yəni ünvan 1 mənzil 272 ünvanda yerləşən mənzilin ½ hissəsindən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 853 saylı bağ evinin ½ hissəsindən və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzildən ½ hissəsindən bərabər paylarla bölünməsi iddiasından imtina edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxx” MTK-nın xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1950-ci məhəllə, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən “xxxxxx” MTK-nın payçısı İddiaçı borcunu tam ödədiyinə görə, ona təmirə başlamağa icazə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, birtərəfli olaraq icraçı “xxxxxxxxxxx” MMC-nin direktoru tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmiş müqavilədən görünür ki, həmin müqavilənin İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxxxx” MTK tərəfindən inşa edilmiş İV giriş, 10-cu mərtəbə, ümumi sahəsi 135,3 kv.m. olan 3 otaqlı 220 saylı mənzilin təmir edilməsinə dair bağlanması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, qonşular X6, X4, X1, X2 və binanın komendantı X11 tərəfindən aktlaşdırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzilinin sahibi İddiaçı həmin mənzili 2017-ci ilin fevral ayının əvvəllərindən təmir etməyə başlamış ... və təmin işləri 3 aya yaxın davam etmişdir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə “Azəriqaz” İB ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən mənzilə dair bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il, 2(103)-12305/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi “xxxxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında inşa edilmiş 4cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət üç otaqlı 220 saylı mənzilin ½ hissəsinə X3, qalan ½ hissəsinə isə İddiaçı pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 19712 saylı ekpert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 220 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 19596 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X7 2016-cı ildə məhkəməyə əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəndən sonra, tərəflər arasında xx.xx.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinə əsasən İddiaçı X5 100.000 manat pul verməli, X7 isə öz növbəsində birgə nikah dövründə əldə olunmuş ... Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kv.m. olan üç otaqlı 220 saylı mənzildən ½ hissəsindən bərabər paylarla bölünməsi iddiasından imtina etməlidir. Bundan sonra iddiaçı və cavabdeh tərəfindən verilən məlumatlar fərqlənir. Belə ki, iddiaçı iddia edir ki, cavabdehə 100.000 manat pulu ödəmiş və ondan sonra “xxxxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında inşa edilmiş 4-cü blok, 10-cu mərtəbə, 135,3 kv.metrdən ibarət üç otaqlı 220 saylı mənzilin ona aid olmasına arxayın olaraq, həmin mənzili təmir etməyə başlamışdır. X7 təmirin edilməsini gözləmiş və məhkəməyə müraciət edərək ona pulun ödənilməməsini göstərmiş və işə yenidən baxılmasına nail olmuşdur. X7 isə qeyd olunanları inkar edir və bildirir ki, mübahisəli mənzil onlar hələ birgə nikahda olduğu müddətdə təmir edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə hesab edir ki, cavabdeh X7 mənzilin barışıq sazişi bağlanandan sonra İddiaçı tərəfindən deyil, tərəflərin birgə nikahda olduqları dövrdə təmin edilməsini bildirdiyi halda, bunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə tərəflərin qızlarının məhkəmə iclasına şahid qismində gələcəklərini bildirsə də və məhkəmə iclası həmin səbəbdən təxirə salınsa da, sonrakı məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək qızlara pis təsir edəcəyinə görə, onlar məhkəmə iclasına gəlməmişlər. Qeyd olunanlardan əlavə də hər hansı sübutu cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə, təmir edilmiş mənzilin 1/2 hissəsinin mülkiyyətçisinin İddiaçı olmasını və ekspert tərəfindən verilmiş rəydə mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin 19596 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9798 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9798 (doqquz min yeddiz yüz doxsan səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manat 35 (otuz beş) qəpik hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumunun 21,43 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-282/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-282/2020
22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver