Məhkəmə qərarları › İş №2(001)-282/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-282/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-282/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər 1 oğlunun və2 qızının iştirakları ilə, İddiaçılar 1 oğlunun və İddiaçı2 cavabdehlər 1 oğluna və2 qızına qarşı adlarına götürülmüş kredit borcunun ödənilməsi və lombarda qoyulmuş qızıl-zinət əşyalarının tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 1 oğlu və İddiaçı2 cavabdehlər 1 oğluna və2 qızına qarşı adlarına götürülmüş kredit borcunun ödənilməsi və lombarda qoyulmuş qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh 1 oğlundan 650 manat məbləğində pulun iddiaçı 1 oğluna, 2.557 manat məbləğində pulun İddiaçı2 ödənilməsi, İddiaçı2 məxsus cavabdeh 1 oğlunun lombarda qoyduğu 50 qram, 750 əyarlı italyan qızılının geri qaytarılması və ya onun 5.000 manat dəyərində pulunun ödənilməsi, cavabdeh2 qızından 70 qram 583 əyarlı türk qızıllarının İddiaçı2 qaytarılması və ya 7.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar yaşadıqları binanın altında 10 ildir ki, market işlədən Cavabdeh1la münasibətləri yaxşı olmuşdur. Yeri gəldikdə ondan nisyə mal almış, sonradan isə həmin ərzaqların pulunu qaytarmışlar. Cavabdehlər Cavabdeh1 Şakir oğlu və anası Cavabdeh2 qonşuluqda yaşamışlar. Münasibətləri yaxşı olduğu üçün Cavabdeh2 onların evinə gəlib-getmişdir. 01 mart 2017-ci il tarixdə Cavabdeh1 İddiaçı1 xahiş etmişdir ki, adına rəsmiləşdirilməklə onun üçün kreditə Samsung markalı telefon götürsün və aylıq ödənişləri özü tərəfindən ödəniləcəkdir. Münasibətlər yaxşı olduğundan 1.344 manat dəyərində olan telefonu adına rəsmiləşdirməklə kreditə götürərək Samirə vermişdir. Hazırda ona məlum olur ki, telefonun kredit ödənişlərinin bir qismini ödəmiş, lakin hazırda borcu vardır. "xxxx" MMC onu məhkəməyə vermiş və həmin pul məbləğinin ondan tutulmasına dair məhkəmə əmri çıxarılmışdır. O isə kredit borcunun ödənilməsini və heç bir borcunun qalmamasını zənn edirdi. 2017-ci ilin may ayında Cavabdeh1 Şakir oğlu İddiaçı2 xahiş etmişdir ki, adına rəsmiləşdirilməklə onun üçün kreditə Samsung markalı televizor götürsün və aylıq ödənişləri özü tərəfindən ödəniləcəkdir. Münasibətlər yaxşı olduğundan 3.500 manat dəyərində olan televizorları adına rəsmiləşdirməklə kreditə götürərək Samirə vermişdir. Hazırda ona məlum olur ki, televizorun kredit ödənişlərinin bir qismini ödəmiş, lakin 2.557 manat hazırda borcu qalmışdır. "xxxx" MMC ona 01 aprel 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh isə götürülmüş televizor kredit borcunun ödənilməsini və heç bir borcunun qalmamasını bildirmişdir. Bundan sonra Cavabdeh2 oğlu Cavabdeh1 qumarda pul uduzduğunu və təcili olaraq ona 2.000 manat pulun lazım olduğunu, pulu tezliklə çatdırmadığı halda onların başına oyun açılacağını söyləyərək ondan pul tələb etmişdir. Pulunun olmadığını, yalnız qızılının olduğunu söylədikdə Esmira qızılı verməyini, lombarda qoyub pul götürəcəklərini, ən geci 2-3 ay müddətində lombardın pulunu qaytarıb qızılları geri qaytarcağına inandırmış və Samirlə birlikdə M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən lombarda gedib 1 ədəd qızıl üzük (750 əyar), 1 ədəd qızıl klon (750 əyar), 1 cüt qızıl sırğanı və s. 50 qram çəkidə olan qızıllarını lombarda girov qoyaraq 1.000 manat pul götürmüşdür. Bundan sonra Esmira onlara gələrək əri Şakirin əməliyyat olunacağını, buna görə 4.000 manat pulun lazım olduğunu demiş, o isə Esmiraya pulunun olmadığını bildirmiş, çox yalvar-yaxar etdiyindən Esmiraya qohum olan X3 xahiş edəcəyini, onun qızıllarını verə biləcəyini demişdir. Bu səbəbdən qohumuna məxsus 70 qram çəkidə olan qızılları Esmiraya vermiş və razılaşmalarına əsasən 2-3 aya qızılları qaytaracağına söz vermişdir. Hazırda pulunun marketdə olan mallarda olduğuna onu inandırmışdır. Sonradan qızılları istədikdə hələ başlarının qarışıq olduğunu və tezliklə qızılları qaytaracağına söz verərək onları yalanlarına inandırmışlar. Bu səbəbdən ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmiş, iş araşdırılması üçün 5-ci Polis Bölməsinə göndərilmişdir. 09 dekabr 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla məsələnin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Araşdırma zamanı pulu ödəyəcəklərinə və qızılları qaytaracaqlarına dair vədlər verilirdi. Yuxarıda göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 iddiaya yazılı etirazını məhkəməyə göndərərək göstərmişdir ki, o, iddiaçıları tanımır. Bəlkə də iddaçılar da onu tanımır. Verilən iddia tələbi tamamilə əsassızdır. Belə ki, oğlu Samir əvvəllər ərzaq mağazası işlətmişdir. Həmin ərzaq mağazası iddiaçıların yaşadığı binanın yaxınlığında olmuş və həmin mağaza məhəllə mağazası olmuşdur. Orda yaşayan qonşular oğlunun işlətdiyi mağazadan nisyə mal alıb sonra ödəyirdilər. Bildiyi qədəri ilə (oğlunun deməsinə görə) iddiaçı Gülüş də ərzaq mağazasından nisyə alış-veriş edirdi. Gülüşün borcu çox olurdu, ödəyə bilmirdi. Bir gün axır oğlu Samir görüb ki, Gülüş borcunu ödəyə bilmir, məcbur olub ona nisyə ərzaq verməmişdir. Ola bilsin Gülüş borcunu ödəmək üçün kimlərdənsə borca pul alıb. Onların evinə Samir televizor almamış, nə də ki evlərində 3.500 manat məbləğində televizor yoxdur. Qızıl məsələsinə gəldikdə isə o, Gülüş, nə də başqa adlı şəxsi tanımır. Evdar xanımdır. Çölə çıxan insan deyil. Onun evinin harada yerləşdiyini bilmir. Gülüş adlı şəxsdən o, nə qızıl, nə də ki yoldaşının əməliyyətı üçün hər hansı pul almamışdır. Həyat yoldaşı səhv etmirsə 2015-ci ildə əməliyyat olunub, 2017-ci ildə deyil. Polis İdarəsində də bildirmişdir ki, o, Gülüşü tanımır, evinin harada yerləşdiyini də bilmir. Gülüş adlı şəxs onu görməyib, ona şər-böhtan atır. Onun məqsədi ondan əlavə pul qopartmaq, şərləmək, başqa heç nədir. İddaçılar tərəfindən qaldırılmış iddia tamamilə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı 1 oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, onun Cavabdeh1 işlətdiyi marketə 1.750 manat borcu olmuşdur. Daha sonra özünə məxsus avtomobilini sataraq Samirə olan 1.750 manat borcunu ödəmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, digər iddiaçı – onun həyat yoldaşı Cavabdeh2 qızılları verərkən o, bunu görəmimşdir. Sonradan bu barədə məlumatlı olmuşdur. Cavabdeh2 qohumuna məxsus telefon nömrəsindən İddiaçı2 “whatsapp” mesajları yazaraq aldığı qızılları qaytaracağını bildirmişdir. Cavabdeh1 onun adına götürülmüş telefona görə müəyyən ödənişləri istintaq zamanı etmiş, hazırda borcu 650 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, 50 qram çəkidə olan ona məxsus qızıl əşyalarını lombarda qoyub pulunu X8 vermişdir. 70 qram çəkidə olan qızıl əşyalarını isə oğlunun, X4 və X1 yanında öz evində Cavabdeh2 vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, hazırda onun iddiaçıların adlarına kreditlə götürdüyü məhsullara görə iddiaçı 1 oğluna 650 manat məbləğində, digər İddiaçı2 isə 2.557 manat məbləğində borcu var və bu borcunu ödəməyə hazırdır. O, götürdüyü məhsuların kreditlərini həmişə vaxtı-vaxtında ödəmişdir. Sonra iddiaçılar ondan polisə şikayət etdikləri üçün ödənişlərini dayandırmışdır. O, İddiaçı2 qızıl əşyalar götürməmişdir, Gülüş ona məxsus qızıl əşyalarını lombarda qoyaraq oradan 1.150 manat pul götürmüş, 1.000 manatını ona mağazasına olan borcuna görə ödəmişdir. O, Gülüşə qohumuna məxsus telefon nömrəsindən mesajlar yazırdı ki, borcunu ödəsin. Digər cavabdeh – onun anası, iddiaçıları ümümiyyətlə tanımır. Məhkəmə iclasında iştirak edən cavabdeh2 qızı iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıları tanımır, evdən bayıra çox nadir hallarda çıxır. Heç iddiaçıların evinin harda yerləşdiyini bilmir. İddiaçı2 qızıl-zinət əşyaları və ya pul götürməmişdir. O, heç vaxt iddiaçılara mesaj yazmamışdır. İddiaçıların bildirdiyi nömrə ona məxsus deyil. İddiaçıların davası onun oğlu Samirlədir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirdi ki, o, İddiaçı2 əmisi nəvəsidir. 4-5 il bundan əvvəl Gülüş ona demişdir ki, tanışlarına təcili pul lazımdır. Ona görə də ondan 70 qram çəkidə olan türk qızılından olan zinət əşyalarını verməyini xahiş etmiş, o da razılaşmışdır. O, qızılları İddiaçı2 evinə aparmış, işə tələsdiyi üçün də qızılları qapıdan verərək tez getmişdir. Həmin an orada Gülüşün oğlu, Aynurə və Cavabdeh2 da var idi. O, Gülüş tərəfindən qızılların Esmiraya verildiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, o, İddiaçı2 bibisi qızıdır. Gülüş 4-5 il bundan əvvəl Mariyadan tanışlarına kömək etmək üçün onun qızıllarını istəmişdir. Onunla Mariya cəmi 70 qram olan qızılları vermək üçün iddiaçıların evinə getmişlər. Evdə onlar, Gülüş, Gülüşün oğlu və Cavabdeh2 var idi. Onlar qızılları Gülüşə vermiş, sonra isə Mariya, o, və Gülüşün oğlu başqa otağa çay içməyə keçmişlər. Otağın qapısı açıq olduğu üçün Gülüş tərəfindən Esmiraya qızılların verildiyini görmüşdür. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(004)- 6149/2018 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı1 733 manat borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixi, 2(001)- 4260/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 14 may 2017ci il tarixli, 109219 saylı müqavilə üzrə cavabdeh İddiaçı2 2.527 manat məbləğində əsas borc, 30 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2.557 manat məbləğində borcun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdeh İddiaçı2 alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8923/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2021 saylı iş üzrə 10 iyun 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 09 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, vətəndaş İddiaçı2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı2 izahatında göstərmişdir ki, Cavabdeh2 ilə təxminən 10 ildir ki Biləcəri qəsəbəsində qonşuluqda yaşamışlar. Çox yaxşı münasibətləri olmuşdur. Esmiranın oğlu Samir onların yaşadığı binanın altında market işlədirmiş. Samirdən nisiyə ərzaq malları alıb hər ayın axırı ödəmişlər. Samirə 1.500 manat ərzaqdan borcları yaranmış, sonra eri Vəkil ona əlliliyinə görə verilmiş “NAZ Lifan” markalı maşını satıb Samirin borcunu ödəmişdir. Bundan sonra təxminən 2017-ci ilin əvvəllərində Samirin anası Esmira onlara gəlib əri Şakirin əməliyyat olunacağını, buna görə 4.000 manat pul lazım olduğunu demiş, o, Esmiraya pulunun olmadığını bildirmiş, çox yalvar yaxar etdiyindən Esmiraya qızıllarını verə biləcəyini demişdir. Sonra Samir gəlib ondan 3 aya qaytaracağı adı ilə 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl klon və 1 ədəd qızıl qolbağ almışdır. Ümumilikdə həmin qızılların dəyəri 7.500 manat təşkil etmişdir. Bundan təxminən 20 gün sonra Yasamal rayonu ərazisində yerləşən “Kontakt Home" mağazaasından oğluna telefon alarkən Esmira ona zəng edib Samirin qumarda pul uduzduğunu, buna görə 2.000 manat pul lazım olduğunu bildimiş, Esmira onun mağazada olduğunu bilib xahiş etmişdir ki, öz adına televizor götürüb Samirə versin. O, qonşu olduğuna görə ona Esmiraya inanıb öz adına “Samsung” markalı televizor götürmüş, təxminən 15-20 dəqiqə sonra Samir mağazaya gəlmiş və televirozu özü ilə aparmışdır. Samir televizorun aylığını özü ödəyəcəyini demişdir. 2017-ci ilin dekabr ayında Esmira onlara gəlib, pula ehtiyac olduqlarını bildirib ondan borc istəmiş, lakin ona nağd pulunun olmadığını bildirmiş qızıl komplektin olduğunu, onu verə biləcəyini demişdir. Esmira qızılı verməsini lombarda qoyub pul götürəcəklərini, ən geci 2-3 aya pulu verib qızılı çıxarıb ona geri qaytaracağını demişdir. Samirlə birlikdə M.Əcəmi m/s yaxınlığında yerləşən Lombarda gedib 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klon və 1 cüt qızıl sırğanı ümumilikdə çəkisi 55 qram və dəyəri 5.000 manat olan qızıllarını lombarda girov qoyub 1.000 manat pul götürüb elə oradaca Samirə vermişdir. 2017-ci ilin mart ayında Esmira yoldaşının ona hədiyyə etdiyi "Samsung” markalı telefonu görüb ondan həmin telefonu ona satmasını istəmiş, istifadəsində başqa telefonu olduğudan Esmiraya 1.000 manata telefonu satmağa razılaşmışdır. Bundan sonra 2017-ci ilin may ayında Esmira onlara gələrək pula ehtiyacı olduğunu bildirib yenidən onun adına televizor götürmək istədiklərini demişdir. O, Esmiraya inanıb razılaşmış, Ayna Sultanova parkının yanındakı “Kontakt Home" mağazasına gedib oradan 3.500 manat dəyərində “Samsung” markalı televizor götürmüş, televizoru onun Biləcəridə yerləşən evinə gətirmişlər. Samir gəlib oradan televizoru aparmışdır. Lakin hazırki müddətə qədər Samir və anası Esmira ondan aldıqları qızılları geri qaytarmamışlar. Samir onun adına kreditə götürdüyü televizorların kreditin 5-6 ayını ödəyib ancaq sonradan heç bir məbləğ ödəməmişdir. Hazırda şirkətdən hər gün ona zəng edib pulu ödəməsini istəmişlər. Ümumilikdə Samirə 12.000 manat dəyərində qızıl, ərinin hədiyyə etdiyi 1.000 manat dəyərində Samsung markalı mobil telefonu vermişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 izahatında göstərmişdir ki, İddiaçı2 onun həyat yoldaşıdır. 2018-ci ildə ona məlum olmuşdur ki, Cavabdeh1 və anası Esmira həyat yoldaşı İddiaçı2 1 aya qaytarmaq şərti ilə 7.000 manat dəyərində qızıl-zinət əşyaları almış, həmin vaxt evdə qohumları Elnarə, Afət və oğlu Elxan olmuşdur. Bundan sonra Samir həyat yoldaşı İddiaçı2 45 qram qızıl götürüb lombarda girov qoymuş, yaxın vaxtlarda qızılı götürüb qaytaracağına söz vermişdir. Bundan başqa, Cavabdeh1 həyat yoldaşı İddiaçı2 adına “Kontakt Home” mağazasından kreditlə əşyalar götürmüş və pulunu ödəmədiyinə görə hazırda mağaza onları məhkəməyə vermişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Sakur oğlu izahatında göstərmişdir ki, İddiaçı2 təxminən 7 ildən artıq müddətdir ki, tanıyır. O, Gülüşün yaşadığı binanın altında market işlədirmiş, binada yaşayan digər sakinlər kimi Gülüşə də marketdən nisyə ərzaq malları vermişdir. Hətta təxminən 4 il öncə Gülüşün ona 1.700 manat borcu yaranmışdır. Həmin borcu ödəyib qurtarmışlar. Gülüşlə münasibələri o qədər yaxşı olmuşdur ki, marketə televizor almaq istədiyini Gülüşə bildirib ona kredit verilmədiyindən Gülüşün adına televizoru kredit götürməyi təklif etmişdir. Gülüş də razı olmuşdur. 09 yanvar 2017-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından İddiaçı2 öz adına 2000 manat dəyərində “Samsung” markalı televizor götürüb ona vermişdir. O, Gülüşə həmin televizorun aylıq kreditlərinin onun tərəfindən ödəniləcəyinə söz vermişdir. Həmin televizoru marketdə quraşdırmış, bundan sonra, Gülüşün onun marketindən götürdüyü nisiyə malların pulundan ona 1.150 manat borcu yaranmış, pula ehtiyacım olduğundan Gülüşə borcunu verməsini istəmiş, Gülüş isə pulunun olmadığını, qızıllarını lombarda girov qoyub pul götürə biləcəyini söyləmişdir. O, razılaşmış və 31 yanvar 2017-ci il tarixdə Gülüşlə birlikdə M.Əcəmi m/s yaxınlığında yerləşən Lombarda gedib Gülüş bir neçə qızıl əşyasım girov qoyub 1100 manat pul götürmüş elə orda həmin pulun 1000 manatını marketə olan borcun əvəzində ona vermişdir. Bundan sonra təxminən 2017-ci ilin mart ayında Gülüşün istifadəsində olan “Samsung” markalı telefonu ona verməsini istəmiş, Gülüş həmin telefonun kreditə olduğunu demiş O, razılaşmışbdır ki, kreditini o ödəyəcək və Gülüş telefonu ona vermişdir. Bundan sonra, 01 mart 2017-ci il tarixdə yenidən Gülüşdən xahiş etmişdir ki, onun adına kreditə televizor götürsün. Gülüş bu dəfə də onunla razılaşmış, Ayna Sultanova parkının yaxınlığında yerləşən “Kontakt Home” mağazasına gedib oradan kreditini onun tərəfindən ödənilməsi şərti ilə Gülüşün adına 3.500 manat dəyərində “Samsung” markalı televizor götürmüşdür Gülüşün adına kreditə götürdüyü televizorların təxminən 10-11 ay kredit ödəmiş, sonralar maddi vəziyəti yaxşı olmadığına görə iflas etmiş və marketi bağlamışdır. Söz vermişdir ki, Gülüşün adına kreditə götürdüyü televizorların pulunu ödəyəcək və ondan aldığı telefonu geri qaytaracaq. İddiaçı2 hər hansı qızıl əşyası almamış, anası ilə Gülüşün evinə getməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, Cavabdeh1 onun oğludur. Samir 2011-ci ildən 2015-ci ilə kimi Biləcəri qəsəbəsində market işlətmişdir. İddiaçı2 ümumiyyətlə tanımır, həmin şəxsi heç vaxt görməmişdir. 2018-ci ildə onu Binəqədi RPl-nin 6-cı PB-nə dəvət etdikdə, ona məlum olmuşdur ki, Gülüş adlı qadın oğlu Samirdən polisə şikayət etmişdir. Samirdən bu barədə maraqlandıqda Samir İddiaçı2 marketdən nisiyə mal götürdüyünü, ancaq pulunu vermədiyinə görə, Samir də Gülüşün adına “Kontakt Home" mağazasından kreditə əşyalar götürüb, ancaq krediti ödəmədiyinə görə Gülüş Samirdən polisə şikayət edib, hətta ərizəsində guya onun da Gülüşdən qızıl əşyalar aldığını yazıb. O, Gülüşdən heç bir qızıl əşya almamış, heç Gülüşün üzünü belə görməmişdir. Araşdırma zamanı izahatı alınmış X5 izahatında göstərmişdir ki, İddiaçı2 onun qohumudur. 2017-ci ildə İddiaçı2 ona zəng edib komplekt qızılının ona lazım olduğunu bildirmiş, həmin vaxt qohumu Aynurə də onunla birlikdə olmuşdur. O, 70 qram çəkidə qızıl komplektini götürüb Aynurə ilə birlikdə Gülüşün yaşadığı Biləcəri qəsəbəsindəki evinə getmişdir. Gülüşün evində əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Samir və anası Esmiranı görmüş, Gülüş ondan qızıl komplektini alıb Samirin anasına vermişdir. Gülüş ən geci 2-3 aya qızılı geri qaytaracağını demiş, ancaq 2-3 sonra Gülüşdən qızıllarını geri istəsə də Gülüş Samirin qızılları hələ geri qaytarmadığını bildirmişdir. X9 və anasının barəsində polisə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, İddiaçı2 onun bibisi qızıdır. Cavabdeh1 və anası Cavabdeh2m Gülüşün vasitəsi ilə tanımışdır. 2017-ci ildə Gülüş ona zəng edib qohumu Mariyadan qızıl götürüb ona gətirməsini istəmişdir. Mariya evindən evindən 120 qram çəkidə qızıl götürmüş və birlikdə Gülüşün yaşadığı Biləcəri qəsəbəsindəki evinə getmişlər. Həmin vaxt Gülüşün evində Samir və anası Esmira olmuşdur. Gülüş Mariyadan qızılları alıb Samirin anası Esmiraya vermişdir. Gülüşün qızılları hansı məqsədlə Esmiraya verməsindən məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Esmira qızıllları qaytarmadığına görə Gülüş polisə şikayət edib. 03 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar və Cavabdeh1 uzun müddət tanışlıq münasibətlərində olmuş, həmin cavabdehin xahişi əsasında İddiaçı1 öz adına nisyə bir ədəd telefon, digər İddiaçı2 Məməd qızı isə bir ədəd televizor almış və həmin cavabdehə vermiş, Cavabdeh1 bir müddət ödənişləri etmiş, sonradan münasibətləri pozulduğundan ödənişləri dayandırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aklarına əsasən nisyə alınmış məhsullara görə borc məbləğləri iddiaçılardan tutulmuş və hal-hazırda telefon üzrə qalıq borc məbləği 650 manat, televizor üzrə isə 2.557 manat təşkil edir. Hazırda iddiaçılar həmin məbləğlərin Cavabdeh1 onların xeyrinə tutulmasını xahiş edir, cavabdeh də iddianı bu hissədə qəbul edərək ödənişi etməyə razı olduğunu bildirir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı2 Məməd qızı özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyaraq pul götürmüş və 1.000 manatını Cavabdeh1 ödəmişdir. Hazırda həmin qızıl-zinət əşyalarını və ya onların dəyərini həmin cavabdehdən tələb edir, lakin cavabdeh iddianı bu hissədə qəbul etmir və bildirir ki, iddiaçıdan qızıl-zinət əşyaları götürməmiş, iddiaçı 1.000 manatı ona borclu olduğu üçün ödəmişdir. İddiaçı2 Məməd qızı həmçinin digər Cavabdeh2 qohumuna məxsus qızıl-zinət əşyalarını və ya onların dəyərini tələb edir, cavabdeh isə ümumiyyətlə iddiaçıları tanımadığını, onların evlərində olmadığını, hər hansı qızıl-zinət əşyalarını və ya pul almadığını bildirərək ona qarşı qaldırılmış iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 21.1-ci maddəsinə əsaəsn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, iddiaçıların Cavabdeh1 qarşı ondan 650 manat məbləğində pulun iddiaçı 1 oğluna, 2.557 manat məbləğində pulun İddiaçı2 ödənilməsi tələbinə dair iddiaları əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıların hesabına heç bir qanuni və müqavilə əsası olmadan bir ədəd telefon və bir ədəd televizor əldə etmiş, həmin əmlakın dəyərinin ödənilməyən hissəsi isə məhkəmə aktları ilə iddiaçılardan tutulmuşdur. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 həmin məbləğ ilə razılaşaraq ödənişi etməyə də razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı2 Cavabdeh1 qarşı ona məxsus 50 qram, 750 əyarlı italyan qızılının qaytarılması və ya onun 5.000 manat dəyərində pulunun ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçı cavabdehə hər hansı qızılzinət əşyaları verməmiş, həmin əşyaları lombarda girov qoymuşdur. Yəni, Cavabdeh1 qanunsuz sahibliyində iddiaçıya məxsus hər hansı əmlak olmamışdır. İddiaçı2 Cavabdeh2 qarşı 70 qram 583 əyarlı türk qızıllarının qaytarılması və ya 7.000 manat məbləğində pulun ona ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin cavabdehə hər hansı qızıl-zinət əşyalarının verilməsi barədə tutarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, ona məxsus 70 qram çəkidə qızıl-zinət əşyalarını iddiaçının evinə aparmış, evdə iddiaçının oğlu, qohumu Aynurə (digər şahid) və Cavabdeh2 olmuş, işə tələsdiyi üçün də qızılları qapıdan verərək tez getmişdir. Digər şahid X2 isə ifadəsində bildirmişdir ki, evdə o, Mariya, Gülüş, onun oğlu və Cavabdeh2 var idi. Onlar qızılları Gülüşə vermiş, sonra isə Mariya, o, və Gülüşün oğlu başqa otağa çay içməyə keçmiş, otağın qapısı açıq olduğu üçün Gülüş tərəfindən Esmiraya qızılların verildiyini görmüşdür. Göründüyü kimi, şahidlər məhkəmə iclasında ziddiyətli ifadələr vermiş, istintaq zamanı isə hər iki şahid ifadəsində bildirmişlər ki, evdə həmçinin Cavabdeh1 da olmuş, X2 isə həmçinin bildirmişdir ki, verilən qızıl-zinət əşyalarının çəkisi 120 qram olmuşdur. Cavabdeh2 isə həm istintaq zamanı, həm də məhkəmə iclasında bildirmişdir ki, iddiaçıları ümumiyyətlə tanımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh 1 oğlundan 650 manat məbləğində vəsait tutularaq İddiaçı1 ödənilməli, cavabdeh 1 oğlundan 2.557 manat məbləğində vəsait tutularaq İddiaçı2 ödənilməli, cavabdeh 1 oğlundan iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 11 manatı tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia digər hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 oğlundan 650 (altı yüz əlli) manat məbləğində vəsait tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh 1 oğlundan 2.557 (iki min beş yüz əlli yeddi) manat məbləğində vəsait tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh 1 oğlundan iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 11 (on bir) manatı tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar