Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2820/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı Dövlət Notariat Ofisinə və X6 qarşı “mirasın qəbuletmə müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı Dövlət Notariat Ofisinə və X6 qarşı “mirasın qəbuletmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.04.2021-ci il tarixdə vəfat etmiş 18.08.1952-ci il təvəllüdlü X3 miras qalmış əmlaklarla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum X9 ilə 22.06.1979-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.1982-ci il təvəllüdlü Həziyeva (Əsgərova) Aida Qorxmaz qızı anadan olmuşdur. X9 17.04.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 2 saylı evin, 134 saylı mənzili, “Hyundai Elantra” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Tucson” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri olmuş və həmin əmlaklar miras qalmışdır. Qeyd olunan miras qalmış əmlaklara dair vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğu izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 11.05.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin ünvan 1 ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 88 nömrəli 02.03.2022-ci il tarixli məktubundan bildirilmişdir: “Sizin 17.04.2021-ci ildə vəfat etmiş əriniz – X4 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizənizə baxılmışdır. Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildiririk ki, müddətin ötürülməsi səbəbindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 17.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.04.2021-ci il tarixdə 759 nömrə ilə qeyd edilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Quliyeva (Əsgərova) Lətafət Fəyyaz qızı arasında 22.06.1979-cu il tarixdə nikah bağlanaraq 128 nömrəli akt qeydi ilə rəsmi qeydə alınmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18.08.1952-ci il təvəllüdlü X4 atası X8, anası X1r. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X5 atası X9, anası İddiaçıdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestirinin RX seriyalı, ******* nömrəli Çıxarışana əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 2, mənzil 134 X4 xüsusi mülkiyyətindədir. - Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən, 2013-cü il buraxılışlı **-SA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı və 2009-cu il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı avtomobillər X4 mülkiyyətindədir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 26.10.1994-cü il tarixdə Neftçala rayonu Xolqaraqaşlı kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.10.1994-cü il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 22.05.2007-ci il tarixdə Neftçala rayonu Xolqaraqaşlı kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.05.2007-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. -1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. -1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, miras qoyan X4 həyat yoldaşı (arvadı) İddiaçı və qızı Cavabdeh2 miras qoyan Qorxmaz Əsgərovun qanun üzrə yeganə vərəsələridir. Lakin Cavabdeh2 məhkəmə iclasında anasının vərəsəliyi bütünlükdə qəbul etməsinə yazılı olaraq etiraz etmədiyini bildirmişdir. Həmçinin müəyyən edildi ki, X9 17.04.2021-ci il tarixdə vəfat etmiş, mərhumun ölümündən sonra İddiaçı vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat Ofisinə müraciət etsə də, müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir və bununla əlaqədar olaraq iddiaçıya buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, həqiqətən iddiaçı mirasın qəbulu müddətinin 3 ay olduğunu bilməmişdir. Hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. İddiaçının 3 ay ərzində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) onun bu hüquqdan imtinası kimi qiymətləndirilə bilməz, çünki bu bilikli olmayıb. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Hazırkı işin digər halları (mirasın qəbulu müdətinin qısa müddət ötürülməsi) məhkəməyə imkan verir ki, qanunu bilməməyi üzrlü səbəb hesab etsin. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən gecikdirmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müddət üzrlü hesab edilməklə 3 (üç) ay uzadılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 17.04.2021-ci il tarixdə ölmüş X4 mirasının qəbul edilməsi üçün İddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin və İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2820/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2820/2022
23.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver