Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-287/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı9 və digərlərinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Cavabdeh2 adına verilmiş çıxarışın və 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi; X14 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (küçmiş 299b) bağ sahəsinin və üzərindəki fərdi yaşayış evlərinin - miras əmlakının tam olaraq iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X7, İddiaçı11, İddiaçı7, X21, İddiaçı6, X5, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 08/279 saylı, xx.xx.1948-ci il tarixli əmri əsasında İddiaçı5 Şahpələng oğluna Novxanı bağlar massivindən 0,53 ha bağ sahəsi ayrılmışdır. Həmin torpağın 10 il müddətində istifadə edilməsi barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X40 arasında 01 oktyabr 1948-ci il tarixli, 1055 saylı müqaviləsi bağlanmış, sonradan Bakı şəhər Sovetinin icraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/2218 saylı əmrinə əsasən, hər bir şəxsə ayrılmış bağ sahəsinin 0,25 hektardan artıq sahə olmaması müəyyən edilmişdir. Bu səbəbdən icarədar İddiaçı5 Şahpələng oğlu ona ayrılmış həmin 0,53 ha torpaq sahəsini itirməmək məqsədi ilə, onun 0,25 hektarlıq hissəsinin atası Şahpələng Feyzullayevə verilməsindən ötrü onun tərəfındən 05 mart 1963-cü il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinə müraciət olunmuş, nəticədə həmin 0,53 ha torpaq sahəsinin 0,25 ha-lıq hissəsi İddiaçı5 atası Şahpələng Feyzullayevə verilmişdir. Beləliklə, İddiaçı5 icarəsində olan 0.53 ha torpaq sahəsi bölünmüş, onun 0,25 ha-lıq hissəsinə 299-a nömrəsi müəyyən edilməklə İddiaçı5 verilmişdir. Həmin torpaq sahəsindən qalan 0,25 ha sahəyə isə 299-b nömrəsi müəyyən edilərək Şahpələng Feyzullayevə verilmişdir. Şahpələng Feyzullayev vəfat etdikdən sonra ona məxsus olan həmin 0,25 ha torpaq sahəsi arvadı Əminə Nəcəfqulu qızının istifadəsinə verilmiş və bu barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X39 arasında 14 mart 1969-cu il tarixli, 7310 saylı müqavilə bağlanmışdır. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir. Yuxarıda qeyd edilən bağ sahəsi sənəd üzrə iki hissəyə bölünsə də, həmişə ilkin müqavilədə göstərildiyi kimi, 0,53 ha olmaqla bir sahə daxilində yerləşmiş və faktiki olaraq, İddiaçı5 istifadəsində olmuşdur. Sadəcə olaraq, o zamankı qanunun tələbinə əsasən İddiaçı5 faktiki olaraq, ona məxsus olmuş bağ sahəsini itirməmək üçün formal olaraq bağ sahəsinin 0.25 ha sahəsini atası mərhum Şahpələng Feyzullayevin adına keçirmişdir. Həm öz adına olan bağ sahəsi, həmçinin atası Şahpələng Feyzullayevin adına olan bağ sahəsi əvvəldən öz sahiblik və istifadəsində olmuş, vəfatından sonra isə bu günədək, həmin bağ sahəsində onun ailəsi, övladları yaşayıb, istifadə edirlər. Cavabdehlərdən Cavabdeh2 mərhum İddiaçı5 qardaşı, Cavabdeh1 isə qardaşı (Cavabdeh2) qızıdır. 2020-ci il tarixdə Cavabdeh1 cavabdehlər İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına, X3 və X8 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh2 14 iyun 2019-cu il tarixdə ünvan 1nə dair adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almış, daha sonra 04 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlamış və Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. 24 avqust 2020-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontoruna vəkil sorğusuna verilmiş cavab məktubu və qoşması olan 2V-172 nömrəli vərəsəlik işinin notarial təsdiqli surətindən məlum olmuşdur ki, Cavabdeh2-Ağa Şahpalıq oğlu (hazırda adı Cavabdeh2, ata adı Şahpələngdir) 2015-ci il tarixdə 18 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, anası Əminə Nəcəfqulu qızından miras əmlak olan torpaq sahəsi qaldığını göstərmiş, ərizənin “Məndən başqa aşağıdakı vərəsələr var:” bölməsini boş saxlayaraq, ümumiyyətlə heç kimin adını qeyd etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, 23 iyun 1948-ci il tarixdən ölənə qədər faktiki olaraq, Novxanı kəndində yerləşən 0,53 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evləri (baxmayaraq ki. 1962-ci il tarixdə 0,25 ha torpaq sahəsini formal olaraq atasının adına keçirmişdir) İddiaçı5 Şahpələng oğlunun istifadə və sahibliyində olmuş, ölümündən sonra isə, bu günədək övladlarının və nəvələrinin istifadə və sahibliyindədir, yəni faktiki olaraq, onlara qalmış, həmin evdən və torpaq sahəsindən onlar istifadə etmişlər. Həmin şəxslər İddiaçı9 qız, İddiaçı10, İddiaçı8, İddiaçı12, X7, İddiaçı11, X12, İddiaçı7, X22, İddiaçı6, X5, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3dır. Qeyd edilməlidir ki, sözügedən 223 saylı (keçmiş 299-b) bağ sahəsinin həqiqətdə nə Cavabdeh2, nə də ki, Cavabdeh1 heç bir aidiyyatı yoxdur. Onlar heç vaxt həmin bağda yaşamayıblar. Belə olan təqdirdə qanunsuz olaraq, Cavabdeh2 özünü tək vərəsə qeyd edərək, heç kimin xəbəri olmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə edərək, müvafiq çıxarış əldə etmiş və həmin əmlakı daha sonra qızına bağışlamışdır. Yuxarıda qeyd olunan 223 saylı (keçmiş 299-b) bağ sahəsinə dair sonuncu icarə müqaviləsi X41 qızının adına bağlansa da, həmin bağ sahəsi və üzərindəki daşınmaz əmlaklar istər Əminə Nəcəfqulu qızının sağlığında, istərsə də, 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızının vəfatından sonra faktiki olaraq İddiaçı5 övladları və nəsli tərəfindən qəbul edilərək, bu günə qədər tərəflərindən istifadə və idarə olunur. Maraqlı budur ki, Cavabdeh2 heç kimə xəbər vermədən, gizli şəkildə notariat kontoruna ərizə ilə müraciət etmiş, qəsdən özünü tək vərəsə kimi qeyd edərək, digər vərəsələri belə gizlətmişdir. Hazırki məsələdə söhbət mirasın faktiki qəbulundan getsə də, Cavabdeh2 yalan məlumat verərək, hətta qanun üzrə vərəsəliyə dair tələbləri də, qəsdən pozmuşdur. Bakı şəhəri 18 saylı Notariat Kontoru da, X41 qızının vərəsələrinin dairəsini müəyyən etməmiş, kortəbii şəkildə, qanunun tələblərinə zidd vərəsəlik işi açaraq, daha sonra qanunsuz vərəsəlik haqqında şəhadətnaməni verərək, onlarla şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Yəni illər öncə faktiki olaraq qəbul edilmiş miras əmlaka dair qanunsuz qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Notarius həmçinin əvvəldən qanunun tələbini pozmuş, Cavabdeh2 müddəti ötürdüyünə görə müvafiq imtinanı verməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə ediyini, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin mübahisəli torpaq sahəsinin yalnız iddiaçılar tərəfindən faktiki qəbul və istifadə edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, atası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə gedərək mübahisəli bağ sahəsini adına keçirtmişdir. xx.xx.2014-cü il tarixdə atası qeyd olunan idarəyə sorğu göndərmiş və sorğuya əsasən ona mübahisəli ərazidə yeləşən bağ sahəsinə dair müqaviləninin surəti verilib. Həmin müqavilədə də görünür ki, həmin bağ sahəsi yalnız atasının mülkiyyətində olmuşdur. Lakin qarşı tərəfin verdiyi sənəddən məlum olur ki, onlar özlərindən adlar əlavə etmişlər. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir, o, uşaqlıqdan orada yaşamışdır. 2008-ci ilin axırı 2009-cu ilin əvvəli atası sənədləşdirmə işlərinə başlamaq üçün həmin bağ sahəsinə getdikdə, ağacların kəsildiyini görmüşdür. Daha sonra yenidən getdiyi zaman özbaşına tikilinin tikildiyini görmüşdür. Atası sonradan qərara gəlib ki, torpaq sahəsini öz adına sənədləşdirsin. Məhkəmə davam etdiyi vaxtda cavabdehlər tərəfindən orada 4 dənə yaşayış yeri tikilib. 222 saylı bağ sahəsindən Xuraman istifadə edirdi, hal-hazırda isə onun qızları Səmayə və Səmayənin qızı Lətafət istifadə edir. 2008-ci il tarixə qədər Xuramanla bir yerdə qalırdılar. Daha sonra qərara gəldilər ki, onun atasının yaşlılığından istifadə edərək ərazisini zəbt etsinlər. 2014-cü ildə verilən sorğuya cavabdan da görünür ki, məhkəmə qərarına əsasən ilk çıxarış onun atasının adına olub. Həmin torpaq sahəsi nənəsinə çoxuşaqlı ana olduğuna görə verilib, ondan da övladlarına qalıb. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnaməyə görə X9 ilə Əliyeva (Feyzullayeva) Aida Baba qızı xx.xx.1978-ci il tarixdə 375 nömrəli akt qeydi nikah bağlamışlar. - nikah haqqında şəhadətnaməyə görə X13 ilə Əliyeva (Feyzullayeva) Ofeliya Cavabdeh2 qızı xx.xx.1973-cü il tarixdə 87 nömrəli akt qeydi nikah bağlamışlar. - nikah haqqında şəhadətnaməyə görə X4 ilə İddiaçı11 xx.xx.2003-cü il tarixdə 09 nömrəli akt qeydi nikah bağlamışlar. - nikah haqqında şəhadətnaməyə görə İddiaçı5 Şahbala oğlu ilə Həbibə Qurbanqulu qızı (Feyzullayeva) xx.xx.1939-cu il tarixdə 32 nömrəli akt qeydi nikah bağlamışlar. - nikah haqqında şəhadətnaməyə görə X16 ilə Məmmədova (Feyzullayeva) Kifayət Hidayət qızı xx.xx.1967-ci il tarixdə 785 nömrəli akt qeydi nikah bağlamışlar. - nikah haqqında şəhadətnaməyə görə --- Şahpələng Feyzulla oğlu ilə --- X44 xx.xx.1956cı il tarixdə 504 nömrəli akt qeydi nikah bağlamışlar. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 atası X9, anası İddiaçı4dır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 atası X9, anası İddiaçı4dır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1985-ci il təvəllüdlü Feyzullayeva (Cavabdeh2ova) Rəna Bahadur qızının atası X9, anası İddiaçı4dır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı5 atası X17, anası X2r. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1974-cü il təvəllüdlü İddiaçı6 atası X13, anası Feyzullayeva Ofeliya Cavabdeh2 qızıdır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1984-cü il təvəllüdlü Feyzullayeva (Həsənzadə) Günel Baladadaş qızının atası X4, anası İddiaçı11dır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1968-ci il təvəllüdlü Feyzullayeva (Qarayeva) Təranə Arif qızının atası X16, anası İddiaçı9dır. - doğum haqqında şəhadətnaməyə görə xx.xx.1975-ci il təvəllüdlü X11 atası X16, anası İddiaçı9dır. - ölüm haqqında şəhadətnaməyə görə --- Şahpələng Feyzulla oğlu xx.xx.1967-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 481 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X9 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1288 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X13 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 740 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə Feyzullayeva Ofelya Cavabdeh2 qızı xx.xx.2016-cı il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 796 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X17 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 326 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X4 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1651 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X6 xx.xx.1975-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə İddiaçı5 Şahpələng oğlu xx.xx.1972-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 881 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə Aminə Nəcəfqulu qızı xx.xx.1984-cü il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cu il tarixdə 326 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X16 xx.xx.2000-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 913 nömrə ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə görə X18 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 426 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə qızı – Cavabdeh1 bağışlamışdır (hədiyyə olaraq). - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019cu il tarixli, ********** nömrəli Çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh2 tam mülkiyyətindədir. - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020ci il tarixli, ********** nömrəli Çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh1 tam mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 223 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızının adına keçmişdir. 18 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 2V-172 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4513/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4Ə/411 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və mülkiyətindədir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 222a saylı (faktiki 223 (keçmiş 299b)) bağ X10 adınadır. X10 vəfatından sonra bu torpağın baxılması, abadlıq işlərinin aparılması və vergilərin ödənilməsi onun ailəsi və övladları tərəfindən həyata keçirilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 223 saylı bağ sahəsi Cavabdeh1 məxsusdur və onun xx.xx.2021-ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergisi borcu yoxdur. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli Şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.1984-cü il tarixdə ölmüş Əminə Nəcəfqulu qızının miras əmlakından pay almalıdır. Verilən miras əmlakı ƏMDK-nın yanında DƏDRX-ın Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızına verilmiş reyestr nömrəli, 02/77 qeydiyyat nömrəli qabaqcadan qeydiyyat haqqında arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 222 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surəti X1, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 223 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surəti Cavabdeh2-Ağa Şahpalıq oğluna verilməsi AZ ƏMDK yanında DƏDRX-ın Bakı şəhəri Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4513/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, ərizəçi Cavabdeh2-Ağa Şahpalıq oğlunun adının “Cavabdeh2”, ata adının “Şahpələng”, doğum tarixinin “xx.xx.1936-cı il” olması faktının müəyyən edilməsi qət edilmişdir. - ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Ağa Şahpalıq oğluna verilmiş 2015-ci il tarixli cavab məktubdan görünür ki, bağ sahələrinə dair icarə müqaviləsinin müddətinin artırılması və ya yeni müqavilə bağlanması İdarənin səlahiyyətlərinə daxil edilmədiyindən Novxanı qəsəbəsi, 223 saylı bağ sahəsinin Cavabdeh2 Ağa Şahpalıq oğlunun adına keçirilməsinə dair müqavilə bağlanmamışdır. - bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair xx.xx.1969-cu il tarixli, 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəbəsəsində yerləşən 299b saylı, 0.25 ha torpaq sahəsi Əminə Nəcəfqulu qızına 10 il müddətinə, yəni xx.xx.1979-cu il tarixədək icarəyə verilmişdir. - xx.xx.1952-ci il tarixli, 1055 nömrəli müqaviləyə əsasən, İddiaçı5 1948-ci ildən hesablanmaqla, 10 il müddətinə (1958-ci ilə dək) 0.53 ha (0.51 ha) torpaq sahəsi icarəyə verilmişdir. - xx.xx.1963-cu il tarixdə Şahpələng Feyzullayev və İddiaçı5 tərəfindən ərizə verilərək, ayrı-ayrı yaşadıqlarından mövcud bağ sahəsinin aralarında bölünməsini (½ hissədə) xahiş etmişlər. - xx.xx.1963-cü il tarixli 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha torpaq sahəsi xx.xx.1963-cü il tarixdən xx.xx.1969-cü il tarixdək Şahpələng Feyzulla oğluna verilmişdir. - xx.xx.1969-cu il tarixli 1055 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha torpaq sahəsi (299b (222), bir otaq) xx.xx.1969-cu il tarixdən xx.xx.1979cu il tarixdək İddiaçı5 Şahpələng oğluna verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5968/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X33 xx.xx.1969-cu il tarixli, 7310 saylı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 “b” saylı bağ torpaq sahəsinə dair mərhumə Əminə Nəcəfqulu qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət resyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1754/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5968/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 “b” saylı bağ torpaq sahəsinə hüququ olmuş iddiaçının anası Əminə Nəcəfqulu qızının adına dair müvafiq arayışın verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - X36, X23 və X38 tərəfindən notarial qaydada verilmiş ərizələrdə bildirmişlər ki, onlar tərəflərin hamısını tanıyırlar. Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ massivi daimi yaşayış yeri deyil. Ora bağ kimi istifadə edilmiş və orada heç kim daimi yaşamamışdır. - Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 019489 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı10 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. - Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 019490 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC ilə Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. - Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 019491 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC ilə X28 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. - Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 019492 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı5 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. - Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dai rəhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqaviləyə əsasən, "xxxx" ASC ilə İddiaçı10 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32374476 nömrəli müqavilə bağlanmışdır. - Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dai rəhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqaviləyə əsasən, "xxxx" ASC ilə X29 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32357262 nömrəli müqavilə bağlanmışdır. - Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dai rəhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqaviləyə əsasən, "xxxx" ASC ilə İddiaçı5 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32125539 nömrəli müqavilə bağlanmışdır. - Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dai rəhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqaviləyə əsasən, "xxxx" ASC ilə Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında xx.xx.2012-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32335777 nömrəli müqavilə bağlanmışdır. - Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, "xxxx" ASC ilə İddiaçı12 arasında xx.xx.2016-cı il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 27453 nömrəli müqavilə bağlanmışdır. - Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, "xxxx" ASC ilə Baladadaş Feyzullayev arasında xx.xx.2013-cü il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6787 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 saylı və 223 saylı bağ sahələri bir-birinə bitişik olmaqla qonşu sahələrdə yerləşirlər. Həmin bağ sahəsi ümumilikdə faktiki olaraq 0.57 ha (222 saylı bağ sahəsi faktiki 0.285ha, 223 saylı bağ sahəsi faktiki 0.285ha) təşkil edir. Bağ sahələri faktiki vəziyyətdə mişar daşından inşa edilmiş hasar vasitəsi ilə bir-birindən ayrılmış sərhədlər daxilində yerləşir. Torpaq sahəsinin koordinatları “Google Earth” xəritə proqramı vasitəsilə ilə illər üzrə yoxlandıqda faktiki vəziyyətdə mövcud olan sərhəd hasarının 2018-ci ildən sonrakı dövr ərzində inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 saylı və 223 saylı bağ sahələrində ümumilikdə 8 (səkkiz) yaşayış evinin mövcud olduğu, 223 saylı bağ sahəsinin hüdudları daxilində yerləşən 3 (üç) ədəd yaşayış evinin 2008-ci ildə, 1 (bir) ədəd yaşayış evinin isə 2011-ci ildən sonrakı dövrlərdə mövcud olduğu müəyyən edilmişdir. 222 saylı bağ sahəsində yerləşən 4 (dörd) yaşayış evinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmasa da, tikililərin köhnə tikili olması nəzərə alınaraq həmin tikililərin 2008-ci il tarixdən daha əvvəlki dövrdə inşa edildiyi istisna edilmir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2299/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına və X3 qarşı “bağ sahəsinin boşaldılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli məktubundan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 299 saylı bağ sahəsinin (iki bağ sahəsi) bir hasar daxilində yerləşdiyi və ara mərz nişanlarının olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1134.2-ci maddəsinə əsasən, Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İstinad edilən maddənin məzmunundan görünür ki, miras əmlaka yalnız daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak deyil, həmçinin əmlaklara dair mövcud olan əmlak hüquqları da daxildir. - 1243.1-ci ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına əsasən “miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakının faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətlər nəzərdə tutur ki, bu hərəkətləri edən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli bağ sahəsinə sahiblik etmək və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakını tam olaraq qəbul etmişlər. Həmçinin iş materiallarına və tərəflərin verdikləri izahatlarla da müəyyən edilmişdir ki mübahisəli bağ sahəsinə faktiki sahiblik və idarə etdiklərindən sonra orada tikililər tikmişlər. Bu isə həmin bağ sahəsinə iddiaçıların faktiki sahiblik etdiklərinin şəksiz sübutudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirdə həmin hüququ itir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsində və torpaq sahəsi üzərindəki tikililərdə yaşamışlar. Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar miras qalmış əmlakın saxlanılması və orada yaşayıb təsərrüfat aparması üçün mübahisəli evə faktiki sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişlər. İddiaçılar evi təmir etdirmiş, əlavə otaqlar tikdirmişlər. İddiaçılar hal-hazıradək həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmişlər. İddiaçılar mübahisəli torpağa və onun üzərində inşa edilmiş evə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakı tam olaraq qəbul etmişlər. Göründüyü kimi, miras əmlaka yalnız daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak deyil, həmçinin əmlaklara dair mövcud olan əmlak hüquqları da daxildir. Hazırkı işin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi Əminə Nəcəfqulu qızının öldüyü anda mövcud olmuşdur. Həmin vaxt həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mərhumun həmin evə dair istifadə və sahiblik hüquqları mövcud olmuşdur. Məhkəmə Əminə Nəcəfqulu qızının xx.xx.1984-cü il tarixdə öldüyünü və mirasın həmin vaxt açılmasını nəzərə alaraq qeyd dir ki, 2000-ci ilə qədər mövcud olan Mülki Məcəllənin vərəsəlik haqqında müddəalarında birbaşa göstərilmişdir ki, “vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik və ya onu idarə etməyə başlaya bilər (maddə 555). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir(maddə 552).” Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda miras dedikdə həmin əmlak hüquqları nəzərədə tutulmalıdır. Göründüyü kimi Əminə Nəcəfqulu qızı vəfat edəndə həmin hüquqlardan ibarət miras mövcud idi və onun vərəsələri həmin əmlakı qanunla nəzərdə tutulmuş şəkidə qəbul etməli idilər. Lakin işdə olan sənədlərdən, habelə tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçılardan fərqli olaraq cavabdehlər tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində miras faktiki olaraq qəbul edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarış, 04 dekabr 2019-cu il tarixli reyestrdə 4Ə- 411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Həmçinin X14 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X7, İddiaçı11, İddiaçı7, X21, İddiaçı6, X5, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, X12 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmaqla və onlardan istifadə etməklə öz qətnaməsini əsaslandırır. Həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. - Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. - 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Cavabdeh2 adına verilmiş çıxarış etibarsız hesab edilsin. - 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. - 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsin. X14 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X7, İddiaçı11, İddiaçı7, X21, İddiaçı6, X5, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, X12 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-287/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-287/2022
08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver