Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-287/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə vurulmuş maddi zərər kimi 2728,68 manat, ona vurulmuş mənəvi zərər görə 1000 manat olmaqla, ümumilikdə 3728,68 manatın və məhkəməyə ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “X11” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Moskva prospektində yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ona yüngül zərərvurmaya aid xəsarət dəymişdir. Özü Qarabağ qazisidir və İİ Vətən müharibəsində yaralanaraq əlillik almışdır. Barəsində inzibati icraat aparılan şəxs Cavabdeh özünü təqsirli bilməyərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən 12:00 radələrində etibarnamə ilə idarə etdiyi “X11” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Main yaşayış kompleksinin qarşısında dayanan zaman “Mercedes Vito” markalı avtomobillə siqnal verə-verə gəldiyini, onun yanında saxladığını və ona irad bildirdiyini qeyd etmişdir. Bunun nəticəsində minik avtomobilinə və səhhətinə ciddi ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.7 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla, əməldə cinayət tərkibi olmadığından inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Yasamal rayon Polis İdarəsi DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan 151 saylı rəyə əsasən almış olduğu xəsarətlər dərəcəsinə görə Yüngül zərərvurmaya aiddir. Cavabdeh etibarnamə ilə idarə etdiyi **-DU-*** dövlət nömrə nişanlı X11 markalı avtomobili ilə Moskva prospektində yolnəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus avtomobili yararsız hala salmaqla onun mülkiyyətində olan əmlakına xəsarət yetirmişdir. Hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir, demək olar avtomobili məhv olmuşdur. Avtomobilin 1 ədəd ön ekran - 250 azn, 1 ədəd ön sol yanlıq - 350 azn, 1 ədəd ön sağ fara - 120 azn, 1 ədəd ön sol fara -120 azn, 1 ədəd elektro pər - 60 azn, 1 ədəd ABS bloku - 250 azn, 1 ədəd su radiatoru - 180 azn, 1 ədəd kondisioner radiatoru - 150 azn, 1 ədəd sürətlər qutusunun interkulleri - 200 azn, 1 ədəd antifriz qabı - 70 azn, 1 ədəd ön bamper - 200 azn, 1 ədəd ön barmaqlıq - 70 azn, 1 ədəd ön sol qanad - 80 azn, 1 ədəd ön sağ güzgü - 100 azn, 1 ədəd ön şüşə - 220 azn, 2 ədəd germetika - 40 azn, 1 ədəd termostat - 70 azn, 1 ədəd mühərrikin kəməri - 30 azn, 1 ədəd mühərrikin ön qapağı - 80 azn, 1 ədəd A/C kompressoru - 300 azn, 1 ədəd mühərrikin alt qoruyucusu - 70 azn, 1 ədəd frion - 40 azn, 1 ədəd A/C borusu - 65 azn, 1 ədəd ön sol amartizator- 120 azn, 1 ədəd ön sol qanadaltı - 60 azn, 7 litr mühərrikin yağı - 105 azn, 1 litr əyləc mayesi - 10 azn, 1 ədəd kapot - 200 azn dəyişdirilməlidir. Əlavə olaraq avtomobildə dəmirçi işləri - 600 azn, rəngsaz işləri - 600 azn, armaturçu işləri - 200 azn, çilingər işləri - 300 azn, digər işlərin ( ön şüşə dəyişmə) - 50 azn görülməsi tələb olunur. Bütün bunlar "xxxx" ASC nümayəndələri tərəfindən onun mülkiyyətində olan “X12” markalı, dövlət qeydiyyat nişanı **-CS-*** nömrəli avtomobilə dəymiş ziyan zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda qeyd olunub və qiymətləndirilib. Qeyd etdiyi ehtiyat hissələrinin alınması üçün 3610 manat, təmir bərpa xidməti ilə bağlı işə isə 1750 manat tələb olunur. Beləliklə avtomobilinə ümumilikdə 5360 manat zərər vurulmuşdur. Cavabdehin təqsiri üzündən ona məxsus daşınar əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən DYPin arayışı, inzibati protokolu və qərarı ilə təsdiq olunur. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində olan inzibati işə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.8-ci maddələri ilə təqsiri təsdiq olunmuşdur. Odur ki, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törənməsində təqsirli olduğu sübuta yetirildiyindən, o, həmin hadisə nəticəsində ona vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin adından "xxxx" ASC ona bu günə kimi maddi zərərin əvəzi kimi 2631.32 manat vəsait ödəmişdir. Cavabdeh 5360 manat maddi ziyandan qalan 2728.68 manat vəsaiti ödəməkdən imtina etmiş və ondan vəsaiti tələb etdikdə isə “get hara istəyirsən şikayət et" kimi ifadələr işlətmişdir. Bu hadisədən sonra sağlamlığına vurulmuş zərərə görə mənəvi iztirablar keçirmiş və dəfələrlə xəstəxanaya müraciət edərək ambulator müalicə almışdır. Halhazırda həkim resepti əsasında səhhətində yaranmış ciddi pozuntularla əlaqədar dərmanlar qəbul edir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 54.1ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə, iddiaçının yazılı razılığı ilə iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, hadisə baş versə də, dəymiş zərərin məbləği ilə razı deyil. Hesab edir ki, məbləğ şişirdilib. Həmçinin iddia tələbinin mənəvi zərər hissəsini ümumiyyətlə qəbul etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də hadisə baş vermiş və iddiaçının avtomobilinə zərər dəymişdir. Lakin qeyd edilən məbləğlə razı deyil və iddianı mənəvi zərər hissəsində ümumiyyətlə qəbul etmir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 21 iyun 2024-cü il tarixli, 3(004)-1686/2024 №-li məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1686/2024 saylı 15 aprel 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdən qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1686/2024 saylı 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə «X11» minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Moskva prospektində yol nəqliyyat hadisəsini törətmişdir. X1 və X2 yüngül zərərvurmaya aid xəsarət almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli sığorta ödənişi ilə bağlı çıxarışından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Abdulhüseyn oğlunun bank hesabına sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq 2631,32 (iki min altı yüz otuz bir manat 32 qəpik) sığorta ödənişi köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-CS-*** dövlət nömrə nişanlı “X12” markalı nəqliyyat vasitəsinə dəymiş zərər aşağıdakı kimi qiymətləndirilir: 1 ədəd ön ekran - 250 azn, 1 ədəd ön sol yanlıq - 350 azn, 1 ədəd ön sağ fara - 120 azn, 1 ədəd ön sol fara -120 azn, 1 ədəd elektro pər - 60 azn, 1 ədəd ABS bloku - 250 azn, 1 ədəd su radiatoru - 180 azn, 1 ədəd kondisioner radiatoru - 150 azn, 1 ədəd sürətlər qutusunun interkulleri - 200 azn, 1 ədəd antifriz qabı - 70 azn, 1 ədəd ön bamper - 200 azn, 1 ədəd ön barmaqlıq - 70 azn, 1 ədəd ön sol qanad - 80 azn, 1 ədəd ön sağ güzgü - 100 azn, 1 ədəd ön şüşə - 220 azn, 2 ədəd germetika - 40 azn, 1 ədəd termostat - 70 azn, 1 ədəd mühərrikin kəməri - 30 azn, 1 ədəd mühərrikin ön qapağı - 80 azn, 1 ədəd A/C kompressoru - 300 azn, 1 ədəd mühərrikin alt qoruyucusu - 70 azn, 1 ədəd frion - 40 azn, 1 ədəd A/C borusu - 65 azn, 1 ədəd ön sol amartizator- 120 azn, 1 ədəd ön sol qanadaltı - 60 azn, 7 litr mühərrikin yağı - 105 azn, 1 litr əyləc mayesi - 10 azn, 1 ədəd kapot - 200 azn. Əlavə olaraq avtomobildə dəmirçi işləri - 600 azn, rəngsaz işləri - 600 azn, armaturçu işləri - 200 azn, çilingər işləri - 300 azn, digər işlərin ( ön şüşə dəyişmə) - 50 azn. Ümumi məbləğ 5360.00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/6724 nömrəli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2006-cı il buraxılışlı, “X12” markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3540 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan «X11» minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X12” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5360 manat məbləğində müəyyən edilmiş və sığorta şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya 2631,32 manat məbləğində sığorta məbləği ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsasən, “X12” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3540 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut hesab edilməklə, həmin rəy nəzərə alınaraq, “X12” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3540 manat məbləğində müəyyən edilməli və həmin məbləğdən ödənilmiş 2631,32 manat məbləğində sığorta ödənişi çıxılmaqla, Cavabdeh 908,68 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “1000 (min) manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün məhkəməyə müraciət edən zaman dövlət rüsumu ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq, 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 10 manatı İddiaçı, 40 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 908,68 (doqquz yüz səkkiz manat 68 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-287/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-287/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver