Məhkəmə qərarları › İş №2(001)-2876/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2876/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2876/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Alahverdi oğluna qarşı “subroqasiya qaydasınnda pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vurulmuş ağır bədən xəsarətinə görə ödənilmiş 1500 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hummer-H 3 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən "xxxx" ASC-də AE 576624 nömrəli şəhadətnamə ilə 02 avqust 2016-cə il tarixdən 01 avqust 2017-ci il tarixədək “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsulliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh mülkiyyətində olan “Hummer-H3” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz, sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmamış X6 vermiş, axırıncı isə 04 avqust 2016-cı il tarixində 06-30 radələrində avtomobili idarə edərək Ağdş rayonu Qüdrət kənd istiqamətində hərəkətdə olarkən avtomobilin idarəçiliyini itirmiş, avtomobil yoldan çıxaraq 1-ci yolun sağ hissəsində olan çinar ağacına qabaq sağ hissəsi ilə dəymiş, nəticədə avtomobildə yeganə sərnişin Ağdaş rayon Aşağı Ləki kənd sakini 21 iyul 1998-ci il təvəllüdlü İbişova Anarə Nizami qızını qapalı kəllə-beyin travması, beyinə suboroxnoidal qansızması, sağ bud sümüyünün yerini dəyişmiş, çox qəlpəli açıq sınığı, alt çənə sümüyünün yerdəyişmiş sınığı başın, üzün yaraları ilə müşayiət olunan, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Hadisə ilə bağlı Ağdaş RPŞ-nin İQ tərəfindən araşdırma aparılmış, cinayət işi başlamış, sonradan isə tərəflər barışdığına görə 07 noyabr 2016-cı ilş tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. "xxxx" ASC tərəfindən X17 qızının sağlamlığına vurulmuş ağır bədən xəsarətinə görə zərərçəkmiş şəxsə 1500 manat sığorta ödənişini etmişdir. Cavabdeh iradəsinə zidd olaraq onun sahibliyindən çıxması, qaçırılması cinayət işinin araşdırılması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən ASC-nin həmin cavabdehə qarşı üçüncü şəxsə vurulmuş ziyana görə ödənilmiş mbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilən 0401/FQ/CML-0369/2017 saylı Sığorta aktından görünür ki,Cavabdeh məxsus “Hummer H3” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili əmlaka vurulmuş zərərə görə 5000 manat məbləğində sığortalanmış, sığortanın başlanma tarixi 02 avqust 2016-cı il, bitmə tarixi 01 avqust 2017-ci il olaraq müəyyən edilmişdir. Sığorta hadisəsi Ağdaş şəhər M.İsayev küçəsində baş vermiş, hadisə zamanı X14 xəsarət almış, sağlamlığa vurulan ağır xəsarətə görə sığorta məbləğinin 30 %-i 1500 manat müəyyən edilmiş və zərərçəkənin və ya təyin etdiyi nümayəndənin bank hesabına köçürülür. Azərbaycan Respublikası Sıhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 tərfindən verilən 244/R saylı ekspert rəyindən görünür ki, X7 bədənində olan xəsarətlərqapalı kəllə-beyin travması, beyin əzilməsi, beyinə suboroxnoid qansızma, sağ bud sümüyünün yerini dəyişmiş, çoxqəlpəli açıq sınığı, alt çənə sümüyünün, yerdəyişmiş sınığı, başın, üzünü yaraları, küt alət təsirindən törənmiş, törəmə müddətlə 04 avqust 2016-cı il tarixə uyğun gəlir. Həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Ağdaş RPŞ-nin baş müstəntiqi, polis mayoru A.Məmmədov tərəfindən tərtib edilən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 04 avqust 2016cı il tarixində maneəni vurma növündə Cavabdeh məxsus “Hummer-H3” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan, lakin ayıq halda idarə edən X8 tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində sağlamlığa ağır dərəcədə zərər vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2016-cı il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hummer H-3 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü N.A.Əhmədzadə avtomobili sürücülük vəsiqəsivə etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. "xxxx" ASC tərəfindən Cavabdeh və X5 ünvanlanan subroqasiya hüququ ilə əlaqədar pretenziya məktubundan görünür ki, Cavabdeh X12 ödənilmiş 1500 manat vəsaitin 29 dekabr 2017-ci il tarixinə kimi ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 05 aprel 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X9 hesabına 1500 manat məbləğində ödəniş edilmişdir. Ağdaş RPŞ-nin baş müstəntiqi, polis mayoru A.Məmmədov tərəfindən qəbul edilən cinayət işinin icraatına xitam verilməsi haqqında 07 noyabr 2016-cı il tarixli qərardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 328.2, 332.1 və 332.2-ci maddələrinin tərkibi olduğundan, Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. 19 iyun 2020-ci il tarixli, qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 04 avqust 2016-cı il tarixdə X3 hüququ və etibarnamə olmadan, Cavabdeh mülkiyyətində olan “Hummer-H3” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə 21 iyiul 1998-ci il təvəllüdlü X2 ağır dərəcədə xəsarət yetirmişdir. "xxxx" ASC tərəfindən zərərçəkən şəxs X10 atası X9 hesabına 1500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında əlavə edilmiş Ağdaş RPŞ-nin baş müstəntiqi, polis mayoru A.Məmmədov tərəfindən tərtib edilən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışla və A.Məmmədov tərəfindən qəbul edilən cinayət işinin icraatına xitam verilməsi haqqında 07 noyabr 2016-cı il tarixli qərarla yol nəqliyyat hadisəsini törədən X4 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, “Hummer-H3” minik markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh özünə məxsus olan avtomobili başqa şəxsin, yəni cavabdeh X4 istifadəsinə verərkən həmin şəxsin buna hüququnun olub-olmamasını müəyyən etməyə borclu idi, bu baxımdan Cavabdeh həmin avtomobilin etibarnamə olmadan, yəni hüquqazidd olaraq X8 tərəfindən idarə edilməsində təqsirlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Azsığorta ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Azsığorta ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar