Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2878/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 14 aprel 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əmlakın (əmlakın təsviri verilməmişdir) cavabdehdən alınaraq iddiaçıya verilməsi və iddiaçının hüquqlarının (hansı hüquqların bərpası dəqiqləşdirilməmişdir) bərpa edilməsi” “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsində Cavabdeh faktiki ünvanı Binəqədi qəsəbəsi Novxanı yolu (buna dair heç bir sübut təqdim edilməmiş, ünvan natamadır) göstərilsə də, “AZEMİS” elektron məhkəmə informasiya sistemində və təqdim edilmiş sənədlərdə cavabdehin ünvanının Naxçivan Muxtar Respublikasi, Naxçivan şəhəri, S 6 Qəsəbəsi Ev 9, Mənzil 4 olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.2-ci maddələrinin tələblərinə zidd olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində cinayət qanunvericiliyinin normalarına istinad edərək mülki məhkəmə icraatı qaydasında tələb irəli sürmək anlaşılan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü və 152.1.5-ci . maddələrinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, habelə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh “əmlak tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2878/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2878/2023
14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver