Məhkəmə qərarları › İş №2(001)-2882/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2882/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2882/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2019-cu ilin təxminən dekabr ayında ona Fizuli adlı makler zəng vuraraq bildirdi ki, “ev axtarırdın, H.Əliyev mərkəzinin yaxınlığında 9-mərtəbəli binanın 3-cü mərtəbəsində 75.000 manata ev var, münasibdirsə get bax”. O, H.Əliyev mərkəzinin yaxınlığınada gedib orada tanışları olan maklerlər Sayad və Kamandarla görüşmüşdür. Orada ona aydın oldu ki, ev alqı-satqısı ilə məşğul olan Cavabdeh makler Sayada satılıq ev olduğunu bildirmiş, o da öz növbəsində Fizuliyə bu barədə bildirmiş, Fizuli də ona həmin evin satıldığını bildirmişdir. Onlar görüşüb birlikdə H.Əliyev mərkəzinin yaxınlığındakı 9-mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən evə baxdıqdan sonra Kamandar ona evi satanların yaxın adamları olduğunu bildirib, ondan həmin evə görə 10000 (on min) manat beh istəmiş və bildirdi ki, təcili olduğu üçün behi indi vermək lazımdır, evin sahibi Rusiyada yaşayır, bu gecə təyyarə ilə gələcək. O, 10000 (on min) manat behin çox olduğunu bildirib həmin behi verməyə etiraz etmiş və çıxıb getmişlər. Həmin gün 1 saat sonra Cavabdeh ona zəng vurub “heç olmasa, 2100 (iki min yüz) manat beh ver, ev əldən çıxmasın, sənə qismət olsun, səhər tezdən isə alqı-satqı edərik” - deyə bildirmişdir. Kamandarı çoxdan qiyabi də olsa tanıdığına görə ona inanmışdır. Sonra birlikdə notariusa getmişlər, notariusda o, Kamandara borc müqaviləsi rəsmiləşdirməyi təklif etdikdə, Kamandar and-aman etdi ki, “burada əlavə rüsum xərcləri çəkib özünə ziyan etmə” və and içdi, o da Kamandara inanmış və 2100 (iki min yüz) manat pulu evi almaq üçün beh kimi ona vermişdir. Sonradan həmin evin satılmadığını və Cavabdeh onu aldatdığını başa düşmüşdür. Kamandara nə qədər zəng etsə də, müxtəlif bəhanələrlə görüşməkdən qaçırdı. Xeyli müddətdən sonra çətinliklə də olsa 1100 (min yüz) manat pulunu Kamandardan ala bilmiş, lakin qalan 1000 (min) manat pulunu isə indiyədək ala bilməmişdir. Cavabdeh ona vəd edib beh aldığı H.Əliyev mərkəzinin yaxınlığında 9-mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzili sataraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ona olan inamından istifadə etməklə, onu aldatdığından məcbur qalıb pulunun alınması üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh tərəfindən verilmiş 10 may 2022-ci il tarixli ərizədən görünür ki, o, iddia tələbini qəbul edir və onun iddiaçıya 850 manat məbləğində borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 150 manat ödəniş edildiyi üçün, hal-hazırda cavabdehin ona 850 manat məbləğində borcu vardır . Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, İddiaçı 2.100 manat məbləğində pul almış və həmin puldan 1250 manat ödəniş etmişdir. Hal-hazırda onun iddiaçıya 850 manat məbləğində borcu qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və Cavabdeh 10 may 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2100 manat məbləğində pul almış və həmin pulun 1250 manat məbləğini qaytarmışdır. Hal-hazırda həmin məbləğin ödənilməmiş hissəsi 850 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı verilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar