Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2911/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə (açar sözlər: pul tələbi, əsassız varlanma, maddi ziyan, sübutetmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi Vəkil2 İlk iddia üzrə cavabdehin nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:
1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin mart ayının əvvəllərində tanışı, əvvəllər də heyvan satdığı cavabdeh-Bakı şəhəri sakini Cavabdeh məcburi köçkün kimi məskunlaşıb yaşadığı Bilsuvar rayonu 3 saylı Cəbrayıl qəsəbəsinə gəlib xırdabuynuzlu heyvan alacağını bildirmişdir. Anarla əvvəllər də aralarında nisyə heyvan alqı-satqısı olduğuna görə onun səmimiyyətinə inanaraq qarşılıqlı razılığa gələrək ona 30.000 manatlıq 93 baş xırdabuynuzlu heyvanlar, yəni qoyun heyvanlarını nisyə satmışdır. Həmin vaxt Anarla 30000 manat pulun ona 2024-cü ilin may ayının sonlarına kimi verəcəyinə dair razılığa gəlmişlər. Bundan bir gün sonra heyvanları X1 idarə etdiyi "Mercedes Benz" markalı yük maşınına yükləyib Anarın Ağsu rayonu Qasımbəyli kəndində yerləşən fermasına apararaq Anara təhvil verilmişdir. Cavabdeh 2024-cü ilin may ayında onun pulunu verməmiş, 2024-cü ilin avqust ayında 10.000 manat, 2024-cü ilin sentyabr ayında is 10.000 manat olmaqla ümumilikdə 20.000 manat pulu kartına göndərmişdir. Qalan məbləği isə həmin vaxtlarda Rusiya Federasiyasında olduğundan göndərəcəyini bildirsə də hazırkı vaxta kimi cavabdeh verməli olduğu 10.000 manat pulu ödəməkdən imtina etmişdir. O, dəfələrlə cavabdehdən borclu olduğu cəmi 10.000 manat pulu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ilə mobil tətbiqi ilə əlaqə saxlayarkən ona olan borclarını etiraf etmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı cacabdeh İddiaçı 24800 manat alınıb ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, doğrudan da iddiaçıdan qoyun almışdır. Lakin bu onun yazdığı kimi deyil, başqa cür olmuşdur. Belə ki, o, əvvəllər onda bir dəfə 1000 manat, bir dəfə 1000-1200 manat və 7000 manat dəyərində toxum almışdır. Bir dəfə də bir ədəd qoç almışdır. Lakin bu ticarət yalnız 7000 manat toxumda nisyə olmuş, 1 ay ərzində pulunu ödəmişdir. 2024-cü ilin yazında toxum almaq üçün onun yanına getmiş, onun təklifi ilə 93 ədəd (45 ana qoyun, 38 quzu olmaqla) 30000 manata razılaşmışlar. O, həmin vaxt qoyun almaq fikrində olmamışdır. Lakin iddiaçı təkidi əsasında heyvanların hamısının sağlam olmağına inanmış və daha sonra hesablaşmaq şərti ilə cavabdeh qoyunları ona Ağsu rayonunda təhvil vermişdir. Lakin heyvanları təhvil aldıqdan 10-12 gün sonra onlar tələf olmağa başlamışdır. Heyvanların tələf olması zamanı o, Ağsu rayon Baytarlıq idarəsinə zəng etmiş, heyvanların tələfi baytar tərəfindən qeydə alınmış, həmçinin AQTA-nin Baytarlıq laboratoriyasında qeydə alınmışdır. Beləliklə, heyvanların xəstə olduğu məlum olmuşdur. Bir neçə ay ərzində 79 ədəd heyvan xəstəlikdən həlak olmuş, heyvanların alınması zamanı satıcı ona heç bir sənəd verməmişdir. Artıq heyvanların yarısı tələf olsa da, o, 10000 manat avqustda, 10000 manat sentyabrda ödəmişdir. Bunun səbəbi onun təkidi və ümumi tanışıları Rauf İbrahimova zəng etməsi olmuşdur. Beləliklə, təhvil verilən heyvanlardan 79 ədədi tələf olmuş, nəticədə ona 24000 manat dəyərində xəstə heyvan verilmişdir. Hazırda onda 4200 manat dəyərində heyvanı qalmışdır. Özünün cavabdehə verdiyi 20000 manat nəzərə alınaraq cavabdehdən 15800 alınıb ona verilməsini xahiş edir. Bundan başqa həmin şəxsdən qoyundan əvvəl və sonra aldığı toxumlar-yem otu yararsız çıxmış bitməmişdir. Tələt həmin toxumun (reyqras) 40 gün ərzində 1-1,5 metr hündürlükdə yetişəcəyini bildirsə də, lazımı qaydalarla qulluq edilməsinə baxmayaraq toxumlar 40 gün ərzində cəmi 15 sm yetişmişdir. Belə ki, özü cavabdehin toxumun məhsuldarlığı barədə verdiyi vədlərə inanaraq yem tədarükü görməmiş, nəticədə heyvanların aclıq təhlükəsi olduğuna görə məcbur olub qış zamanı baha qiymətə yem almışdır. Nəticədə o, heyvanlar üçün qış tədarükü edə bilməmiş, qış zamanı 15-20 gündən bir 2000-3000 manatlıq ot heyvan yemi almalı olmuşdur. Beləliklə, cavabdeh tərəfindən ona 15800 manat heyvan olaraq ziyan dəymiş, 9000 manatlıq yararsız toxum verilməklə, cəmi 24800 manat zərər dəymişdir. İddiaçıdan fərqli olaraq onun bütün aqrar fəaliyyəti rəsmi qeydiyyatdan keçmişdir, qanunidir və Kənd Təsərrüfatı Nazirliyində qeydiyyata alınmışdır. Bundan başqa cavabdehin ona vurduğu ziyanın video sübutları vardır. Həmçinin aralarında olan yazışmalar mövcuddur.
II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi izahatında bildirdi ki, ilk iddia tələbini müdafiə edir, qarşılıqlı iddia tələbini qəbul etmir. Belə ki, o, cavabdehə 30000 manat dəyərində qoyunu mart ayında vermiş, cavabdeh həmin puldan 20000 manat ödəniş etmişdir. Əgər həqiqətən də qoyunlar satılan zaman xəstə olduğu halda və yay aylarında tələf olduğu halda Anar sentyabrda ödənişləri etməyinin səbəblərini izah edə bilmir. Anar ərizədə 2024-cü ilin yazında toxum almaq üçün onun yanına gəldiyini bildirsə də, həqiqətə uyğun məlumat deyil. Belə ki, o, toxumları Anara 2023-cü il tarixdə satmış, toxumlara qulluq qaydalarını izah etmişdir. Onun satdığı toxumlar keyfiyyətsiz toxum olduğu halda təkrar gəlib almazdı. Həmin toxumlar qırx gün ərzində bitir, suvarılma qaydasına düzgün əməl edilməlidir. Özü noyabr ayının 18-də otlaq sahəyə gedəndə ot biçilən zaman otun hündürlüyü 1.40 sm olmuş, videsonu çəkərək Anara atmış və suvarmaq lazım olduğunu bildirmişdir Həmin vaxt xatırladığı qədəri ilə cavabdeh xarici ölkə ərazisində olmuşdur. Qoyunlar xəstə olduğu üçün tələf olunduğu halda qalan borcu Anardan tələb edərkən heç vaxt xəstə qoyun satılıb iddiası ilə pulu verməkdən imtina etməmiş, hər dəfə fərqli bəhanələrlə onu aldatmışdır. Məhkəməyə təqdim edilən baytarlıq tərəfindən verilmiş nümunədə qoyundan götürülmüş nümunədən aşkar edilən virusa yoluxan qoyun 2-3 gün müddətində tələf olmalıdır. Mart ayında satılan qoyunda həmin virus olduğu halda yay aylarında tələf ola bilməz, qoyun balalaya bilməz. Özü mal qaranın alqı-satqısı ilə məşğuldur. Bu barədə cəmiyyəti və ya təşkilatı yoxdur. O, Anara 93 baş xırda buynuzlu heyvan satmış, həmin vaxt qoyun və quzunun saylarını dəqiq saymamışdır. Lakin satılan heyvanın ən yaşlısı 5 yaşında olmuşdur, satdığı qoyunlar 10-12 il müddətində yaşayır. Anar onunla əlaqə saxlayıb heyvanların tələf olduğunu bildirdi. Daha sonra cavabdehlə əlaqə saxlamış və ona heyvanların müayinə etdirdiyini və pasterelioz xəstəliyinin müəyyən olunduğunu bildirilmişdir. Satılan heyvanların peyvəndləməsi onun təşəbbüsü ilə həyata keçirilir. Bu səbəbdən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2 ilk iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinə etiraz etdi və bildirdi ki, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallar yalandır. Belə ki, qoyunlar tələf olunan zaman Cavabdeh qonşuluqda yaşayan şəxslərin həmin qoyunları zəhərlədiyi şübhəsi ilə polis orqanlarına müraciət etmiş, tələf olunan qoyunlardan nümunələr həmin şikayətin araşdırılması məqsədi ilə götürülmüş və yalnız bir virusun olması aşkar edilmişdir. Həmin aşkar edilmiş virusun heyvanların alınması zamanı yoluxması ilə bağlı hər hansı bir sübut yoxdur. Bundan başqa qarşılıqlı iddiaçı öz şikayət ərizəsində qeyd edir ki, fermanın ərazisində yaşayan şəxslərin şikayətləri əsasında heyvanların saxlanması üçün yer tikə bilməmişdir. Məhkəmədən ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1 verdiyi izahatında bildirdi ki, ilk iddia tələbini cavabdeh belə qəbul etmir ki, bəli tərəflər arasında alqı-satqı olmuşdur. Lakin arada heç bir müqavilə olmamışdır. Cavabdeh iddiaçıya 20000 manat pul ödəmiş, 10000 manat isə ödənilməmiş qalmışdır. Ümumi olaraq bildirmək istəyir ki, sağ qalan heyvanların pulunu ödəmişdir. Ölən heyvanların pulu isə qalmışdır. Bundan əlavə qarşı tərəf hüquqularını müdafiə etdiyi şəxsə yararsız toxumlarda satmışdır. Həmin toxumlarda əkilmiş və otlaq qeyd edilən ölçüdə əmələ gəlməmiş, nəticədə heyvanların yemlənməsi üçün əlavə xərclər çəkilmişdir. əmələ gəlmişdir. Cavabdeh heyvanları və toxumları gəlir əldə etmək məqsədilə alsa da, ziyan etmişdir. Əgər heyvanlar alındıqdan bir neçə ay sonra tələf olsa idi, İddiaçı iddiasında əsaslı ola bilərdi. Lakin burda qısa zamanda qoyun-quzu xəstəlikdən tələf olmuşdur. Burdan da başa düşülür ki, heyvanlar satılmamışdan əvvəl xəstə olmuşdur. İddiaçı 30 illik təcrübəyə malik olduğunu bildirsə də, heyvanların peyvəndlənməsi ilə bağlı hər hansı sənəd və ya məlumat təqdim etməmişdir. Hesab edirik ki, bunlar əvvəlcədən düşünülmüş addım olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, tərəflərin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tanış olduğu müayinə nəticəsində qoyunda aşkar edilmiş pasterelioz virusuna yoluxmuş heyvan 2-3 gün müddətində tələf olmalıdır, həmin müddətdən artıq yaşaması mümkün deyil. Qeyd edilən virus heyvanlarda soyuq şəraitdə saxlanması nəticəsində əmələ gəlir və qidalanma ilə əlaqədar yarana bilən virus deyil. Bundan başqa fermer təsərrüfatı ilə məşğul olan şəxslər ərazi üzrə qurumlara yaxınlaşır və onların qeydiyyatı aparılır. Rayon ərazisində bütün iri və xırda buynuzlu heyvanların peyvəndləməsi vətəndaşın müraciəti əsasında rayonda fəaliyyət göstərən baytarlar tərəfindən həyata keçirilir. Agentliyin rayonda hər bir evdə hansı heyvanların saxlanıldığı, peyvəndləməni həyata keçirilibkeçirilməməsini yoxlamaq imkanı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirdi ki, o, Tələt bəyi tanımır. Lakin Cavabdeh taynıyır və onun fermasında 1 il müddətdir ki, heyvanların saxlanılmasına baxır. 2024-cü ilin iyun ayının 15-dən həmin fermada işləyir. Təqribi iyul ayından başlayaraq heyvanların bir-bir tələf olmasını görmüş, video qeydiyyat aparmaqla Cavabdeh məlumat vermişdir. Fermada özündən başqa bir nəfər də işləyir. Qoyunlar fermaya alındıqdan sonra gətirilən zaman fermada işləməmişdir. Bir neçə qoyun otlaq sahədə tələf olmuşdur. Özü tərəfindən qoyunlara tələb olunan vaxtda peyvənd etdirilmiş, qurd dərmanı verilmişdir. Peyvənd vurulan zaman hər hansı sənədin verilməsini görməmişdir. Otlaq sahədə ot üçün toxumların əkildiyi yerdə su çıxmırdı. Təqribən iki gündən bir 2-3 dənə qoyun tələf olmuşdur. Ümumilikdə hardasa 40-a yaxın qoyun tələf olmuşdur. Bildiyinə görə Cavabdeh fermasında olan bütün qoyunları bir nəfərdən almışdır. Hazırda fermada 120-130 qoyun var. Ondan əvvəl başqa kimlərdən qoyun aldığını bilmir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Ağsu Rayon Polis Şöbəsində verdiyi izahatında Cavabdeh bildirmişdir ki, 2024-cü ilin mart ayında İddiaçı 93 baş xırda buynuzlu heyvanı 30000 manata almış, 20000 manatını onun kart hesabına göndərmişdir. Bir müddət keçdikdən sonra heyvanların xəstə olduğu və tələf olduğu üçün ona olan 10000 manat pulu verməyəcəyini, həmin heyvanların çox hissəsinin tələf olduğu üçün verdiyi 20000 manat pulun bir qismini ona qaytarmasını bildirmişdir. Hal-hazırda ona heç bir borcu yoxdur. - Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, özünə məxsus Ağsu rayonu Qasımbəyli kənd ərazisində yerləşən həyətyani torpaq sahəsində 2 ilə yaxın müddətdirki xırdabuynuzlu(qoyun) heyvanlar və ev quşları saxlayır. Fermada özü yaşamasa da, fermada heyvanlara nəzarət etmək üçün çoban işə götürmüşdür. Çoban heyvanları hər gün kəndin örüş sahəsində otarır, axşamlar isə heyvanları gətirərək, torpaq sahəsində tikdiyi tiklilərə yerləşdirir. Təxminən 3 ay əvvəldən çobanla əlaqə saxlayan zaman çoban ona heyvanlarının tələf olduğunu bildirmişdir. Həmin vaxtlar iki gündən bir, üç gündən bir heyvanlardan iki başı, üç başı tələf olmağa başlamışdır. İlk vaxtlar heyvanların tələf olmalarına fikir verməsə də, sonradan onun barəsində hüquqmühafizə orqanlarına şikayət etdirən Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşı olan X2 öyrəndikdən sonra heyvanlarının qəsdən zəhərlənmələrini anlamışdır. Təxminən 15 gün əvvəl iki baş xırdabuynuzlu heyvanları tələf olmuşdur. Heyvanlarının tələf olmalarında zəhərlənmə əlamətlərinin şahidi olduğundan, bu barədə ilkin olaraq Ağsu rayon Baytarlıq İdarəsinə məlumat vermiş, baytarlıq İdarəsindən nümayəndə gəlmiş, heyvanlardan nümünə götürmüşlər, bu barədə sənədləşmə aparmışlar. Həmin günün səhəri Baytarlıq İdarəsinə gəlmiş, götürülmüş nümünəni alaraq, Bakı şəhərində yerləşən X3 laboratoriyasına təqdim etmişdir. Laboratoriyada nümünələrə baxılan zaman ona heyvanlarla bağlı 500 zəhərlənmə nümünəsi olduğunu, həmin zəhərlənmələrin yalnız üçünə aid laboratoriyada araşdırma apara bildiklərini, onun verdiyi heyvanlarının nümünələrində zəhərlənmə aşkar etmədiklərini bildirmişlər. Lakin, o, razılaşmamış, heyvanlarının Babək Hacaliyevin göstərişi əsasında kənd sakinləri tərəfindən zəhərlənmələrindən əmin olduğundan, bu barədə prokurorluq orqanlarına şikayət etmişdir, Əlavə suallara cavab olaraq bildirmişdir ki, 50 baş heyvanları kənd sakinləri tərəfindən Babəkin göstərişi əsasında zəhərlənmişdir. -Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ- 22011389/LAB04-24202-T-202 nömrəli sınaq nəticələrindən görünür ki, təqdim edilmiş nümünələrdə metolachlor, diazinon, pasterelyoz xəstəliyinin törədicisi, qan-parazitar xəstəliyinin törədicisi, tefluthurin aşkar edilməmiş, streptococcus pneumonaie, C1 perfringens aşkar edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Maddə 609.3.3 Qida məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. Maddə 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Maddə 611. Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Maddə 613.1. Alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk və qarşılıqlı iddianın dəlillərini və iş materiallarını araşdıraraq, tərəflərin izahatını və şahid ifadəsini dinləyib hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, ilk iddia tələbi üzrə işin mübahisəsiz halı tərəflər arasında 2024-cü iilin mart ayında 93 baş xırdabuynuzlu heyvanın 30000 manat qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş, alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı müxtəlif vaxtlarda 10.000 olmaqla ümumilikdə 2 dəfəyə 20000 manat ödəniş edilmişdir. Tərəflər arasında 93 baş xırda buynuzlu heyvanın alqı-satqısı ilə bağlı sövdələşmə yazılı qaydada həyata keçirilməmiş, şifahi bağlanmışdır. İstər ilk iddia, istərsə də qarşılqılı iddia tələbi ilə tərəflərin alınan xırda buynuzlu heyvanlar üçün qalan məbləğ 10000 manat qiymətləndirildiyindən və həmin məbləğə dair mübahisə olmadığından məhkəmə hesab edir ki, belə olan halda Cavabdeh İddiaçı hesabına 10.000 manat məbləğində əsassız varlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında işin mübahisəli halı Cavabdeh aldığı heyvanların və toxumların keyfiyyətsiz olmaqla tələf olması nəticəsində sonuncuya maddi zərərin vurulması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı mart ayında alınmış 93 baş xırda buynuzlu heyvanların iyul ayında tələf olmağa başlamasının qoyunların İddiaçı alınan zaman xəstə olması ilə əsaslandırmağa çalışsa da, bununla bağlı lazimi sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sübut kimi təqdim edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının xx.xx.2024-cü il tarixli AZ-22011389/LAB04-24202-T-202 nömrəli sınaq nəticələrində təqdim edilmiş nümünələrdə metolachlor, diazinon, pasterelyoz xəstəliyinin törədicisi, qan-parazitar xəstəliyinin törədicisi, tefluthurin aşkar edilməməsi, streptococcus pneumonaie, C1 perfringens aşkar edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən ixtisasca baytar olan agentliyin nümayəndəsi nümunə götürülmüş heyvanda aşkar edilmiş virusun heyvanların saxlanma şəraitinin yararsız olması nəticəsində əmələ gəldiyini təsdiq etmişdir. Nəticədə ilk iddia tələbi üzrə iddiaçının tərəflər arasında olan sövdələşmə nəticəsində verilmiş mal-qaranın dəyərinin ödənilməmiş qalan 10000 manat olması, həmin məbləğin digər tərəfin mübahisələndirməməsi ilk iddia tələbinin təsdiq etməklə, ilk iddianın rəddinə yönəlmiş qarşılıqlı iddia tələbinin əsassızlığına səbəb olmuşdur. Bu səbəbdən ilk iddia iddiaçının hazırda cavabdehdən 10000 manat məbləğində pul tələb etməsi hüququ yaranmışdır. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İşin məhkəmə araşdırılması ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın əsasını təşkil edəcək sübutlar təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə qarşılıqlı iddia tələbinin əsaslılığını təsdiq etməmişdir. Belə halların mövcudluğu iş üzrə alınmış şahidin izahatı ilə də müəyyən edilmir. Belə ki, şahid məhkəmə iclasında mart ayında alınmış heyvanların iyul ayından tələf olmağa başladığını bildirmişdir. Bundan başqa təqdim edilmiş müayinə nəticəsində heyvanda aşkar edilmiş virusun saxlanma şəraiti ilə əlaqəli yarandığı öz təsdiqini tapmışdır. Həmçinin mart ayında heyvanlar alınmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində heyvanların xəstə olması, qısa müddət ərzində tələf olması barədə Cavabdeh tərəfindən İddiaçı hər hansı bir bildiriş, müraciət iddia olmamış, əksinə Cavabdeh heyvanların üçüncü şəxs tərəfindən zəhərlənməsi şübhəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməklə ilk iddia üzrə Cavabdeh 10000 (on min) manat pul və 120 manat dövlət rüsumu alınaraq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia tələbi təmin edilsin. İlk iddia üzrə Cavabdeh 10000 (on min) manat pul alınaraq ilk iddia üzrə İddiaçı ödənilsin. 120 (yüz iyirmi) manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia qaldırmaq üçün ödənilmiş 193 (yüz doxsan üç) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva