Məhkəmə qərarları › İş №2(001)-292/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-292/2022

11.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-292/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət əsasında ona və cavabdehlərə məxsusdur. Həmin çıxarışda fərdi yaşayış evinin hansı hissələrinin ona və cavabdehlərə məxsus olduğu dəqiq formada qeyd olunmuşdur. Sözügedən fərdi yaşayış evinin onun və cavabdehlər arasında naturada bölünməsi ilə bağlı o, Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış 20.04.2021-ci il tarixli cavab məktubunda müraciəti müsbət cavablandırılmamış və bildirilmişdir ki, “bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir. Yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır.” Fərdi yaşayış evi paylı mülkiyyət olduğundan ona məxsus payın üzərində mülkiyyət və istifadə hüquqlarından istifadə zamanı cavabdehlərlə aralarında mütəmadi olaraq gərginlik yaranır. Cavabdehlər fərdi yaşayış evinin ona məxsus hissəsində istifadəsinə maneçilik törədir və nəticədə onu mülkiyyət və istifadə hüququndan məhrum edirlər. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İ mərtəbədən 9 saylı y/o (15.5 kv.m.), 7 və 8 saylı k/s (7.35 kv.m.; 3.36 kv.m.), y/zirzəmidən 9 saylı təsərrüfat otağı (15.5 kv.m.), 7 və 8 saylı k/s (6.0 kv.m.; 2.4 kv.m.) Cavabdeh3, 1-ci mərtəbədən 6 saylı otaq (15.5 kv.m.), 4 və 5 saylı y/sahələr (7.35 kv.m., 3.36 kv.m.), zirzəmidən 6 saylı təs./otağı (15.5 kv.m) 4 və 5 saylı y/sahələr (6.0 kv.m. və 2.4 kv.m.) Cavabdeh1, 1-ci mərtəbədən 3 saylı y/ot. (16,5 kv.m.), 2 və 1 saylı k/s (7.98 kv.m., 3.36 kv.m.) y/zirzəmidən 3 saylı təsərrüfat otağı (15.5 kv.m.), 1 və 2 saylı k/s (6.0 kv.m.; 2.4 kv.m.) Cavabdeh2, “A” tikilisinin 1-ci mərtəbəsində y/s-15.5 kv.m 15 №li y/otağı, k/s-7.35 kv.m 13 № li, 3.36 kv.m 14 №li sahələri və zirzəmidə olan 15.5 kv.m 15 №li təs/otağı, k/s-6.0 kv.m 13 №li, 2.4 kv.m 14 №li sahələr X1, İ mərtəbədən 19 və 20 saylı y/o (16,5 kv.m. və 16.7 kv.m.), 17; 18 və 16 saylı k/s (3.36 kv.m.; 2.28 kv.m. və 4.81 kv.m.), y/zirzəmidən 19 və 18 saylı təsərrüfat otaqları (14.8 kv.m.; 15.5 kv.m.), 16 və 17 saylı k/s (6.0 kv.m.; 2.4 kv.m.) Cavabdeh4 və A tikilisinin 1-ci mərtəbəsində y/s (15.5 kv.m) 12 saylı yaşayış otağı, 10 saylı k/s (7.35 kv.m.), 11 saylı k/s (3.36 kv.m) və zirzəmidə olan 12 saylı (15.5 kv.m) təsərrüfat otağı, 10 saylı k/s (6.0 kv.m), 11 saylı (2.4 kv.m) k/s Cavabdeh5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli **********03 №-li məktubundan görünür ki, bölgüsü nəzərdə tutulan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi bir dam altında yerləşir. Yaşayış evi konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikintitexniki ekspertizasının 28 yanvar 2022-ci il tarixli 10/3856 №-li rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızının payına düşən “A” tikilisinin 1-ci mərtəbəsində y/s- 15.5 kv.m 15 №-li y/otağı, k/s- 7.35 kv.m 13 №-li, 3.36 kv.m 14 №-li sahələri və zirzəmidə olan 15.5 kv.m 15 №-li təs/otağı, k/s-6.0 kv.m 13 №-li, 2.4 kv.m 14 №-li sahələrin əmlakın digər hissələrindən ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2,2.4 və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Qeyd olunur ki, tədqiq olunan tikililər (mənzil) yaşayış binasının digər tikililərindən təcrid vəziyyətdə yerləşdiyindən və ayrıca giriş-çıxış qapısına malik olduğundan, həmin tikililərin olduğu vəziyyətdə saxlanılması və hər hansı işlərin görülməsi zəruri deyildir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Eyni Məcəllənin 220.3-cü maddəsinin tələbinə görə isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən “A” tikilisinin 1-ci mərtəbəsində y/s- 15.5 kv.m 15 №-li y/otağı, k/s- 7.35 kv.m 13 №-li, 3.36 kv.m 14 №-li sahələri və zirzəmidə olan 15.5 kv.m 15 №-li təs/otağı, k/s-6.0 kv.m 13 №-li, 2.4 kv.m 14 №-li sahələri əmlakın digər hissələrindən naturada ayrılmalıdır. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Kərimova (Abdullayeva) Sədaqət Heydər qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən “A” tikilisinin 1-ci mərtəbəsində y/s-15.5 kv.m 15 №-li y/otağı, k/s-7.35 kv.m 13 №-li, 3.36 kv.m 14 №-li sahələri və zirzəmidə olan 15.5 kv.m 15 №-li təs/otağı, k/s-6.0 kv.m 13 №-li, 2.4 kv.m 14 №-li sahələri əmlakın digər hissələrindən naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar