Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-292/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı binanın qarşısında saxladığı, onun şəxsi mülkiyyətində olan “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4 ədəd təkərlərinin hava vurulan yerinin qapaqları, 2 ədəd yan güzgülərin üzərində olan yarasa modelli plastmasları və avtomobilin 2 ədəd loqoları oğurlanmış, nəticədə ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, gecələr avtomobili evin qarşısında məhəllədə saxlayırlar. 21 mart 2024-cü il tarixdə həmin avtomobili həmişə saxladıqları yerdə, yaşadığı evin qarşısında məhəllədə saxlamışlar. Həmin günü axşam saat 21 radələrində görmüşlər ki, avtomobildə oğurluq baş vermişdir. xx.xx.2024-cü il tarixdə o, bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmiş, araşdırma aparılmış və araşdırma zamanı ona məlum olmuşdur ki, yaxınlıqda yaşayan Cavabdeh və kürəkəni X2 azyaşlı uşaqları qeyd edilən əşyaları oğurlamışlar. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 21 mart 2024-cü il tarixdə 2014-cü il təvəllüdlü oğlu Fuad Mahmudov, kürəkəni Murad Məmmədovun qızları 2014-cü il təvəllüdlü Lalə Məmmədova və 2017-ci il təvəllüdlü Aylin Məmmədova ilə birlikdə gecə bayram tonqalına baxmaq üçün həyətə düşərək məhəllədə gəzmişlər və qonşu Zivər Xankişiyevanın “BMW” markalı avtomobilinin təkərlərinin hava vurulan yerinin qapaqlarını açmışlar. Həmçinin izahatı alınmış X4 izahatında göstərmişdir ki, 21 mart 2024-cü il tarixdə onun uşaqları 2014-cü il təvəllüdlü Lalə Məmmədova ilə 2017-ci il təvəllüdlü Aylin Məmmədova, qaynı Cavabdeh 2014-cü il təvəllüdlü oğlu Fuad ilə birlikdə gecə bayram tonqalına baxmaq üçün həyətə düşərək məhəllədə gəzmişlər və qonşu Zivər Xankişiyevanın “BMW” markalı avtomobilin təkərlərinin hava vurulan yerinin qapaqlarını açmışlar. Bu hal dəfələrlə baş vermişdir və əvvəllər də maddi ziyana məruz qalmışlar. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən 01 aprel 2024-cü il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir. Həmin vaxt cavabdeh ona vurulmuş maddi ziyanı ödəyəcəklərini bildirsə də, buna əməl etməmiş, maddi ziyanın ödənilməsindən yayınmışdır. O, hesab edir ki, ona vurulmuş 500 (beş yüz) manat məbləğində maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalması şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. O, cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 300 (üç yüz) manat məbləğində dəyərləndirmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona vurulmuş 500 (beş yüz) manat məbləğində maddi ziyanın, 300 (üç yüz) manat məbləğində mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, ekspert rəyində göstərilən dəymiş maddi zərər məbləği ilə razı olduğunu, iddia tələbini mənəvi zərər hissəsində qəbul etmədiyini və dəymiş zərəri hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun üç azyaşlı uşağı var. 21 mart 2024-cü il tarixdə 2014-cü il təvəllüdlü Fuad Mahmudov, kürəkəni Murad Məmmədovun qızları 2014-cü il təvəllüdlü Lalə Məmmədova və 2017-ci il təvəllüdlü Aylin Məmmədova ilə birlikdə gecə bayram tonqalına baxmaq üçün həyətə düşərək məhəllədə gəzmişlər və qonşu Zivər Xankişiyevanın “BMW” markalı avtomobilinin təkərlərinin hava vurulan yerinin qapaqlarını açmışlar. Buna görə də Zivər Xankişiyeva şikayət etmişdir. Uşaqların həmin əşyaları götürməkdə tamah niyyəti olmamış, həmin qapaqları da heç evə də gətirməmişlər. Həmin qapaqları oynamaq üçün avtomobilin üstündən açmışlar. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsindən görünür ki, iddia ərizəsində göstərilənlər tamamilə yalandır və həqiqətdən uzaqdır, cəfəngiyyat və mənasız söz yığnağından başqa bir şey deyildir. Aşağıda göstərilənlərə görə o, hesab edir ki, məhkəmə iddianın təmin olunmaması barədə qətnamə qəbul etməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, xx.xx.2024-cü il tarixində onun və onun azyaşlı bacısı uşaqları cavabdehi mülkiyyətində olan “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinin hava vurulan yerinin qapaqlarını, 2 ədəd yan güzgülərin üzərində olan yarasa modelli plastmaslarını və avtomobilin 2 ədəd loqolarını oğurlamış, nəticədə ona 500 manat maddi ziyan dəymişdir. Bundan başqa onların təqsiri üzündən çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmış, bu da onun şüuruna mənfi psixoloji təsir etmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri hallar tamamilə yalandır. İddiaçı verdiyi iddia ərizəsində göstərmişdir ki, məhəllədə müxtəlif zamanlarda belə hallar dəfələrlə baş vermişdir. Nə zamansa kimlər tərəfindən iddiaçının mülkiyyyətinə ziyan vurulubsa onun ona və onun azyaşlı övladına aidiyyəti yoxdur. Niyə başqasının vurduğu ziyan onun tərəfindən ödəniməlidir. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, stress və əsəb gərginliyi onun şüuruna mənfi psixoloji təsir etmişdir. İddiaçının iddia etdiyi kimi şüurunda baş vermiş mənfi psixoloji dəyişiklik nəticəsində iddiaçı bir çox şeyləri səhv də sala bilər. Lakin iddiaçı səhhətində yaranmış dəyişikliklə bağlı məhkəməyə hər hansı bir həkim rəyi təqdim etməmişdir. Bununla bağlı o və bacısının həyat yoldaşı X4 4-cü PB-nə dəvət olunmuşlar. Hər ikisi ilkin izahatlarında bildirmişlər ki, azyaşlılarla söhbət zamanı hər üç azyaşlı bildirmişlər ki, onlar cəmi dəyəri 2 manat olan təkərlərin hava vurulan yerinin qapaqlarını çıxarmışlar. Digər əşyaların oğurlanmasından onların xəbəri yoxdur. Bununla bağlı onlar təhqiqatçıdan kamera görüntüləri tələb etsələr də, onlara hər hansı bir görüntü təqdim olunmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya onlar dəymiş ziyanı ödəməyə söz vermişlər. Onlar dəyəri 2 manat olan təkərlərin hava vurulan yerinin qapaqlarının alaraq qaytaracaqlarına söz vermişlər. Təhqiqat işinin yenidən araşdırılması üçün o, qərarda göstərilən digər hallarla bağlı Binəqədi rayon prokurorluğuna şikayət etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh etiraz ərizəsində İddiaçı ona qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən tərtib edilmiş 22 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 3, mənzil 38-də yaşayan X1 yaşadığı evin qarşısında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin binanın qarşısında olan “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və Zivər Xankişiyeva bildirmişdir ki, həmin avtomobil ona məxsusdur, avtomobili həmişə gecələr də evin qarşısında məhəllədə saxlayır. 21 mart 2024-cü il tarixdə həmin avtomobili həmişə saxladığı yerdə yaşadığı evin qarşısında məhəllədə saxlamışdır. Həmin günü axşam saat 21 radələrində görmüşdür ki, avtomobilin hər iki yan güzgülərinin üstündə olan yarasa modelli plastmaslar, avtomobilin qanadlarının üzərində olan iki ədəd loqolar, avtomobilin 4 ədəd təkərlərinin hava vurulan yerinin qapaqları oğurlanmışdır. Cəmi avtomobilnin üzərindən oğurlanan aksessuarlarının dəyəri 500 manat təşkil edir. Ona görə də, 22 mart 2024-cü il tarixdə DİN-in 102 xidmətinə bununla bağlı məlumat vermişdir. Daha sonra onlara məlum olmuşdur ki, yaxınlıqda yaşayan Cavabdeh və Murat Məmmədovun azyaşlı uşaqları qeyd edilən əşyaları oğurlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8784 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında qeyd olunan 2008-ci il buraxılışlı “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 270 (iki yüz yetmiş) manat müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X6” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçisi) İddiaçıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh övladı tərəfindən İddiaçı məxsus “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilmişdir. Həmin zərərin cavabdeh tərəfindən vurulması iş materiallarında olan müvafiq qərarla və Cavabdeh tərəfindən verilmiş izahatla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8784 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, 2011-ci il buraxılışlı, “BMW X6” markalı, **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 270 (iki yüz yetmiş) manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “BMW X6” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8784 nömrəli ekspert rəyində müəyyən edilmiş 270 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulması təsdiq edildiyindən, onun mənəvi zərərə də məruz qalması ağlabatandır. Məhkəmə belə qənaətə gəlir ki, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 270 manat və mənəvi zərərə görə 50 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 40%, yəni 12 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-292/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-292/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver