Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2940/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi barədə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tamah niyyəti ilə 2022-ci ilin iyul ayında tanışı X6 və X4 ilə qabaqcadan əlbir olaraq 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X1 etibarından sui-istifadə edərək pulunu ələ keçirmək barədə razılığa gəlmişlər. Belə ki, Şakir Hüseynovu barəsində olan cinayət işinə yenidən Ali Məhkəmədə baxılaraq təyin edilmiş cəzanın 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verərək aldatmış, X2 Hüseynovdan qohumu vasitəsilə 2500 ABŞ dolları pul almışdır. Daha sonra saxta yolla Ali Məhkəmənin adından məhkəmə bildirişi hazırlayaraq, guya xx.xx.2022-ci il tarixdə məhkəmə iclası keçiriləcəyi barədə bildirişi cəzaçəkmə müəssisəsində Şakir Hüseynova göstərərək 19.800 ABŞ dolları almışlar. Həmin puldan 10.000 ABŞ dolları və 6500 manat Zaur Zahidova verib, qalan 10.180 manat pulu Şöhrət Alıyevlə arasında bölüşdürülmüşdür. Eləcə də Şakir Hüseynovun qeyri-rəsmi nikah münasibətlərində olduğu İddiaçı müəyyən vaxtlarda 445 manat, 700 manat, 600 manat və 555 manat olmaqla cəmi 2300 manat almaqla dələduzluq etmişdir. Bu səbəbdən də iddiaçı ondan alınan pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onu aldadaraq guya həbsdə olan həyat yoldaşına kömək etmək məqsədilə pul alıb və pulu qaytarmır. Bu səbəbdən də məhkəmə qaydasında pulun tutulmasını xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun heç kimə borcu yoxdur. Düzdür iddiaçıdan alınmasa da onun həyat yoldaşından pul alıb, lakin məhkəmə hökmünə əsasən həmin pulu qaytarıb. Hazırda onun heç bir borcu yoxdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil izahat verərək iddia tələbini qəbul etmədiyini, iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququnun olmadığını bildirdi. Həmçinin qeyd etdi ki, istintaq zamanı iddiaçı zərərçəkmiş şəxs kimi tanınsa da sonradan həmin qərar ləğv olunmuş və zərərçəkmiş şəxs kimi Şakir adlı şəxs tanınmışdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə hökmünün mövcuddur və həmin hömkdə kimin kimə borclu olduğu qeyd olunmuşdur. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxs öz üzərinə düşən borcu ödədiyindən iddiaçının həm subyektiv hüququ olmadığına görə, həm də iddiası əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir.
Mülki işin materialları:
6. Salyan Rayon Məhkəməsinin 1(057)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Tətbiq edilən hüquq:
Azəbaycan Respublikası Mülki Məcəlləsi
8. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
9. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
12. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
15. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
16. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
17. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, Salyan Rayon Məhkəməsinin 1(057)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, hazırkı iş üzrə İddiaçı Xətai RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərara əsasən zərərçəkmiş şəxs kimi tanınsa da, sonradan “zərərçəkmiş şəxs kimi iştiraka xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. Göründüyü kimi iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmadığından hazırkı predmet üzrə subyektiv hüququ yaranmamışdır.
18. Bundan başqa Salyan Rayon Məhkəməsinin 1(057)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, hazırkı iş üzrə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.1, 178.3.4-cü maddələri ilə ona görə təqsili bilinmişdir ki, zərərçəkmiş şəxs X3 məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Zaur Zahidov və Şöhrət Alıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Qeyd edilən hökmdən eləcə də görünür ki, Cavabdeh məhkəmədə ifadə verərkən bildirmişdir ki, İddiaçı ona verdiyi 2300 manat pulu cəzaçəkmə müəssisəsində nəzarətçilər vasitəsilə Şakir Hüseynova vermişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə İddiaçı bildirmişdir ki, Şakirin tapşırığına əsasən Cavabdeh pul vermişdir. Samirin həmin pulu Şakirə verməsini isə bilmir. Eləcə də bildirmişdir ki, Cavabdeh onun kartına 6800 manat pul göndərmişdir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 2300 manat almasını qeyd edərək həmin pulun alınaraq qaytarılmasını tələb edir. Bundan başqa cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilərkən Samirin onun kartına 6800 manat pul ödədiyini qeyd etmişdir. Belə olduqda cavabdehin iddiaçıya pul borclu olması iş materialları ilə təkzib olunur.
20. Məhkəmə eləcə də qeyd edir ki, hazırkı iş üzrə cavabdeh və digər şəxslər ona görə təqsirli biliniblər ki, onlar Şakir Hüseynova ümumilikdə 40.255 (İddiaçı verdiyi 2300 manat da daxil olmaqla) manat ziyan vurmuşlar. Həmin puldan hökm çıxana qədər Cavabdeh tərəfindən 15.395 manat Şakir Hüseynova ödənilmişdir.
21. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, cinayət işi üzrə Şakir Hüseynov zərərçəkmiş kimi tanınıb və ona mülki qaydada iddia qaldırmaq hüququ izah olunub. Ona görə də məhkəmə qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə izah edir ki, iddiaçı həmin puli Şakir Hüseynovdan tələb edə bilər.
Azərbaycan Respublikası MPM-nin:
22. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
26. 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ olmadığına görə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova