Məhkəmə qərarları › İş №2(001)-2941/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2941/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2941/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ağaməmməd qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Ağaməmməd qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55.000 (əlli beş min) manat məbləğində borcun cavabdehlər Cavabdeh1 Ağaməmməd qızından, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi 7 saylı evin, 2 saylı mənzilin, Mercedes D210D KA markalı ** BT *** qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 mülkiyyətində olan VAZ 21074 MİNİK markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və stışdan əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı həmin iddia tələbi ilə bağlı iddianı təmin etmə tədbirinin görülərək, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi 7 saylı evin, 2 saylı mənzilinin özgəninkiləşdirilməsinin, girov qoyulmasının və bütün digər əməliyyatların aparılmasının qadağan edilməsi, Cavabdeh2 xüsusi mülkiyyətində olan Mercedes D210D KA markalı ** BT *** qeydiyyat nişanlı avtomobilin, Cavabdeh3 mülkiyyətində olan VAZ 21074 MİNİK markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, onların saxlanılaraq cərimə meydançasına aparılması və onların özgəninkiləşdirilməsinə qadağa qoyulmasının AR BDYP-nə həvalə edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadına əsasən iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi 7 saylı evin, 2 saylı mənzilin və Mercedes D210D KA markalı, ** BT *** qeydiyyat nişanlı avtomobilin, Cavabdeh3 mülkiyyətində olan VAZ 21074 MİNİK markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, həmin əmlakları istənilən formada özgəninkiləşdirmək (bağışlamaq, ipoteka qoymaq və s.) cavadbehlər Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağa edilmişdir. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, iddianı təmin etmə tədbiri isə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 15-ci bəndinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162.1, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Ağaməmməd qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)- 2941/2020 saylı qərardadı əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 7, 2 saylı mənzilin, Mercedes D210D KA markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh3 məxsus VAZ 21074 minik markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs, həmin əmlakların istənilən formada özgəninkiləşdirməsinin (bağışlamaq, ipoteka qoymaq və sairə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Binəqədi rayon icra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar