Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2945/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kommunal xərcləri yığmaq və komendatlıq fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kommunal xərcləri yığmaq və komendatlıq fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərindən kommunal xərcləri yığmaq və həmin binanın komendantlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə isə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq mübahisənin məhkəmədən kənar həll olunduğunu bildirərək, iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı kommunal xərcləri yığmaq və komendatlıq fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2945/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2945/2021
27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver