Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2946/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) avtomobilin Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona verilməsi, həmçinin dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) avtomobili sürmək üçün etibarnamə ilə Cavabdeh oğluna vermişdir. Sonradan o, Cavabdeh avtomobilini geri qaytarmasını dəfələrlə xahiş etmiş, Cavabdeh isə bu xahişlərinə əhəmiyyət verməmişdir. Belə olduqda o, Cavabdeh verdiyi sürmə etibarnaməsinə xitam versə də, avtomobili hələ də Cavabdeh qanunsuz sahibliyində qalmış və o, avtomobilini geri qaytarmaqdan boyun qaçırır.Çoxsaylı tələblərinə baxmayaraq avtomobili geri qaytarılmamış və o, pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) nəqliyyat vasitəsindən istifadə hüququnu xx.xx.2024-cü il tarixə qədər Cavabdeh oğluna etibar etmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli 2-79260/2023 №-li məktuba “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqaviləsi, əlavə olaraq digər sənədlərin surətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı əlavə edilərək, məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə BA230781 №-li şəhadətnamə verilmişdir. Həmin məktuba əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobili 26.000 ABŞ dollarına alıcı İddiaçı satmışdır. Həmin Müqaviləni satıcının adından etibarnamə əsasında X4 imzalamışdır. Həmin məktuba əlavə edilmiş 18 noyabr 2022-ci il tarixdə verilmiş ƏN-Vİİ seriyalı 604579 №-li Etibarnamədən görünür ki, mülkiyyətçi X3 “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini X2 etibar etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Bağırov X1 Sabir Səbuhi oğlu ilə aralarında bağlanmış 18 noyabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış, həmin avtomobil alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmiş və bununla əlaqədar sonucuya xx.xx.2022-ci il tarixdə BA230781 №-li şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında mülkiyyətində olan “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququnu xx.xx.2024-cü il tarixə qədər Cavabdeh oğluna etibar etmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Hal-hazırda iddiaçı mülkiyyətində olan “Lexus GS250” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan 2013-cü il buraxılışlı **- OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) nəqliyyat vasitəsindən istifadə hüququnu etibarnamə əsasında xx.xx.2024-cü il tarixə qədər Cavabdeh oğluna etibar edərək, onun qanuni sahibliyinə vermiş olsa da, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Belə olan halda hal hazırda mübahisəli nəqiyyat vasitəsi heç bir hüquqi və qanuni əsas olmadan cavabdehin sahibliyindədir. İddiaçı da haqlı olaraq, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) avtomobil Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılışlı **-OO-*** dövlət qeydiyyat nişanlı “LEXUS GS250 minik” markalı (Ban nömrəsi: JTHBF1BL705008456, boz parıltısız rəngli) avtomobil Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılsın. İddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh oğlundan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2946/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2946/2023
31.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver