Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-297/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən məcburi çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “torpaq sahəsindən məcburi çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəmirçi Şirkətinin faktiki istifadəsində olan 0,88799 ha torpaq sahəsininin - 0,0782 ha hissəsindən Cavabdeh1 və 0,0188 ha hissəsindən isə cavabdeh "xxxx" müstəqil müəsissəsi qeyd olunan zəbt etdikləri ölçülərdə torpaq sahəsindən məcburi çıxarılmaları, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hasarların cavabdehlərin öz hesabına sükülməklə torpaq boş vəziyyətdə Şirkətin faktiki istifadəsinə geri qaytarılması, cavabdehlərin Şirkətin torpağına müdaxilələrinə son qoyulması, eləcə də Şirkətin faktiki istifadəsində olan torpağın zəbt olunmuş ölçülərdə cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarış, torpağın planölçü və texniki-pasportlarında etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m ümümi, 2630,6 kv.m əsas, 1,6 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə xususi mülkiyyətindədir. Əmlak kompleksinin tikinti altı - 0.2943 ha, istifadəsində isə 0.59363 ha torpaq olmaqla ümümilikdə Şirkətin faktiki istifadəsində 0.88799 ha torpaq sahəsi vardır. Bu barədə texniki pasportda torpaq sahəsi haqqında məlumatda da qeyd olunmuşdur. Uzun illərdir ki, Şirkət fəaliyyətsiz olduğundan və Şirkətin qonşuları ilə torpaq sahələri hasarlanmadığından məhz qanunla müəyyən edilmiş qaydada Şirkətin qonşuları ilə arasında hasar çəkmək üçün sərhəd pozuntusuna yol verməmək üçün təxminən 3 ay bundan öncə hu barədə mütəxəssisə müraciət etmişlər. Mütəxəssis isə araşdırma apararaq Şirkətin faktiki texniki pssportda qeyd olunmuş torpaq sahələrinin zəbt olunduğunu qeyd etmişdir. Belə ki, cavabdehlərdən X10 oglu tərəfindən 0,0230 ha hissəsi, Cavabdeh1 tərəfindən 0.0782 ha hissəsi və "xxxx" müstəqil müəsissəsi tərəfindən isə 0.0188 ha hissəsi Şirkətin faktiki istifadəsində olan 0.88799 ha torpaq sahəsinindir. Ancaq mütəxəssis araşdırma zamanı cavabdehlərin hüquq müəyyənedici sənədlərinə də baxış keçirib və rəyinə istinad edərək onu da əlavə etmişdir ki, cavabdehlərin hüquqi sənədlərində torpaq sahəsinin koordinatları Şirkətin faktiki istifadəsində olan torpağın koordinatlarının üzərinə düşür. Məhz cavabdehlərlə bu problemi məhkəmədən kənar öz aralarında həll etmək cəhdləri fayda verməmiş, belə ki cavabdehlər heç bir torpağı zəbt etmədiklərini və həmin torpaqların onlara sənədlə məxsus olduğunu bildirmişlər. Məhz onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. X13 Komitəsi tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsi qanunla ona təklif edilmədən və bu barədə rəsmi imtinasını almadan başqa şəxslərə özgəninkiləşdirilə bilməz. Bu qanunun imperativ normasıdır və belə olan halda cavabdehlərin torpaq sahələrinin koordinatları Şirkətin faktiki istifadəsində olan torpaqla üst-üstə düşə bilməsi absurddur. Və ya torpaq sahələrinin koordinatları yerində səhvlik nəticəsində düzgün müəyyən edilməyib. Məhz bu ziddiyyətlər araşdırıldıqdan sonra cavabdehlərin Şirkətlərinin faktiki istifadəsində olan torpaq sahəsini zəbt etmələri müəyyən ediləcəkdir. Yox əgər müəyyən olunsa ki, cavabdehlərin torpaq sərhədlərinin koordinatları Şirkətlərinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üzərinə düşür, o halda həmin hissələrdə cavabdehlərin torpağa dair hüqüqmüəyyənedici sənədləri, texniki pasportları, çıxarışları etibarsız hesab edilməlidir. Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı “Dəmirçi" şirkəti cavabdeh “MİRLƏR MM" MMC-nə və digər şəxslərə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələblərini rədd edərək, aşağıdakı səbəblərə görə iddianı əsassız hesab edirlər. Şirkətləri 2008-ci ildə mübahisə olunan torpaq sahəsini Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada özəlləşdirmişdir. Özəlləşdirilən kimi dərhal həmin sahəni hasara alaraq, açıq və aşkar şəkildə 16 il ərzində sahəyə sahiblik etmişdir və bu günə kimi heç bir etirazla rastlaşmamışdır. İddiaçının təqdim etdiyi 10 aprel 2009-cu il tarixli ********** inventar nömrəli texniki pasportunda mübahisə olunan torpaq sahələri üst-üstə düşmüşlər, yəni ən azı 2009-cu ildən etibarən iddiaçı torpaq sahələrinin problemi barəsində məlumatlı idir. Hesab edirlər ki, iddiaçı əsassız səbəbdən iddia müddətini ötürmüşdür və məhkəmə tərəfindən buna dair hüquqi qiymət verilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, mübahisəli torpaq sahələri iddiaçıya istifadə hüququ əsasında məxsus olmuşdur. Göründüyü kimi, qanunvericilikdə istifadə və mülkiyyət hüquqları arasında fərq qoyulur və bu fərq mülkiyyət hüququnun daha üstün tutulmasından ibarətdir. Belə ki, AR-sı Mülki Məcəlləsinin 152-cı maddəsinin təhlilini edərək eyni nəticəyə gəlmək olar. Odur ki, Şirkətləri mübahisə torpaq sahəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətçi simasında çıxış edən səlahiyyətlii dövlət orqanından özəlləşdirmişdir. Dövlət özəlləşdirilməsi zamanı özəlləşdirmə obyektinin bütün üçüncü şəxslərin iddia və tələblərindən azad formada özəlləşməyə çıxarılması həmin səlahiyyətli orqanın vəzifəsidir, bu azadolma hüquqi anlamda dövlətin zəmanəti kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq iddıaçı İddiaçı cavabdeh "xxxx" MMC-nə və digər şəxslərə qarşı iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, icraatda olan mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iddiaya mahiyyəti üzrə baxılaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək, bildirmişdir ki, mübahisə olunan torpaq sahəsinin Cavabdeh2 MMC-yə 2008-ci ildən etibarən məxsus olduğunu sübuta yetirir. Xüsusi olaraq bildirlər ki, mübahisə olunan sahə dərhal sənəd alınan vaxtı, yəni 2008-ci ildə hasara alınmışdır və bu hasar bu günə qədər olduğu kimi durur. Yəni, torpaq sahəsinə olan hüququnun “pozulması” haqqında iddiaçı ən azı 2008-ci ildən etibarən məlumatlıdır. İddiaçı mübahisə etdiyi torpaq sahəsinə başqa şəxslərin yiyəlik etdiyi barəsində bilirdi, hansı üzrlü səbəbdən 16 il ərzində vaxt tapıb hüququnun bərpasını tələb etmədiyini göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinə dair iddia müddəti keçdiyi üçün iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi X1 ifadəsində bildirmişdir ki, tərəflərindən yerli baxış keçirilmiş, lakin hava şəraiti pis olduğundan ölçüləri götürə bilməmişlər və rəyi sənədlərə əsasən vermişlər. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında istifadədə olan 0.29436 ha torpaq sahəsində yerləşən 2632.2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompelsi kimi müəssisə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 415 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin faktiki torpaq sahəsi 0.88799 ha, tikintialtı sahəsi 0.29436, digər sahələr 0.59363 ha-dır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə xx.xx.2016-cı il tarixdə "xxxx" müstəqil müəssisənin adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinda yerləşən 0.123 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı qonşu ərazilərinin torpaqların mülkiyyətçiləri X7 və "xxxx" müstəqil müəssisəsidir. İddiaçı istifadəsində olan torpaq ərazilərinin sərhədləri müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Qonşu ərazilərin İddiaçı istifadəsində olan torpaq əraziləri ilə kəsişmə nöqtələri və sərhədləri müəyyən edilərkən məlum oldu ki, X5 məxsus torpaq sahəsinin 0,0230 ha hissəsi, Cavabdeh1 məxsus torpaq sahəsinin 0,0782 ha hissəsi və "xxxx" müstəqil müəssisəsinə məxsus torpaq sahəsinin 0,0188 ha hissəsi İddiaçınə məxsus Texniki Paportda göstərilən torpaq sahəsinin üzərinə işlənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində hər hansı daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən mübahisəli torpaq sahələrinə texniki baxış üçün iddiaçının nümayəndəsi ilə birgə ünvanda olmuşlar. Sahəyə texniki baxış keçirilmişdir. İddiaçı və cavabdehlərə məxsus torpaq sahələrinin sənəd üzrə və faktiki olaraq üst-üstə düşmür. Faktiki olaraq göstərilən torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında Dəmirçi Şirkətinə məxsus əmlak kompleksinin tikinti altı - 0,2943 ha, istifadəsində isə 0,59363 ha torpaq olmaqla ümumilikdə faktiki istifadəsində olan 0,88799 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi nəzərə alınmaqla cavabdehlər tərəfindən zəbt edilməmişdir. Cavabdehlərə məxsus mülkiyyət huququnu təsdiq edən sənədlərlə, texniki pasport və plan ölçülərdə müəyyən olunmuş ərazi hüdudlarının koordinatları torpaq sahələrinin faktiki yerləşdiyi koordinatları ilə eynidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilən koordinatlar nəzərə alınmaqla cavabdehlərə məxsus mülkiyyət huququnu təsdiq edən sənədlərlə, texniki pasport və plan ölçülərdə müəyyən olunmuş torpaq ərazi hududlarının koordinatları Dəmirçi Şirkətinin çıxarış və texniki pasportla müəyyən olunmuş torpaq ərazı hüdüdlarının koordinatları ilə üst-üstə düşmür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.88799 ha təşkil edir. Torpaq sahəsinin koordinatları və izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazinin 728.8 kv.m (0.07288 ha) hissəsi **********51 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Sahənin 175.0 kv.m (0.0175 ha) hissəsi isə **********87-12301 reyestr nömrəli daşınmaz əmlakla üst-üstə düşür. Ərazinin hüdudları daxilində 259.0 kv.m (0.0259 ha) və 34.0 kv.m (0.0034 ha) hissəyə digər şəxs müraciəti olub. Həmçinin, bir hissəsi koordinatla verilmiş əraziyə düşməklə 681.0 kv.m (0.0681 ha) sahəyə İddiaçı müraciəti olmuşdur. Göstərilən ərazinin 232.0 kv.m (0.0232 ha) hissəsi **********93-12301 reyestr nömrəli daşınmaz əmlakla üst-üstə düşür. Daşınmaz əmlaka dair texniki pasportda perimetrik ölçülər tam aydın seçilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Yuxarıda qeyd olunanlarla bağlı ərazinin ortofoto təsviri rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazinin 728.8 kv.m (0.07288 ha) hissəsi **********51 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Sahənin 175.0 kv.m (0.0175 ha) hissəsi isə **********87-12301 reyestr nömrəli daşınmaz əmlakla üst-üstə düşür. Ərazinin hüdudları daxilində 259.0 kv.m (0.0259 ha) və 34.0 kv.m (0.0034 ha) hissəyə digər şəxs müraciəti olub. Həmçinin, bir hissəsi koordinatla verilmiş əraziyə düşməklə 681.0 kv.m (0.0681 ha) sahəyə İddiaçı müraciəti olmuşdur. Göstərilən ərazinin 232.0 kv.m (0.0232 ha) hissəsi **********93-12301 reyestr nömrəli daşınmaz əmlakla üst-üstə düşür. Daşınmaz əmlaka dair texniki pasportda perimetrik ölçülər tam aydın seçilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Yuxarıda qeyd olunanlarla bağlı ərazinin ortofoto təsviri rəyə əlavə olunur. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-cı məhəllə ünvanında Dəmirçi Şirkətinə məxsus əmlak kompleksinin tikinti altı-0,2943 ha, isifadəsində isə 0,59363 ha torpaq olmaqla ümumilikdə faktiki istifadəsində olan 0,88799 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməsi müşahidə ediməmişdir. Belə ki, İddiaçıya məxsus əmlak kompleksi kimi müəssisənin hüquq müəyyən edici sənədində (çıxarış) qanuni istifadəsində 0.2943 ha torpaq sahəsinin Dövlət qeydiyyatına alınması göstərilmişdir. Əlavə olaraq 0.59363 ha sahənin qanuni istifadəsini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçıya məxsus əmlak kompleksi kimi müəssisənin texniki pasportunda (texniki pasportda reyestr nömrəsi qeyd edilməyib, qeyd olunan ünvan və mülkiyyətçi adı və ümumi konfiqurasiyaya uyğunluğu texniki pasportun həmin əraziyə aid edilməsinə əsas verir) torpaq sahəsi ilə bağlı məlumatlar hissəsində də sənəd üzrə torpaq sahəsində hər hansı bir məlumat qeyd edilməyib. Faktiki olaraq 0.88799 ha sahənin mövcudluğu barədə qeyd aparılaraq sxemdə əlavə qanunsuz istifadə edilən hissə ştrixlərlə göstərilmişdir. Hal-hazırda mübahisəli əraziyə baxış zamanı faktiki olaraq iddiaçıya məxsus əmlakla cavabdehlərə məxsus əmlaklar arasında 17m enində avtomobil yolunun olduğu müəyyən edilmişdir. Faktiki olaraq da cavabdehlər tərəfindən iddiaçının qanuni istifadə etdiyi torpaq sahəsinin zəbt edilməsi müşahidə edilmir. İddiaçıya məxsus əmlaka dair texniki pasportda faktiki istifadə kimi qeyd olunan mübahisəli hissəyə cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmişdir və qanuni olaraq mülkiyyətlərində olması hər hansı bir zəbtin olmasını təqzib edir. Cavabdehlərə məxsus mülkiyyət hüququnu təsdiq edən sənədlərlə, texniki pasport və plan ölçülərdə müəyyən olunmuş ərazi hüdudlarının koordinatları torpaq sahələrinin faktiki yerləşdiyi koordinatları ilə eynidir. Cavabdehlərə məxsus mülkiyyət hüququnu təsdiq edən sənədlərlə, texniki pasport və plan ölçülərdə müəyyən olunmuş ərazi hüdudlarının koordinatları Dəmirçi Şirkətinin çıxarış və texniki pasportla müəyyən olunmuş qanuni istifadədə olan torpaq ərazi hüdudlarının koordinatları ilə üst-üstə düşmür və kəsişmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 0.16 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 582 nömrəli xx.xx.2007-ci il tarixli və 583 nömrəli xx.xx.2007-ci il tarixli qərarlarına, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 7/602 nömrəli və xx.xx.2007-ci il tarixli 7/603 nömrəli müqavilələrə, torpaq sahəsinin situasiya planlarına, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1738/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarına, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədinə əsasən ilkin olaraq xx.xx.2013cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/- 02-464 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə vö bölgü sxeminə əsasən özgəninkiləşdirilmişdir. Qalan 0.123 ha hissəyə dair X3 adına ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı dəfələrlə mütəxəssis rəyləri alınmış və həmin mütəxəssis rəyləri ilə də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müşahidə ediməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin, məhkəmə Cavabdeh2 MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi iddiaçının hazırkı məsələ ilə bağlı 2008-ci ildən xəbərdar olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Odur ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən məcburi çıxarılma və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-297/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-297/2025
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver