Məhkəmə qərarları › İş №2(001)-2985/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2985/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2985/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı İslamov Cavabdeh qarşı “narahatçılıq verən hərəkətlərə son qoyulması”na dair ərizəsini və əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı İslamov Cavabdeh qarşı “narahatçılıq verən hərəkətlərə son qoyulması”na ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim edilmiş ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq 149.2.2-ci, 149.2.3-cü, 149.2.5-ci maddələrində müəyyən edilmiş məlumatlar göstərilməmiş, həmin Məcəllənin 150.1.1-ci, 150.1.2-ci və 150.1.5-ci maddələrinin tələbləri pozularaq cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri ərizəyə əlavə edilməmişdir. Ümumiyyətlə məhkəmə hesab edir ki, bu qaydada əqdim edilən ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Buna görədə də ərizəninin qəbul etməkdən imtina olunmalı, ərizədə göstərilən xüsusatlara bağlı ərizəçiyə “Polis haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aidiyyəti polis orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı İslamov Cavabdeh qarşı “narahatçılıq verən hərəkətlərə son qoyulması”na dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizəsi ərizəçiyə qaytarılsın və ona müvafiq tələblə aidiyyat üzrə polis orqanına müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar