Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-299/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh3, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 175000 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə birbiriləri və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Abbasov Allahverdi cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçını, sonuncunun qardaşı Azad Xanməmmədov barəsində cinayət işinə xitam verilməklə onun həbsdən azad edilməsinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə Cavabdeh2, Cavabdeh1 və A.Abbasovla birlikdə 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22b ünvanda yerləşən “Nargilə” kafesində iddiaçı ilə görüşüb ondan 300000 manat məbləğində pulu alaraq həmin pulları A.Abbasova vermiş, bundan bir neçə gün sonra eyni niyyətlə Cavabdeh1 və Cavabdeh2 birlikdə Cavabdeh2 yaşadığı ünvan 2 ünvanının yaxınlığında 40000 manat məbləğində pulu iddiaçıdan almışlar. Bundan sonra barəsində A.Abbasov öz xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün Türkiyə Respublikasına gedəcəyini bildirərək, Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə aldıqları puldan 283000 manat pulu 2017-ci ilin dekabr ayında müvəqqəti olaraq saxlanılması üçün iddiaçıya qaytarmış və bununla da həmin şəxslər onun etibarını daha da qazanmışlar. Daha sonra Cavabdeh2, Cavabdeh1 və A.Abbasov 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “Səməd Vurğun” bağının yaxınlığında yerləşən kafedə iddiaçı ilə görüşərək, ondan 110000 manat pulu almış və həmin məbləği A.Abbasov götürmüşdür. Daha sonra eyni niyyətlə Cavabdeh1 2018-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında iddiaçının oğlu Rövşən Xanməmmədovdan 10000 manat pul almışdır. Öz növbəsində Cavabdeh2 eyni niyyətlə 2018-ci ilin mart ayının əvvəlində yaşadığı ünvan 2 ünvanında iddiaçıdan 60000 manat, 2018-ci ilin mart ayının ortalarında isə həmin ünvanda iddiaçının qohumu Tural Xanməmmədovdan 3000 manat pul almışdır. Sonrakı dövrlərdə həmin şəxslər hissə-hissə olmaqla 65000 manat pulu iddiaçıya qaytarmaqla sonuncuya məxsus 175000 manat pulu ələ keçirməklə, Cavabdeh2, Cavabdeh1 və A.Abbasovla aralarında bölüşdürüb zərərçəkmiş şəxs olan İddiaçı 175000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər. Həmin iş üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli ittiham aktına əsasən, Cavabdeh2, Cavabdeh1 və A.Abbasov qabaqcadan əlbir olmuş bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə etməklə, 2017-ci ilin noyabr ayından 2018-ci ilin mart ayınadək Bakı şəhərinin müxtəlif yerlərində hissəhissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə 175000 manat pulunu alaraq ələ keçirilməsi fakt olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2019-cu il tarixli qərarla X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində işə cəlb edilmişdir. X15 Bakı şəhəri RPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ərizəsində mərhum qardaşı Allahverdi Abbasovun cinayət işi üzrə hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. “Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması haqqında” xx.xx.2019-cu il tarixli qərarla X2 Abbasovun hüquqi varisi qismində tanınmışdır və iş üzrə Allahverdi Abbasovun barəsində cinayət işinə o vəfat etdiyi üçün bəraətverici olmayan əsaslarla xitam verilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-87/2021 saylı hökmünə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1423/2021 saylı qərarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdirlər. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı Cavabdeh1, Cavabdeh2, X11 qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbinə dair iş üzrə cavabdeh X9 cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddia əsassızdır. Belə ki, mərhum həyat yoldaşının cinayət işinə əsaslanaraq borcu olduğunu deyirlər. Amma cinayət işində də məhz həyat yoldaşının borclu olmağı sübut edilməyib. Sadəcə ümumi olaraq hökmdə adının çəkildiyini qeyd edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 cavabdehin izahatını müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-87/2021 saylı hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 04 may 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh2 həmin epizod üzrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, Cavabdeh2 iş üzrə Nərimanov RPİ-nin X10 04 may 2019-cu il tarixdən 06 may 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxs, mülki İddiaçı Sayadxan oğlu mülki iddia ərizəsi baxılmamış saxlanılması və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs Allahverdi Abbasovun hüquqi varisinə qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1423/2021 saylı qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, zərərçəkmiş şəxslər: İddiaçı və X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, məhkum Cavabdeh2 özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin və apellyasiya şikayətlərinə edilmiş əlavənin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumlar - Cavabdeh2 və Cavabdeh1 barəsində olan 18 may 2021-ci il tarixli hökmün dəyişdirilməsi, Cavabdeh2 və Cavabdeh1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, hər biri barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, məhkəmənin hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 38.4 kv.m olan qeyri yaşayış binasından ibarətdir. - xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh4 miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 38.4 kv.m olan qeyri yaşayış binasından ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv.m olan qeyri-yaşayış binasından ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak buraxılış ili 2011 olan “Lexus LX570” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2011 olan, “Lexus LX570” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 146.7 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2014 olan, “Toyota Corolla” minik markalı, **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2014 olan, “Toyota Corolla” minik markalı, **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah dövründə əldə etdikləri birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah dövründə əldə etdikləri birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah dövründə əldə etdikləri birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2011 olan LEXUS LX570 minik markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2011 olan LEXUS LX570 minik markalı **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) onların nikah dövründə əldə etdikləri birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2014 olan TOYOTO COROLLA minik markalı **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh3 (Bakı şəhəri, Xəati rayonu, Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 106) ¼ hissədə, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 ¼ hissədə miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2014 olan TOYOTO COROLLA minik markalı **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh3 X3 miras qalmış, birgə nikah dövründə əldə etdikləri əmlakın ½ hissəsinə Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - xx.xx.2019-cu il tarixli ərizdən görünür ki, Cavabdeh4 əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Cavabdeh3 arasında 30 aprel 2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 354 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 2002-ci il tarixdə doğulmuşdur. Atası qrafasında “X5”, anası qrafasında “Cavabdeh3” qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, Cavabdeh3 xx.xx.2002 təvəllüdlü oğlu Cavabdeh4 vərəsəlik işini rəsmiləşdirməsinə, miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almasına və bu barədə bütün sənədləri imzalamasına razı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının (xx.xx.2020-ci il tarixli düzəlişlərlə)” 4-cü bəndinə əsasən AR MPM-nin 82.4 maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə, MPM-nin 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: 1)hərəkətin olub-olmaması faktı(yəni cinayətin törədilib-törədilməməsi faktı); 2)bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı(yəni cinayətin subyekti barədə məsələ); Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Məhkəmənin hökmü ilə müəyyən edilən digər hallar mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir və mülki iş üzrə icraat qaydasında mübahisələndirilərək araşdırılmalıdır. Beləliklə, qanuni qüvvəyə minmiş hökmlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetirilmişdir. Lakin Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş hökmlə maddi ziyanın məbləği və həcmi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan(zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işguzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Delikt məsuliyyətinin əsası kimi zərər dedikdə mülki hüquq subyektinin malik olduğu şəxsi qeyriəmlak və ya əmlak hüquqlarının pozulması ilə bağlı əmələ gələn mənfi nəticə başa düşülür. Mənfi nəticə həm əmlak, həm də qeyri-əmlak xarakterli ola bilər. Bu nəticə subyektə məxsus olan əmlakın məhv olması və ya zədələnməsində, habelə fiziki şəxsin şikəst olmasında və ya ölməsində ifadə edilə bilər. Zərərin vurulduğu obyektlərin dairəsi müxtəlifdir. Belə ki, cinayət nəticəsində dəymiş ziyanın (zərərin) 3 növü müəyyən edilir: - fiziki -əmlak -mənəvi Göründüyü kimi, hazırki mülki iş üzrə tələb cinayət nəticəsində dəymiş əmlak zərəri ilə bağlıdır. Məhkəmə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünü nəzərə alaraq qeyd edir ki, məhkumlar Cavabdeh1 və Cavabdeh2 zərərçəkmiş şəxs Əlif ağa Xanməmmədovun etibarından sui-istifadə edib onu aldatmaqla ədalət mühakiməsini həyata keçirən orqanlarında müəyyən tanışlarına pul ödəmək adı altında qeyd edilən orqanları nüfuzdan salan vədlər verməklə, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmişlər və bununla da ədalət mühakiməsini həyata keçirən orqanların nüfuzuna xələl gətirmişlər. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, İddiaçı Azadxan oğlu və qeyriləri iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar. Məhkum Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı məhkum Cavabdeh2 ilə birlikdə 175.000 manat zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə Cavabdeh1 və Cavabdeh2 ifadələrindən və etiraflarından, həmçinin şahid ifadələrindən müəyyən edilir ki, Cavabdeh1 Əlif ağa Xanməmmədovun etibarından sui-istifadə edərək onun 10000 manat məbləğində pulunu mənimsəmişdir. Odur ki, həmin məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Qalan məbləğin tutulması hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, 156000 manat pul məbləği isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Qalan 9000 manat pul məbləğinə münasibətdə Məhkəmə qeyd edir ki, artıq həmin pul məbləği cavabdeh İ.Allahverdiye tərəfindən istintaq zamanı iddiaçıya ödənilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunur ki, “birinci instansiya məhkəməsində tədqiq edilmiş 21 may 2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh2 oğlu X7, qohumu Əliyev Hikmət Vəkil oğlunun zərərçəkmiş İddiaçı ödənilməsi üçün istintaqa təqdim etdiyi 9000 manat sonuncuya təqdim edilmişdir. (c-2, i.v. 59)”. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmdə verdiyi izahatından müəyyən edilir ki, “dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh2 ona torpaq sahəsi təklif etmiş, lakin o, qəbul etməmişdir.Daha sonra Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq pulunu mənimsədiklərini, dəymiş ziyanı tam aradan qaldımadıqlarından, onlara ciddi cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir”. Məhkəmə qeyd edir ki, şəxsiyyəti istintaqla müəyyən olunmaqla öldüyündən, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxs (X5) barəsində hökmdə konkret olaraq hansı məbləğin mənimsənilməsi və s. hallar öz əksini tapmamışdır. Halbuki, həmin şəxs ibtidai istintaq zamanı sağ olmuşdur (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir), lakin hökmdə onun heç bir ifadəsi öz əksini tapmamışdır. Odur ki, X4 varisləri olan Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 10000 (on min) manat və Cavabdeh2 156000 (bir yüz əlli altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-299/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-299/2023
01.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver