Məhkəmə qərarları › İş №2(001)-2995/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2995/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2995/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Məmmədov iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edildi ki, mübahisə predmeti olan mənzillər Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Göründüyü kimi, mövcud iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, mübahisə predmeti olan mənzillərin olduğu yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. Buna görə də iş baxılması üçün onun ərazi aidiyyətinə görə aid olduğu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə, müəyyən edilmişdir ki, iddianın predmetini iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil edir. İddiaçı ona məxsus olan mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir, həmin mənzillər isə Nərimanov rayonu ərazisində yerləşir. Belə olan halda iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Binəqədi rayonu ərazisində yerləşsə də, hazırda iddiaçı tərəfindən tələb edilən mənzillər Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşdiyindən müstəsna aidiyyət qaydalarına müvafiq olaraq mübahisə predmeti olan mənzillərin yerləşdiyi əraziyə görə işin müstəsna aidiyyəti Nərimanov rayonu ərazisinə aiddir və hazırki mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, işə sübutların (yerində müayinə, şahidlərin dindirilməsi və s.) əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması zəruri olduğundan, MPM-nin 39.1-ci maddəsinə əsasən işə məhz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 39, 44, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar