Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2998/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı xidmət haqqının, cərimənin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ASC ilk iddia üzrə Cavabdeh qarşı müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı xidmət haqqının, cərimənin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 19.04.2021-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 23.04.2021-ci il tarixdə isə İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, ərizələrin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı müqavilənin ləğv edilməsi barədə iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı xidmət haqqının, cərimənin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddia və qarşılıqlı iddia ərizələri onlara əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2998/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2998/2021
25.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver