Məhkəmə qərarları › İş №2(001)-3005/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3005/2022

05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3005/2022 05.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “mənzilin rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi 97D, A bloku, 28 nömrəli mənzilin oğlu X1 razılıq ərizəsi əsasında onun adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 01 noyabr 2014-cü il tarixdə cavabdehlə iddiaçının mərhum əri X5 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçının əri Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi 97D, A bloku, 28 nömrəli mənzilin mülkiyyətçisi olmuşdur. Həmin mənzilə dair hər hansı borcun olmamasına dair 15 oktyabr 2015-ci il tarixli, 228 nömrəli maliyyə arayışı verilmişdir. İddiaçının əri Yaqub Rüstəmov 13 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Yaqub Rüstəmovun vərəsələri İddiaçı və onun oğlu Xəyyam Rüstəmov olmuşdur. Hazırda iddiaçı və oğlu həmin mənzildə yaşayırlar və Xəyyam Rüstəmov evin iddiaçının adına keçirilməsinə etiraz etmir. Evin iddiaçının adına rəsmiləşdirilməsi barədə iddiaçı tərəfindən 09 noyabr 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə dəfələrlə bildirişlər, habelə sms xəbərdarlıq göndərilmiş, məktublar cavabdehə çatıdırlmadan məhkəməyə geri qaytarılsa da, sms xəbərdarlıqlar çatdırılmışdır. Lakin, buna baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh MMC ilə X5 arasında bağlanmış 01 noyabr 2014-cü il tarixli "xxxx"ndən görünür ki, MMC ünvan 1 ünvanda inşa etdiyi yaşayış binalarında A bloku, 7-ci yaşayış mərtəbəsi, ümumi sahəsi 130,25 kv.metr olan 3 otaqlı 28 nömrəli mənzili Yaqub Rüstəmova satmağı, Y.Rüstəmov isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qiyməti 37960 manat müəyyən edilmişdir. Müqavilənin "xxxx" göstərilən 3.1.2-ci bəndində MMC-nin bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya təhvil verilməsini təmin etmək; müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirmək; mənzili təmirli şəkildə alıcıya vermək kimi vəzifələri müəyyən edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 05 oktyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, həmin MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi 97D ünvanda yerləşən yaşayış binasında A bloku, 7-ci yaşayış mərtəbəsi, ümumi sahəsi 130,25 kv.metr olan 3 otaqlı 28 nömrəli mənzilin dəyəri X5 tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı 03 may 1977-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - X6 tərəfindən notarial qaydada tərtib edilmiş ərizədə göstərilmişdir ki, “Yazıb bildirirəm ki, X2 13 noyabr 2020-ci ildə vəfat etməsi ilə əlaqədar Bakı şəhər ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirəm.” Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırki halda müəyyən edilir ki, iddia tələbində göstərilən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülki Məcəllənin: - 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırkı halda mərhum X2 mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ yaranmış, lakin cavabdehin hərəkətsizliyi nəticəsində onun vərəsələri bu hüququn həyata keçirilməsindən məhrum olmuşdur. İş materiallarında olan 01 noyabr 2014-cü il tarixli "xxxx" üzdə Cavabdeh MMC-nin İddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmasa da, həmin müqavilənin başlıca şərti MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binalarında A bloku, 7-ci yaşayış mərtəbəsi, ümumi sahəsi 130,25 kv.metr olan 3 otaqlı 28 nömrəli mənzilin MMC tərəfindən X4 verilməsi, əvəzində isə T.Rüstəmov tərəfindən həmin mənzilə görə 37960 manat məbləğində pul vəsaitinin MMC-yə ödənilməsi olmuşdur. Həmin pul vəsaiti müqavilə üzrə “alıcı” adlanan Yaqub Rüstəmov tərəfindən tam olaraq “satıcı” olan Cavabdeh MMC-yə ödənilmiş, yəni Y.Rüstəmov tərəfindən həmin müqavilə üzrə öz üzərinə düşən öhdəliklər tam icra olunmuşdur. Lakin, mənzil Yaqub Rüstəmovun adına dövlət qeydiyyatına alınmamış o vəfat etmişdir. Hazırda Y.Rüstəmovun arvadı İddiaçı MMC tərəfindən onun adına rəsmiləşdirilməsini tələb edir və mərhum X3 Rüstəmov da öz yazılı ərizəsi ilə buna etirazının olmadığını bildirir. Məhkəmə hesab edir ki, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməsi zəzuri olduğundan və göstərilən mənzillə bağlı alğı-satqı müqaviləsində “alıcı” kimi adı göstərilən X5 vəfat etdiyindən, müvafiq sənədlər onun arvadı, yəni İddiaçı adına verilməli, beləliklə, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi 97D, A bloku, 28 nömrəli mənzilin X1 razılıq ərizəsi əsasında İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar