Məhkəmə qərarları › İş №2(001)-301/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-301/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-301/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona verməli olduğu 4750 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla qonşuluqda yaşayan Bakə şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh onda xəstə qızının müalicəsi üçün vacib pul lazım olduğuna görə xx.xx.2022-ci il tarixdə 3000 manat, ondan bir müddət əvvəl isə yenə də həmin məqsədlə 1750 manat pul alıb tezliklə qaytaracağı barədə öz əli ilə qəbz yazıb ona vermişdir. Pulun qaytarılma müddəti başa çatmasına baxmayaraq cavabdeh ona götürdüyü pulu qaytarmaqdan imtina edir və bildirir ki, yeri gəlsə ondan pul götürdüyünü boynunan almaz deyə ona hədə-qorxu da gəlir. O hesab edir ki, ölkdə heç bir ölünü də özbaşına qpymurlar. O, ki, qaldı sağlam insan Azərbaycan Respublikasının vətəndaşına qarşı belə özbaşınalığı özünə rəva bilsin. O, cavabdehlə pulun qaytarılması barədə söhbət edəndə bildirmişdir ki, onu incitməsin, əgər onu incidərsə hüquq mühafizə orqanlarına şikayət edə bilər. Cavabdeh isə bunun cavabında heç kəsdən və heç bir orqandan qorxmadığını və bu orqanları saymadığını bildirmişdir. Hesab edir ki, belə bir özbaşənalıq nümunəsi göstərən cavabdehdə polisin həddinin göstərilməsinin məqamı çatmışdır. Cavabdehdən ondan xahiş edib alaraq öz ehtiyaclarına sərf etdiyi və sonra da qaytarmaq istəmədiyi pul vəsaitinin ona qaytarılmaması cavabdehin tərəfindən onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddianı qismən qəbul edir. Onun hazırda iddiaçıya 500 manat məbləğində borcu var. İddiaçı onun etibarından sui-istifadə edərək qeyd olunan məbləği verdiyi zaman bir ədəd kağıza onun imzalamasını tələb etmiş, o da həmin tələbi icra etmişdir. Deyilənləri nəzərə alaraq iddianın qismən təmin olunmasını və məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, İddiaçı ərizəsi araşdırılmış və bildirilmişdir ki, Cavabdeh ilə aralarında yaranan mübahisə mülki xarakterlidir və mülki xarakterli mübahisələrin həlli bağlı məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, o, İddiaçı 15 mart tarixində 1750 manat məbləğində pul götürmüşdür. 15 iyul tarixinə qədər 1500 manat məbləğində pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində pul götürmüşdür. xx.xx.2022-ci il tarixdə pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(001)- 4652/2023 nömrəli mülki işin 9-cu vərəqində olan dama-dama dəftər vərəqi üzərində Cavabdeh adından olan 1750 manat dair borc qəbzinin sonunda “İmza” yazısının qarşısındakı imza, 10-cu vərəqində dama-dama dəftər vərəqi üzərində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli 3000 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda “Cavabdeh” yazılarının qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, cavabdeh məhkəməyə ünvanladığı ərizədə iddiaçıdan pul götürdüyünü etiraf etmişdir, bildirmişdir ki, həmin məbləğdən iddiaçıya 500 manat məbləğində borcu qalmışdır. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən də aydın olur ki, iltizamlar cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh tərəfindən iddianın etiraf edildiyini və iddiaçıya cəmi 500 manat məbləğində borcu qaldığı barədə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4750 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar