Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3024/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayandəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 qanunsuz əldə etdiyi 300 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X9 İddiaçı X1 ərizə ilə müraciət edərək, istifadəsində olan ***-***-**-** nömrəli telefonun abunə haqqını onlayn qaydada ödəyərkən, səhvən 150 manat artıq vəsait ödədiyini bildirmişdir. Vətəndaş ərizəsində qeyd edilən vəsaitin nəvəsi X5 istifadəsində olan “xxxx” ASC-dən alınmış plastik karta köçürülməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən aparılmış araşdırma nəticəsində S. Rəcəbovanın ərizəsində göstərdiyi hallar öz əksini tapmış, pulun qeyd edilən plastik kart hesabına köçürülməsi qərara alınmışdır. Lakin texniki yanlışlıq nəticəsində 150 manat məbləğ ayrı-ayrı vaxtlarda iki dəfə X5 hesabına köçürülmüşdür. Qeyd edilən məbləğin cavabdehin hesabına iki dəfə köçürülməsi həm “xxxx” ASC, həm də “xxxx” MMC tərəfindən təqdim edilmiş çıxarışlarla da təsdiq edilir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün X8 dəfələrlə həm şifahi, həm də yazılı şəkildə müraciət edilmiş, lakin o, həmin məbləğlərin onun hesabına köçürülmədiyini bildirərək geri qaytarmaqdan imtina etmişdir. Nəticədə nə telefonun abunə haqqına görə artıq ödənilmiş 150 manat məbləğində pul X6, nə də ikinci dəfə ödənilmiş 150 manat pul İddiaçı MMC-yə qaytarılmamışdır. Beləliklə də, cavabdeh həm X6 verməli olduğu 150 manat məbləğində pulu, həm də İddiaçı MMC tərəfindən texniki yanlışlıq nəticəsində ikinci dəfə ödənilmiş 150 manat pulu qanunsuz şəkildə özündə saxlamaqla əsassız varlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məsələnin aydınlaşdırılması üçün cavabdeh ilə birlikdə “xxxx”a gedilmiş və cavabdeh tərəfindən orada hesabdan çıxarış əldə edilmişdir. Həmin çıxarışda iki dəfə 150 manat məbləğində vəsaitin İddiaçı MMC tərəfindən onun hesabına köçürülməsini bankın işçiləri də cavabdehə bildirmişlər. Lakin cavabdeh bunu qəbul etmir və hesabına pulun köçürülmədiyini bildirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X9 tərəfindən İddiaçınə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə onlayn şəkildə ***-**-** saylı telefon abunə haqqı ödəyərək 150 manat artıq vəsait ödəmişdir. Ödənilən artıq vəsaitin nəvəsi Musayeva Aydanın kart hesabına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş hesabat vərəqələrindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə 150 manat və xx xxxxxxxx 2020-ci il tarixdə 150 manat olmaqla, cəmi 300 manat məbləğində vəsait İddiaçı MMC tərəfindən X2 hesabına köçürülmüşdür. X5 ödəniş kartı üzrə “xxxx” ASC tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə 150 manat və xx xxxxxxxx 2020-ci il tarixdə 150 manat olmaqla, cəmi 300 manat məbləğində vəsait X5 hesabına “artıq ödənilmiş vəsaitin geri qaytarılması” təyinatı ilə köçürülmüşdür. İddiaçı tərəfindən X8 xx xxxxxx 2020-ci il tarixdə pretenziya məktubu ünvanlanaraq bildirilmişdir ki, X4 xx xxxxxx 2020-ci il tarixli ərizəsinə əsasən ***-***-**-** nömrəli telefonun abunə borcu üçün artıq ödənilmiş 150 məbləğində vəsaitin onun plastik kart hesabına ödənilərkən texniki yanlışlığa yol verilmiş, nəticədə qeyd edilən məbləğ hesaba iki dəfə köçürülmüşdür. Bununla bağlı İddiaçı MMC-nin əməkdaşı onunla birlikdə xxxx ASC-də olmuş, bank əməkdaşları da vəsaitin onun hesabına iki dəfə ödənildiyini təsdiq etmişdir. Bununla bağlı həm ona, həm də İddiaçı MMC-nin əməkdaşına bank tərəfindən çıxarış təqdim edilmişdir. Vəsaitin ona artıq ödənildiyi “xxxx” MMC-dən təqdim edilmiş çıxarışla da təsdiq olunur. Lakin dəfələrlə ona şifahi şəkildə müraciət edilsə də, həmin məbləğin onun hesabına köçürülmədiyi bildirilmiş və vəsaitin qaytarılmasından imtina edilmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, o, hesabına köçürülən məbləğin 150 manatını X6 da təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı MMC tərəfindən xx xxxxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixlərdə onun xxxx ASC-də olan plastik kart hesabına köçürülmüş ümumilikdə 300 manat vəsaiti 3 (üç) iş günü ərzində geri qaytarılması xahiş edilmiş, əks təqdirdə əsassız varlanma nəticəsində əldə etdiyi məbləğin məcburi qaydada ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, X4 ərizəsi əsasında iddiaçıya artıq ödənilmiş 150 manat məbləğində vəsait onun xahişi əsasında xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehin bank hesabına geri qaytarılmışdır. Daha sonra isə texniki yanlışlıq nəticəsində həmin vəsait xx xxxxxxxx 2020-ci il tarixdə X5 hesabına təkrar köçürülmüşdür. Göründüyü kimi, cavabdeh qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan 150 manat məbləğində pul vəsaiti qəbul edərək əsassız varlanmışdır. Belə olan halda məhkəmə iddia tələbinin “əsassız varlanma nəticəsində 300 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh X3 150 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə ödənilmiş 150 manat məbləğində vəsait X4 xahişi əsasında cavabdehin bank hesabına köçürüldüyündən cavabdeh həmin vəsaiti qəbul etməklə əsassız varlanmamış, əsassız varlanmış olduğu təqdirdə belə, həmin məbləği tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 150 manat məbləğində pul İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 150 (bir yüz əlli) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 (on) manatı tutularaq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3024/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3024/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver