Məhkəmə qərarları › İş №2(001)-3028/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3028/2022

15.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3028/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, tikintilər üzərinə həbs qoyulması və qanunə zidd əməllərə hüquqi qiymət verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etdiyi tələblər məhkəməyə təqdim edəcəyi sübutları tədqiq etməklə, iştirakı təmin edilməklə, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3024-27 məhəllə ünvanında inşa edilmiş 1 girişli binanın tikilməsi ilə bağlı mərhum Şakir Hüseynovun bacısı oğlu Elmir Bayramovun adına verilmiş 305 №-li sərəncamın ləğv edilməsi ilə bağlı, qeyd edilən ünvanda mərhum, Hüseynov tərəfindən inşa edilmiş 1 girişli 16 mərtəbəli yaşayış binasında mənzil sahəsinin tikilməsi və qeyriyaşayış sahəsinin tikilməsi ilə bağlı əqdlərin ləğv edilməsi və qanuni sifarişçilərin sifarişlərinin yerinə yetirilməsi vəzifəsinin 25.06.2006-cı il tarixli ACDİÜ AR Məhkəməsinin hökmünə əsasən üzərinə qoyulduğu üçün və dövlət büdcəsinə vergi borcu olan ******* manat vəsaitin ödənilməsi tapşırığı üzərinə vəzifə kimi qoyulduğu səbəbindən həmin binanın “dövlət istismar komissiyasına” və “payçı”lara təhvil verilməsi ilə bağlı vəzifəni təmsilçisi olduğu “X4” MMC-nin üzərinə qoyulması ilə bağlı və həmin bina üzərinə həbs qoyulması və qanunsuz olaraq orada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinə qadağa qoyulması ilə bağlı, Bakı şəhəri Binəqədi rayonu, Xırdalan dairəsi yaxınlığında, “Xırdalan qəbirstanlığı ilə üzbəüz, “Hyundai Sevis” Mərkəzinin yaxınlığında Vidadi Hüseynov tərəfindən “Qarabağ” A-na məxsus olan tikinti materiallarının talanaraq tikilmiş 1 ədəd 3 mərtəbəli, 2 ədəd 1 mərtəbəli yaşayış evlərinin üzərinə həbs qoyulması, təmsilçisi olduğu hüquqi şəxsə və özünə qarşı törədilmiş cinayət xarakterli əməllərə görə X1, X2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər bir neçə əsasla geri qaytarılmalıdır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Həmçinin Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Hazırki iddia ərizəsi isə MPM-nin 149-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Bundan başqa iddia ərizəsinin kimə qarşı qaldırıldığı məlum olmamaqla yanaşı, iddiaçının sadaladığı tələblər də qeyri-müəyyəndir. Belə ki, iddiaçı iddia tələbinin “xahiş etdi” hissəsində bir neçə tələbi ardıcıl sıralasa da, göstərilən tələblərlə hansı hüquqi nəticələrə nail olmaq istəməsi anlaşılan deyil. Həmçinin iddiaçı istinad etdiyi faktları sübut edən sənədləri, məhkəmənin müvafiq aktlarını iddia ərizəsinə əlavə etməmiş, sadəcə iddia ərizəsi təqdim etməklə kifayətlənmişdir Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 8.2-ci bəndinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından göründüyü kimi iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir, həmçinin İddiaçı dövlət rüsumunu ödəməkdən azad edilməsi halı iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, hazırki iddia ərizəsini geri qaytarılması üçün bir neçə əsas mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır və iddiaçıya izah edilməlidir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa məhkəmə iddiaçının nəzərinə çatdırılmasını zəruri hesab edir ki, yenidən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(yeni redaksiyada) 149-152-ci maddələrinin tələbləri nəzərə alınsın. Belə ki, qeyd edilən normalarda məhkəməyə müraciət edilən zaman əlavə edilməli olan sənədlərin siyahısı, o cümlədən iddia ərizəsinin forma və məzmununa görə tələblər öz əksini tapmışdır və qanunun həmin tələbləri iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar