Məhkəmə qərarları › İş №2(001)-3029/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3029/2025

14.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3029/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qanuni nümayəndəsi X1 qarşı “mənzildən qeydiyyatdan çıxarıılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qanuni nümayəndəsi X1 qarşı “mənzildən qeydiyyatdan çıxarıılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abubakr Yaşar oğlu, Cavabdeh2 və X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov 13 ünvanında yerləşən 8 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini və qəbul ediləcək qətnamənin cavabdehlər Abubakr Yaşar oğlu, Cavabdeh2 və X2 ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olmasının qətnamədə göstərilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin tələb hissəsində isə Cavabdeh1 adı, soyadı, ata adı tam olaraq qeyd edilməmiş, yalnız Abubakr Yaşar oğlu kimi qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, tələb düzgün olaraq qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin mahiyyəti “mənzildən qeydiyyatdan çıxarılması” tələbi kimi qeyd olunmuşdir. Qeyd etməyi zəruri hesab edirəm ki, iddianın mahiyyəti qeydiyyatdan çıxarılma deyil, istifadə hüququnun itirilmiş hesab edilməsi kimi qeyd olunmalıdır. Belə ki, iddia ərizəsinin tələb hissəsindən görünür ki, iddiaçının tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və çıxarılacaq qətnamənin cavabdehlərin qeydiyyatdan çıxarılmaları üçün əsas olmasının qeyd olunmasıdır. Halbuki, qeydiyyatdan çıxarılması tələbinə dair aiddiyyatı üzrə inzibati məhkəməyə müraciət olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qanuni nümayəndəsi X1 qarşı “mənzildən qeydiyyatdan çıxarıılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar