Məhkəmə qərarları › İş №2(001)-3035/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3035/2024

29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3035/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Arzu LTD MMC-nin Cavabdehnə qarşı icra məmuru tərəfindən dəvət edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair şikayətini və ona əlavə olunmuş sənədi araşdırıb MÜƏYYƏN ETDİ İddiaçı Arzu LTD MMC cavabdeh Binəqədi rayon İcra şöbəsinə qarşı icra məmuru tərəfindən dəvət edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, şikayətə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan şikayət qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İcra haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddə 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Şikayətdən müəyyən olunur ki, icra sənədi üzrə borclu olan Arzu LTD MMC Cavabdeh icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2014 saylı icra sənədi üzrə Sərraf MMC tərəfindən keçirilən qiymətləndirmə nəticəsində tərtib olunan hesabatın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia icraatı qaydasında hesabatı tərtib edən hüquqi şəxsə qarşı iddia qaldırmalı olduğu halda Cavabdehnə qarşı şikayətlə ümumi məhkəməyə müraciət etmişdir. İstinad olunanlara əsasən, məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətə iddia icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmadığından şikayətin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçıya icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətlə icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə, mülkiyyətində olan əmlakın qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadığı halda isə qiymətləndirməni həyata keçirən hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Arzu LTD MMC-nin Cavabdehnə qarşı icra məmuru tərəfindən dəvət edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair şikayəti qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar