Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3085/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(əri) X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 860 manat əsas və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 910 manat məbləğində borcun və 28 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 235№-li kredit müqaviləsinə əsasən: Kreditor, Borcalana kredit yolu ilə 860 AZN məbləğində məişət avadanlığı verir. Borcalan isə ilkin ödəniş etməməklə qalan məbləği 12 ay müddətində aylıq 71.66 AZN olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. Borclu tərəfindən ödənişli sözü gedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəyir kimi öhdəlik götürmüşdür. Müqavilənin digər bəndinə əsasən: Borcalan tərfindən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda Borcalan kreditora 50 AZN məbləğində cərimə ödəyir kimi öhdəlik götürmüşdür. Bundan başqa xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə 235 №-li Zaminlik müqaviİəsi bağlanılmışdır. Zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə "Kreditora" olan "kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin kredit öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün "Borclu" həcmində məsuliyyət daşıyır kimi öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş və borcundan heç bir ödəniş etməməklə 860 AZN məbləğini qaytarmamışlar. Cavabdehlərin ona olan borcunun qaytarılmasını tələb etsədə borcu qaytarmaqdan boyun qaçırmışlar. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlər artıq 2 ildir ki, hər hansı bir ödəniş etməmişdir. Evlərini satdığa qoymuşlar. Neçə dəfə evlərinə getmişlər, əlaqə saxlamışlar ancaq yenədə cavabdehlər borcu ödəmək fikirləri olmamışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №235 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana kredit yolu ilə 860 manat məbləğində məişət avadanlığı verməyi, borcalan isə hər ay 71.66 manat olmaqla 12 ay müddətində borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borclu tərəfindən ödənişlər sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödənilir.
6. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 dəyəri 860 manat olan Televizor(TV Yoshiro 43), aparat krosnu kimi məhsulları İddiaçı (VÖEN **********) təhvil almışdır.
7. İddiaçı (VÖEN **********) ilə zamin X2 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 245 saylı zaminlik müqaviləsindən görünür ki, X2 05 aprel 2022-ci il tarixli, №245 saylı kredit müqaviləsi üzrə borcalan kreditor qarşısında öhdəliklərini tam icra edənədək, kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
8. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №235 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin faktiki olaraq həmin müqavilə tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına səbəb olmuşdur.
10. Belə ki, İddiaçı dəyəri 860 manat olan məhsulları (Televizor,aparat krosnu) ilkin ödənişsiz 12 ay müddətində aylıq ödənişi 71.66 manat olmaqla qaytarılması şərtilə Cavabdeh1 nisyə satmışdır.
11. Zamin Cavabdeh2 isə xx.xx.2022-ci il tarixli, №235 saylı zaminlik müqaviləsinə əsasən alıcının öhdəlikləri barədə kreditor qarşısından alıcı ilə bərabər məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür.
12. İddiaçı həmin borc məbləğinin cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini cavabdehlərdən müştərək qaydada istəyir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
21. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
22. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
23. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi
24. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə(müqavilənin başlığında kredit yazılsa belə) əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Tətbiq edilən prosessual normalar:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. “Dövlət rüsumu haqqında” Qanunun:
32. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Nəticə:
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borcə görə 860 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 910 manat məbləğində pul vəsaiti, 28 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilməlidir.
34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Əsas borcə görə 860 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 910(doqquz yüz on) manat məbləğində pul vəsaiti və 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev