Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-311/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan M.Ə.Rasulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Binəqədi rayonu ərazisində yerləşən evi yandığı üçün 2003-cü ildə ona yerli hakimiyyət orqanları tərəfindən 100.000 manat həcmində maddi yardım edilməsi məqsədəuyğun sayılmışdır. Lakin, sonradan bu pul ödənilməmiş, əvəzində yanmış evinin əvəzində 25 iyul 2005-ci ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi tərəfindən 158 saylı qərarla qəsəbənin şimal hissəsi, Binəqədi şossesinin sol tərəfindən 400 kv.m. torpaq sahəsi ərinin adına satılmışdır. X13 26 aprel 2016-cı ildə vəfat edib və o, onun varisidir. 2006-cı ildə əri həmin ərazini şəxsi hesabına torpaqla doldurub abadlaşdırmışdır. Həmin ərazidə əri 6 daş kürsü kimi, 13 daş hündürlükdə isə ev tikmiş və damını bağlamışdır. Daha sonra əri yataq xəstəsi oldu və vəfat etdi. Əri vəfat etdikdən sonra, torpaq sahəsinin Cavabdeh1 MMC tərəfindən zəbt edilməsini və evin sökülməsini müəyyən etmişdir. Hazırda isə həmin ərazidə çox güman ki, eyni sahibkarlara məxsus olan (hüquqi ünvanları eynidir) digər cavabdeh şirkət Cavabdeh2 MMC-nin obyekti yerləşir. Torpaq sahəsi ilə bağlı mübahisə düşdükdə məlum olmuşdur ki, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 26 yanvar 2007-ci il tarixli 04/19 saylı qərar ilə qəsəbənin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfində 4300 kv.m sahə Cavabdeh1 MMC-yə ayırmışdır. Hazırda müəyyən edə bilmirlər ki, Cavabdeh1 MMC-yə torpaq ayrılması barədə sərəncam onlara ayrılmış torpaq sahəsini əhatə edir, ya yox. Ehtimal ki, cavabdehlər özlərinə ayrılmış torpaq hissəsinə ona aid torpaq sahəsini qatıblar. İstənilən halda hesab edir ki, cavabdehlər ona aid torpaq sahəsinə qanunsuz olaraq sahiblik edirlər. Hətta onun torpaq sahəsi Cavabdeh1 MMC-yə Binəqədi rayon, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 26 yanvar 2007-ci il tarixli 04/19 saylı qərarı ilə satılması, ən azından ona aid hissədə satılması etibarsızdır (əhəmiyyətsizdir). Belə ki, həmin torpaq sahəsi hələ 2005-ci ildə ona satıldığı üçün 2007-ci ildə onun mülkiyyətində idi, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi artıq həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığı üçün belə çıxır ki, bələdiyyə özünə aid olmayan əmlak barəsində əqd bağlayıb. Belə əqd puç əqddir. Belə əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə iddia, yəni vindikasiya iddiası qaldırmaq haqqı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edən zaman, bildirdi ki, həmin torpaq 2005-ci ildə ayrılmışdır. Lakin tərəfin təqdim etdiyi sxem əsasında torpağını müəyyən etmək mümkün deyil. Cavabdeh1 MMC-nin vəkili Vəkil elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək göstərdi ki, qaldırılmış iddia tələbi ilə qəti olaraq razı deyil. İlk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının bu iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı iddia edir ki, ölmüş X13a torpaq sahəsi ayrılmış və guya həmin torpaq sahəsi bizim tərəfimizdən zəbt edilərək və istifadə edilir. İddiaçı eyni zamanda özünü Ağayar Hüseynovun vərəsəsi elan edir və buna görə də iddia irəli sürür. Halbuki iş materiallarına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni əlavə etməmişdir. İş hakim Etibar Mustafayevin icraatında olan zaman tərəfimizdən bu məsələ qaldırılmış və iddiaçı şəhadətnaməni gətirəcəyini bildirsə də hələ də həmin şəhadətnaməni məhkəməyə təqdim etməmişdir. Buna görə də hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. Bundan başqa iddiaçının qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi olsa belə iddia rədd edilməlidir. Buna səbəb iddiaçıya da Neman İKF MMC-yə də ayrı-ayrılıqda müxtəlif tarixlərdə Bələdiyyə tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin satılması barədə qərarlara diqqətlə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi Binəqədi şossesinin sol hissəsində, bizə ayrılmış torpaq sahəsi isə Binəqədi şossesinin sağ hissəsində yerləşir. Bu da ona dəlalət edir ki, hər iki şəxsə ayrılmış torpaq sahəsi bir-birinin üstünə düşmür və zəbt edilmə halı qeyrimümkündür. Çünki biri sağ tərəfdə digəri isə sol tərəfdə yerləşir. İddiaçının əgər həqiqətən də torpağı zəbt olunubsa bu zəbtetmə bizim müəssisə tərəfindən deyil digər şəxslər tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı icraat dayandırlmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən həmin iş üzrə mütəxəssis rəyi tərtib edilmiş və rəydən görünür ki, adıçəkilən torpaq sahəsi, yəni iddiaçının vizual olaraq göstərdiyi torpaq sahəsi dövlət mülkiyyəti olan torpaq sahəsidir və elektron kadastr baza məlumatlarına əsasən bu yüksək gərginlikli elektrik enerjisi xətlərinin mühafizə zolağına düşən sahədir. Göründüyü kimi belə bir hal olsa idi belə, yəni iddiaçıya belə bir torpaq sahəsi ayrılsa idi belə bu aktın özü əhəmiyyətsiz bir akt olmalı idi. Çünki həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətində heç bir zaman olmamış və dövlət mülkiyyəti olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi kimi onun ölmüş ərinə yarılmış torpaq sahəsinin məhz bizim tərəfimizdən zəbt edilməsini sübut edə bilmir. Bu mütəxəssis rəyi ilə də mümkün olmamışdır. Bu əsasdan da hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırda ökə xaricində olmağımı və iddiaya təqdim etdiyim yazılı mülahizəni nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin nümayəndələri iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 843 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Baş nazirə və Binəqədi RİH-ə ünvanladığı maddi yardım edilməsinə dair müraciətləri ilə əlaqədar vətəndaşa 100000 manat həcmində maddi yardım olunması məqsəduyğun hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə ərizəsinə cavab olaraq ona M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən torpaq sahəsi təklif olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 25 iyul 2005-ci il tarixli 158 nömrəli qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası, H.Vəzirov küçsi, ev 9da pasport qevdiyyatında olan, hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci keçid, ev 7 “ğ”-də yaşayan vətəndaş X2 M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən ərazidən 400 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2005-ci il tarixli rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə duşmu ərazidən 400 kv.m torpaq sahəsi Binəqədi RİH-in memarlıq xidməti tərəfindən fərdi yaşayış evini tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsi ərazisində 0,04 ha torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli, 158 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X5 tərəfindən ******* manat haqq ödənilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, 1 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2023cü il tarixli müraciətinizə əsasən vətəndaş X5 barəsində Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 158 saylı qərar və ona əlavə edilmiş digər sənədlər X12 filialinda mövcuddur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 02 may 2019-cu il tarixli məktubundan görünür ki, 5 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2019cu il tarixli müraciətinizə əsasən vətəndaş Cavabdeh1 MMC barəsində Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 04/19 saylı qərar və ona əlavə edilmiş digər sənədlər X12 filialinda mövcuddur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X4 ərizəsi əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-də 1-HK-568 sayı ilə qeydə alınmış və toplanmış materialda AR CM-in 177-ci maddəsinin tərkib əlamətləri olduğundan material aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 195 nömrə ilə qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında 06 noyabr 1964-cü ildə rəsmi nikah qeydə alınmışdır. Naxçıvan “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 342 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 26 aprel 2016-cı ildə ölmüş həyat yoldaşı X2 adına vərəsəlik işi açılmışdır. (iş vər. 33) Naxçıvan “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 904/2025 nömrəli məktubundan görünür ki, 26 aprel 2016-cı ildə vəfat etmiş mərhum X2 adına Naxçıvan Regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə açılmamışdır. (iş vər. 107) Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həqiqətən də Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 158 saylı qərar ilə X3 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Baksol massivindən 400 kv.m torpaq sahəsi, eləcə də Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04/19 saylı qərar ilə alqı-satqı yolu ilə “Neman” İKFnin mülkiyyətinə firmanın istehsalat sahəsinin genişləndirilməsi məqsədilə Baksol massivindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 4300 kv.m torpaq sahəsi ayrılmışdır. Baksol massivində yerləşən sözügedən ərazilər istifadə üçün yararsız vəziyyətdə olduğundan “Neman” İKF-yə ayrılmış ərazinin abadlaşdırılması qərara əsasən firmaya həvalə edilmiş, vətəndaş A.N.Hüseynova ayrılmış ərazinin abadlaşdırılması isə bələdiyyə tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Hazırda Naksol massivində yerləşən əraziyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, yalnız “Neman” İKF firmaya ayrılmış ərazini abadlaşdıraraq ətrafını hasara almış və uzun müddətdir ki, orada fəaliyyət göstərir. X1 ayrılmış torpağın ərazi planına əsasən isə ərazinin yerləşdiyi sahəni müəyyən etmək mümkün olmamışdır. Odur ki, torpaq sahəsinin ərazi planın istinad yerinin olmaması X1 ayrılmış ərazi ilə “Neman” İKF-yə ayrılmış ərazinin üst-üstə düşübdüşməməsinin müəyyənləşdirilməsini mümkünsüz edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən mübahisəli torpaq sahəsinə texniki baxış üçün nümayəndə ilə birgə ünvanda olunmuş, lakin sahə digər şəxslər tərəfindən zəbt olunduğundan, giriş-çıxış qapısı bağlı olduöundan sahəyə daxil olmaq mümkün olmamışdır. Vizual baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə yeksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin hər hansı bir Dövlıt təsisatlarının balansında olması barədə məlumat yoxdur. Bundan əlavə təqdim olunmuş cizgidə istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin ona təhvil verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki məhkəmə araşdırması zamanı, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmiş, vizual baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə yeksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin hər hansı bir Dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur. Bu səbəbdən də, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağı olduğundan, iddia təmin edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-311/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-311/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver