Məhkəmə qərarları › İş №2(001)-3138/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3138/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3138/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən yaradıcılıq emalatxanasının açarlarının ona təhvil verilməsi və Cavabdeh əşyalarının buradan xaric edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 2658/2025 saylı qərardadı ilə birinci dəfə iddia ərizəsi geri qaytarılan zaman iddiaçıya digər nöqsanları aradan qaldırmaqla bərabər, dövlət rüsumunun ödənilməsi barədə qəbzin də əlavə edilməli olması izah edilmişdir. Lakin iddia ərizəsinə əlavə edilən sənədlərdən iddiaçının məhkəmədə iddia verilməsi üçün dövlət rüsumu ödədiyi müəyyən edilmir. Hansı ki, “Dövlət rüsumu haqqında” AR qanunun 8.2-ci maddəsində göstərilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar