Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3141/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Teymurlu Alimşah Dənyar oğlunun Cavabdeh və ailəsinə qarşı “qanunusuz hərəkətlərə son qoyulması, vurulmuş zərərin əvəzinin ödəniməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxx 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Xalid Şamxal oğluna və ailəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və ailəsinin bir neçə il ərzində davamlı olaraq onun həyatına, sağlamlığına vurduqları zərərə görə cəzalandırılmaları, eləcə də, cavabdehlərdən əmlakına vurulmuş zərər görə 22000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəni nəzərdən keçirərkən məlum olur ki, ərizə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə cavab vermir. Həmin maddələrin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, cavabdehə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, ərizədə cavabdeh kimi Cavabdeh adı göstərilsə də, digər cavabdehlərin adları göstərilməmiş, habelə, cavabdehin ünvanı kimi “Binəqədi rayonu, 6-cı mkr., Ü.Hacıbəyov küçəsi, ev 4, mənzil 44” göstərilməsinə baxmayaraq, bunu təsdiq edən sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Teymurlu Alimşah Dənyar oğlunun Cavabdeh və ailəsinə qarşı “qanunusuz hərəkətlərə son qoyulması, vurulmuş zərərin əvəzinin ödəniməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3141/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3141/2021
01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver