Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3151/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin ərazidə yaxın qohumu X1 öz şəxsi vəsaitləri hesabına inşa etdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək, çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayon İcra Başçısının 489 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış sahəsinin tikintisi üçün yaxın qohumu X2 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikinti işlərinin layihə sənədləri əsasında aparılması qeyd olunmuşdur. Sərəncamdan irəli gələn göstərişləri X3 qanunauyğun şəkildə icra etmişdir.Sərəncamın surətləri Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə nümayəndəliyinə və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə göndərilmişdir. Yaxın qohumu Aslan Qəniyev ona ayrılmış 600 kv.m torpaq sahəsində 2 (ikiotaqlı) ev inşa etmiş və həmin evdən istifadə etmək üçün ona AR-İİ № 112990 nömrəli 02 sentyabr 2020-ci il tarixli 60 (altmış) il müddətinə Etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2080-ci il tarixədək qüvvədədir. O, yaxın qohumu Aslan Qəniyevə məxsus 2 (ikiotaqlı) mənzili Cavabdeh Fəxrəddin oğluna ailə üzvləri ilə birlikdə yaşamaq üçün kirayəyə vermişdir. İndi də onların həmin mənzildən çıxara bilmir. Onun ailə üzvlərinin sayının çoxalması ilə əlaqədar yaşadıqları ünvandakı evlərinin darısqal olmasına görə artıq Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin Sulutəpə qəsəbəsindəki mənzildən istifadə hüquqlarına xitam verilməsinə zərurət yaranmışdır. Onun bu barədə Cavabdeh Fəxrəddin oğluna dəfələrlə xəbərdar etməsinə baxmayaraq, o, könüllü olaraq evlərindən çıxmır. Bununla da onların öz vəsaitlərinin hesabına inşa etdikləri mənzildən istifadə hüquqlarının pozulmasına səbəb olur. Ona görə də bu məsələnin məhkəmə qaydasında həll olunmasına ehtiyac vardır. Cavabdeh Fəxrəddin oğlunun və onun ailə üzvlərinin yuxarıda qeyd olunan mənzildən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməlidir. Cavabdeh Fəxrəddin oğlu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Çünki iş materiallarından görünür ki, iddiaçı tərəf ona verilmiş etibarnaməyə istinad edərək, iddia tələbi irəli sürüb. Həmçinin mövcud qanunvericilik nümayəndəlik institutu ilə bağlı bu hallarda qadağan edir. Eyni zamanda iddia edilən mübahisəli yaşayış evi onlara məxsusdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (vəkili) Vəkil1 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh Fəxrəddin oğlunun nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etmədiklərini və iddiaçının subyektiv hüququ olmadığından iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Binəqədi rayon İcra Başçısının xx.xx.2000-ci il tarixli 489 №-li Sərəcamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29 iyul 1999-cu il tarixli Sərəncamına əsasən, Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış sahəsinin tikintisi üçün X2 600 kv.m torpaq sahəsi ayrılmışdır. 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 Bakı şəhəri Binəqədi RİHB-nin xx.xx.2000-ci il tarixli 489 №-li sərəncamın əsasən ona məxsus olan Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 52 (əlli iki) il müddətinə verilib və 29 sentyabr 2059cu il tarixədək qüvvədədir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 09 iyun 2023-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsində daşınmaz əmlakın yerini müəyyənləşdirməyə imkan verən məlumatlar qeyd edilmədiyindən, sorğunun cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin hallarından da göründüyü kimi, iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin ərazidə yaxın qohumu X1 öz şəxsi vəsaitləri hesabına inşa etdiyi və etibarnamə əsasında onun istifadəsinə verilmiş mənzildən istifadə hüquqlarına xitam verilərək, çıxarılmaları” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsi X1 istifadəsinə verilmiş və həmin torpaq sahəsində yerləşən yaşayış evi isə özbaşına tikilidir və iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ tanınmamışdır. İddiaçı iddianın əsası kimi 29 sentyabr 2009-cu il tarixli ƏN-İ seriyalı 130669 №-li Etibarnaməni məhkəməyə təqdim etmiş olsa da, həmin etibarnamə ilə verilmiş səlahiyyətlər iddiaçının mübahisəli evlə bağlı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun yaranmasına əsas ola bilməz. Belə ki, həmin etibarnamə ilə iddiaçıya yalnız X1 adından Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m 300 kv.m torpaq sahəsi ilə əlaqədar sərəncam hüquqlarının həyata keçirilməsi səlahiyyəti verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı “mənzildən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3151/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3151/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver