Məhkəmə qərarları › İş №2(001)-317/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-317/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-317/2024 11.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X26” Şirkətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“X26” şirkətinini və Bakı şəhəri Binəqədi rayonun X9ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilməklə) “torpaq sahəsində yerləşən tikilidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nm alt Yssəsi, V məhəllə, Ev(bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və həmçinin həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı səhəri Binəqədi rayonu X5 03 iyul 2003-cü il tarixli № 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 boş torpaq sahəsinin (hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev(bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsi) fərdi yaşayış evinin tikintisi üçün həyat yoldaşım X14 alqı-satqı qaydasında ayrılması qərara alınmışdır. AİT № 212496 nömrəli X19 qəbzindən göründüyü kimi, avqust 2003-cü il tarixdə X18 tərəfindən X5 büdcəsinə 2.400.000 (köhnə pulla) manat məbləğində pul ödənilmişdir. Qərar və ödəniş qəbzi əsasında, X16 orqanı ilə X18 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 m2 torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi, torpaq sahəsi tam mülkiyyət hüququ ilə həyat yoldaşı X14 məxsusdur. Həmin əmlak onunla X10 birgə nikah dövründə alınmış və ümumi birgə mülkiyyəti hesab olunur və yalnız onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları vardır. xx.xx.2021-ci il tarixdə isə həyat yoldaşı X18 vəfat etdi. Onun miras qalmış əmlaklarına dair Bakı şəhəri 40 saylı Notariat ofisində vərəsəlik işi açılmış və Notariat Orqanının verdiyi xx.xx.2021-ci il tarixli 477 nömrəli məktubundan göründüyü kimi, o, İddiaçı, onun vərəsəsi kimi tanınmışdır. Odur ki, hazırda X10 hüququnlarını təmsil edir. Qeyd edir ki, hazırda mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 torpaq sahəsindən (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən) və onu üzərində olan natamam tikilidən mülkiyyətçi olaraq istifadə edə və həmin torpağa dair sərəncam verə bilmir. Məsələ burasındadır ki, mərhum həyat yoldaşı həmin torpaq sahəsi üzərində yaşayış sahəsi tikərək torpağı və tikilini satmaq niyyətində idi. Lakin mərhum həyat yoldaşı onkoloji xəstəliyə tutulduğuna görə tikintini özü həyata keçirə və nəzarət edə bilməmişdir. Bu zaman qardaşı Cavabdeh özünün xahişi ilə tikintinin həyata keçirilməsinə nəzarət etməsi şərti ilə həmin natamam tikilidə müvəqqəti qalmasına icazə verdi. Cavabdeh fürsətdən istifadə edərək öz evlərini, pulunu borcunu bağlamaq üçün sərf etmiş, özü isə həyat yoldaşının qalmağa icazə verdiyi natamam tikilidə qalmağa başlamışdır. Həmin tikili başa çatmamış, heç bir şəraiti yoxdur, yaşamaq üçün tamamilə əlverişsizdir. xx.xx.2021-ci il larixdə həyat yoldaşı X18 vəfat etdikdən sonra o, Cavabdeh torpaq sahəsini satmaq istədiyini bildirdi. Cavabdeh bildirdi ki, alıcı tapılandan sonra torpağı tərk edəcəkdir. Lakin dəfələrlə alıcı tapmağına baxmayaraq, cavabdeh torpaq sahəsini və natamam tikilini tərk etmir, əksinə onu təhqir edir və öz mülkiyyətinə daxil olmağa belə imkan vermir. Cavabdehin həmin torpaq sahəsi və natamam tikili üzərində heç bir hüququ yoxdur. Bugünədək cavabdeh qanunsuz olaraq onlara məxsus olan həmin torpaq sahəsində və natamam tikilidə qalmağa və istifadə etməyə davam edir. Bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur və o, öz əmlaklarından istifadə, sahiblik və ya sərəncam hüquqlarını həyata keçirə bilmir. O, dəfələrlə cavabdehdən həmin torpaq sahəsini tərk etməyini xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, əksinə onu təhqir edərək həmin torpaq sahəsindən qovmuşdur. Odur ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə bir neçə dəfə müraciət edərək, cavabdehin ona məxsus torpağı və tikilini zəbt etməsini, onun hüquqlarını pozmasını, tikilidən və torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, polis əməkdaşları tərəfindən xahişi icra edilməmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli cavab məktublarında məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Odur ki, hazırki mülki iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, o, dul qadındır, işsiz, heç bir gəlir və ya qazanc yeri yoxdur. Həyat yoldaşının ölümündən sonra dolanmaqda çətinlik çəkir. Həmin torpaq sahəsini satmaq niyyətindədir. Odur ki, hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsindən və üzərindəki natamam tikilidən çıxarılmalı, onun torpaq sahəsinə və natamam tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə qanunsuz müdaxiləyə son qoyulmalı, mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Odur ki, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmənin diqqətinə həmçinin çatdırır ki, iddiaçı olaraq onun evin qanuni gözlənti hüququ vardır. Belə ki, həyat yoldaşı X14 məxsus olan torpaq sahəsi və üzərindəki natamam tikilinin yeganə varisi odur. O, hazırda həmin torpaq sahəsinə arxiv çıxarış almaq və hüquqlarını rəsmiləşdirmək niyyətindədir. Lakin cavabdehin həmin torpaq sahəsində qanunsuz olaraq qalması və istifadə etməsi onun mülkiyyət hüquqlarını pozur. Odur ki, qanuni gözlənti hüququna malik olduğuna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək öz mülkiyyətindən digər şəxslərin qanunsuz istifadəsinin qarşısını almaq istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, şəkillərdən görünür ki, onların darvazası yola aşmış və hasar uçmuşdur. Bu hal bir neçə dəfə baş vermişdir. 2020-ci ilin sentyabr ayında yoldaşı xəstəliyi barədə məlumat almış, bu məsələ ilə özü məşqul ola bilmədi buna görə də Nərimandan tikintinin aparılmasına nəzərət etməyi və köməklik etməyi xahiş etmişdir. Nərimanın isə yaşamağa yeri olmadığı üçün yoldaşından orda qalmasına icazə verilməsini xahiş etdi. Yoldaşı xəstə olduğu üçün razılaşdı, dedi biraz şərait yaradaq qalsın orda, həmdə fəhlələrə nəzarət etsin. Rəhmətə gedəndən sona torpağı satmaq istədi və dəfələrlə Nərimana bildirdi ki, çıxsın ordan. Hər dəfə deyirdi ki, narahat olmayın satılan kimi çıxacaq. Lakin sonradan müxtəlif bəhanələrlə həmin tikilidən çıxmağa imtina etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edib, nümayəndəsi və vəkili olduğu İddiaçı göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, mübahisəli yaşayış evi 2-3 kərpicdən və balaca hasardan ibarət olub. Hasar isə tez-tez aşırdı. Mərhum qardaşı orada yaşamadığını bildirərək torpağı onun istifadəsinə vermiş və o, qeyd edilən torpaq sahəsində öz vəsaiti hesabına balaca və bir otaqdan ibarət tikili tikmiş və hazırda da, orada yaşayır. Tikilinin nə işığı nə də qazı var, ümumiyyətlə heç bir şəraiti yoxdur. Yalnız balaca qaz balonundan istifadə edir. İş üzrə ifadələri zəruri olan, həmin tikilinin onun vəsaiti hesabına inşa olunmasını təsdiq edən şahidləri təsdiq edə bilərlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, torpaq sahəsində yerləşən əlavə tikili yox idi, onu özü tikmiş, damını örtmüş, qapı pəncərə qoymuş, içərisini suvağ edib və hal-hazıradək orada yaşayır. Mərhum qardaşı oranı ona evi olmadığı üçün vermişdir. Orda yaşayan qonşular evin onun tərəfindən tikilməsini təsdiq edə bilərlər. O, 5 ildir daimi olaraq həmin evdə yaşayır. Məhkəmənin sonuncu iclasında isə Cavabdeh bildirmişdir ki, qardaşı mərhum X14 Bələdiyyə tərəfindən satılmış torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, hazırda Binəqədi Oyl şirkətinə məxsusdur. Həmin torpaq sahəsində iki ev mövcuddur, bunlardan böyük ev mərhum qardaşı İmran Səmədov tərəfindən, balaca ev isə onun tərəfindən inşa edilmişdir. Onun hazırda böyük evə dair heç bir iddiası yoxdur. O, balaca evi özü tikdiyindən, özünə yaşamaq üçün şərait yaratdığı üçün hesab edir ki, həmin ev ona məxsusdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahatında bildirmişdir ki, araşdırma zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, “Binəqədi” Oyl şirkətinə məxsusdur. Həmin torpaq üzrəində tikilmiş və hazırda mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşayır. Oranı Nəriman tikib və özünün yaşaması üçün yararlı vəziyyətə gətirib. Hazırda Cavabdeh mərhum qardaşı tərəfindən inşa edilmiş böyük evə iddialı deyil, özünün yaşadığı balaca evə iddialıdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X26” Şirkətinin nümayəndəsi X15 izahatında bildirdi ki, mübahisə predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsi “X26” Şirkətinə məxsus, yəni dövlət torpağıdır. Üzərində olan tikili isə özbaşına tikilidir. Qeyd edilən halların qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmənin 05 fevral 2024-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X5 nümayəndəsi X11 izahatında göstərmişdir ki, 03 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu X9 X14 600 kv/metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yaşayış massivinin ərazisindədir və əhatəsində olan evlərin hər biri yaşayış sahəsidir. Qeyd edilən yaşayış sahələrinə bütün kommunikasıya xətlərinin çəkilməsi hər biri dövlət tərəfindən həyata keçirilib. Hazırda oradakı tikililərin hər biri işıq, qaz və su üçün sayğaclarla təmin edilib. 2000-ci ildə dövlət torpaqlarının bir qisminin bələdiyyələr tərəfindən idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmuşdur. Həmin Sərəncama əsaslanaraq torpaq sahəsələrinin satışını həyata keçirmişlər. Əvvəllər qeyd edilən ərazi yaşayış üçün yararsız vəziyyətdə olub, sonradan vətəndaşlar tərəfindən həmin ərazi yararlı vəziyyətə gətirilmişdir. Məhkəmənin 03 iyul 2024-cü il tarixli iclasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisi onun qohumudur, Yeganə mərhum qaynının yoldaşı, Nəriman isə qaynıdır. İmran özü ona torpağın alınmasını demiş və şəkillər göstərmişdir. Özü həmin torpaqda olmamışdır. Nərimanın evi yox idi, Yeganə gəlib ona demiş ki, Nəriman orada qalmaq istəyir və Yeganə ilə İmrandan bunun üçün icazə almış, onlar isə buna icazə vermişlər. Lakin Yeganə həmin tikilinin üstünün damının olmadığını bildirmişdir. O, 1983-cü ildə ailə qurmuş, o vaxtı Nərimanın 2-ci mikrorayonda evi var idi, sonradan bilmədi necə oldu həmin ev, hazırda isə evi yoxdur. Nəriman ali savadlıdır, lakin uzun müddət işləməyib. İmranın isə yaxşı iş yeri var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən Nərimanla qonşuluqda yaşayır, lakin Nərimanı 4-5 il olar tanıyır. 2020-ci ilə qədər o həyətdə balaca tikilini görməmişdir. Onların yaşadıqları ərazidən biraz kənarda tikinti materialları dükanı var, Nərimanı əlində taxta və digər tikinti materialları aparanda görmüş, lakin həmin evin tikintisi üçün Nərimanın usta çağırmasını, ödəniş etməsini və evin şəxsən Nəriman tərəfindən tikildiyini görməmişdir. Qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin Nəriman tərəfindən necə əldə edildi və kimə məxsus olması barədə Nərimanla söhbətləri olmayıb. Həmçinin həmin evdə Nərimandan başqa heç kimi görmədiyini bildirdi. Nərimanla onun evinin ara məsafəsi 500 mentr olar. O, həmçinin bildirdi ki, İmran Səmədovu tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən orada yaşayır. Onun evi iki mərtəbəli evdir. Onun evindıən baxanda Nərimanın yaşadığı ev görünürdü. Lakin sonradan evlər tikildiyindən görüntü kəsildi. Nərimanın həmin evdə nə vaxtdan yaşamasını bilmir. Nərimanla gediş-gəlişləri olmayıb, sadəcə 4-5 il olarki qonşu kimi münasibətləri yaranıb. Yəni, 2015-ci ildə o, öz evinə köçəndə salamı olmasa da, Nərimanın həmin evdə yaşadığını görmüşdür. Həyətdə iki ev var, biri böyük, digəri balaca evdir. O, öz evinə köçəndə balaca ev tam yaşanası kimi deyildir, yarımçıq tikili idi. O, evin içərisini görmədiyindən, yaşayışa yararlı olub-olmadığını bilmir. Həmin torpağın kimə məxsus olması ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. Tikintinin kim tərəfindən aparıldığını gösrməsə də, ama Nərimanı həmişə orda görmüşdür. Həmin evdə Nərimandan başqa kiminsə yaşadığını görməmişdir. O, ehtimal edir ki, əgər Nəriman orada yaşayırsa deməli ev də onun tərəfindən tikilibdir. Nərimanın evi ilə, onun evinin məsafəsi 100 metr olar. O, həmin evi həmişə Nərimanın evi kimi qəbul etmişdir. Evin yerləşdiyi torpaq sahəsinin təxminən 6 sot olmasını bildirdi. Mülki iş materiallarında olan: X4 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərardan görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 alqı-satqı qaydasında ayrılması, həmin torpaq sahəsinə görə X5 hesablaşma hesabına müvafiq məbləğin iki milyon dörd yüz min (2400000manat) ödənişi həyata keçirməsi və torpaq vergisini vaxtı-vaxtında ödəməsinin tapşırılması qərara alınmışdır. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlaması və qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair tələb olunan hüquqi sənədlərin alınması üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi X14 tapşırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, X5 212496 nömrəli kassa mədaxil orderindən görünür ki, X18 tərəfindən qeyd edilən hesaba iki milyon dörd yüz min manat pul ödənilmişdir. Torpaqların alq-satqısına dair müqavilədən görünür ki, qərar və ödəniş qəbzi əsasında X9 ilə X18 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 kv/metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Nərimanov rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 375090 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X13 arasında 18 iyun 1993-cü ildə il tarixdə nikah bağlanmış və həmin nikah 384 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Səmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 5 ədəd foto şəkillərdən görünür ki, tikintisi başa çatmamış iki mərtəbəli ev və yanında yerdən tikilmiş bir qapısı olan yarım tikili mövcuddur. X8 surətindən görünür ki, X18 xx.xx.2021-ci ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda arvadı İddiaçı vərəsəsi olması o, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə X14 verilmiş 30/2397 qeydə alma nömrəsi ilə 69 nömrəli kitabın 10317-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 26.7 kv/metr, 2 otaqlı oln mənzildən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən göünür ki, Bakı şəhəri Binəqədi Rayonu X5 3 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı ilə X14 ayrılmış 600 kv/metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 47.1-ci maddəsinə əsasən Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65.7-cı maddəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin :ınunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu 'ildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun ; ötürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə rilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu axtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan gätürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə : dər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin -vəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən riakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 238.1-ci maddəsinə əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş ısaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı mərhum X10 həyat yoldaşı olmaqla yanaşı, onun vərəsəsi olması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X18 ilə X13 18 iyun 1993-cü ildə il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmçinin müəyyən edilmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnaməsi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda arvadı İddiaçı vərəsəsi olması o, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə X14 verilmiş 30/2397 qeydə alma nömrəsi ilə 69 nömrəli kitabın 10317-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 26.7 kv/metr, 2 otaqlı oln mənzildən ibarətdir. Məhkəmə cavabdehin çıxarılması tələb edilən torpaq sahəsi ilə bağlı qeyd edir ki, Bakı səhəri Binəqədi rayonu X5 03 iyul 2003-cü il tarixli, 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv/metr boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X14 alqısatqı qaydasında ayrılmış, həmin torpq sahəsi üçün İmran Səmədov tərəfindən X5 büdcəsinə 2.400.000 (köhnə pulla) manat məbləğində pul ödənilmiş və qeyd edilən torpaq sahəsi ilə bağlı X9 ilə X18 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilib, X1 əks etdirən 600 kv/metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi hazırda mübahisə predmeti olan torpaq sahəsinin mərhum X14 ayırılması da işin mübahisəsiz halıdır. Torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikilərin kimin tərəfindən inşa edilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, cavabdeh izahatında torpaq sahəsində yerləşən əlavə tikili yox idi, onu özü tikməsini, damını örtdüb, qapı pəncərə qoyub, içərisini suvaq etməsini bildirmiş və bunun şahid ifadələri ilə təsdiq edildiyini bildirmişdir. İş üzrə müəyyən edilmişdir ki (elektron kabinetə əlavə edilmiş fotoşəkillərdən), sözügedən torpaq sahəsində iki mərtəbəli yarımtikili mövcud olmuş, həmin tikiliyə bitişik bir otağda cavabdeh müəyyən rekanstruksiya işləri görərək yaşayış sahəsi kimi istifadə edir. Cavabdehin həmin otaqdan heç bir qanuni əsas olmadan istifadə etdiyi ilə bağlı məhkəmə iddiaçının dəlillərini əsaslı sayır. Bu fakt iş üzrə dindirilmiş şahid X6 ifadəsi ilə təsdiq olunur. Cavabdeh yalnız şahid ifadələrinə əsaslanmış, şahidlər isə öz ifadələrində evin Cavabdeh tərəfindən tikilməsini, eləcə də onun hazırda orada olan bir otaqda yaşamasını qeyd etsələr də, onlardan X24 iki mərtəbəli tikilinin şəxsən Nəriman tərəfindən tikildiyini görmədiyini, torpağın kimə məxsus olmasını bilmədiyini, X17 isə evin 1 otaqdan ibarət balaca evin Nərimana məxsus olduğunu ehtimal etdiyini bildirmişlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə, tikililərin mərhum X2 özü tərəfindən tikilməsi ilə bağlı iddia ərizəsində göstərilənləri, işə əlavə edilmiş yarımçıq tikililərlə bağlı çəkilmiş 5 ədəd fotoşəkili və iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsini inandırıcı hesab edir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisəli torpaq sahəsi mülkiyyətdə olmasa da, orada qanunsuz inşa edilmiş yarımtikili ev fiziki obyekt olaraq iqtisadi dəyərə malikdir. İddiaçı X10 vərəsəsi olmaqla onun gələcəkdə bu torpağa və evə dair mülkiyyət hüquqlarının həyata keçirməsi ilə bağlı gözləntisi var və cavabdehin həmin fərdi yaşayış evindən çıxmaması iddiaçını bu hüququn həyata keçirməsinə maneə yaradır. Təsadüfi deyil ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi nəzərdə tutulmuşdur. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». Qeyd ediılməlidir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli tikiliyə çəkdiyi xərclərlə bağlı zəruri sübutları mövcud olduğu halda həmin xərcləri iddiaçıdan tələb etmək hüququ mövcuddur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən Cavabdeh çıxarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 m2 torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən Cavabdeh çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar