Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3177/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi(vəkili) X11 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edibetməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onunla X8 arasında məhkəmə çəkişməsi olmuşdur. Guya onun X5 vurması nəticəsində o, yıxılaraq xəsarət almış və nəticədə cavabdeh olan klinikada müalicə olunmuşdur. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan sağlamlığının pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10000 manat pul vəsaitinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı. xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ondan 6851 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, əslində X5 vurmamış, o, həmin xəsarəti iş yerində işlədiyi zaman iş qəzası keçirərək almış, əməliyyata çəkdiyi xərci isə onun üstünə yıxmışdır. Qeyd edir ki, adı çəkilən X9 xəsarəti ilə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən bildirmişdir ki, nəvəsinin ölüm xəbəri ilə əlaqədar halı pisləşmiş və xəstəxanada yıxılmışdır və bu məlumat Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 10 may 2022-ci il tarixli vəkil sorğusuna cavabda öz təsdiqini tapmışdır (məktubun surəti qoşmaya əlavə olunur). Məhkəmə instansiyaları isə X4 həqiqətən əməliyyat olunub-olunmaması və əgər əməliyyat olunubsa əməliyyat çəkilişinin mövcud olub-olmamasını, həmçinin X4 aldığı xəsarətin hansı dövrdə aldığını araşdırmamış, yalnız cavabdehin məhkəməyə təqdim etdiyi əməliyyat xərcini əks etdirən hansısa saxta sənəd, əsaslanaraq qərar çıxartmışdır.Qeyd edir ki, o, cavabdeh HB Güvən Klinik MMC-yə X4 həqiqətən əməliyyat olunub-olunmaması (əməliyyatın tarixi) barədə ətraflı məlumatın və əgər əməliyyat olunubsa əməliyyat çəkilişinin təqdim edilməsi barədə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Odur ki, həmin məlumatların və video diskin məhkəmə qaydasında tələb edilməsinə zərurət meydana gəlmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X6 Cavabdeh MMC-də tibbi xidmət göstərilmiş və həmin tibbi xidmətə dair müvafiq sənədlər Biləsuvar rayon Məhkəməsinin sorğusu əsasında həmin məhkəməyə göndərilmişdir. Cavabdeh MMC-də keçirilən əməliyyatların video çəkilişləri aparılmır. Nəzərə alınması zəruridir ki, hazırkı iş üzrə iddiaçı İ.B.X3 aid tibbi və digər sənədləri sonuncunun ona qarşı Biləsuvar rayon Məhkəməsində irəli sürdüyü iddia tələbi üzrə mülki işin materiallarından əldə etmişdir. İddiaçının hazırkı iddia tələbi formal xarakterlidir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi(vəkili) X14 iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavbadehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı sağlamlığının pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı sağlamlığın pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 6851(altı min səkkiz yüz əlli bir) manat məbləğində pul vəsaitinin iddiaçı X4 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" klinikasının xx.xx.2021-ci il tarixli avans ödəmə qəbzindən görünür ki, iddiaçı X2 3000 (üç) min manat, xx.xx.2021-ci il tarixdə 24 (iyirmi dörd) manat, 14523 saylı çeklə 50 (əlli) manat, 14785 saylı çeklə 89 (səksən doqquz) manat, 14521 saylı çeklə 153 (yüz əlli üç) manat, 14522 saylı çeklə 65 (altmış beş) manat, 1459 saylı çeklə 3000 (üç min) manat ödənişlər etmişdir. İş materiallarında olan "xxxx" klinikasının ******* saylı ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi klinikada müalicə almışdır. İş materiallarında olan "xxxx" klinikasının ******* saylı ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X6 diaqnoz-sol bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı XBT-10-S 72.0. İş materiallarında olan "xxxx" klinikasının 10 mart 2022-ci il tarixli 43/22 saylı məktubundan görünür ki, X8 xx.xx.2021-ci il tarixində "xxxx" klinik MMC-də əməliyyat olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək klinikanın stasionar şöbəsində yatmışdır.İş materiallarında olan "xxxx" klinikasının 14 aprel 2022-ci il tarixli 67/22 saylı məktubundan görünür ki, X4 "xxxx" MMC-də əməliyyat olunması zamanı müayinə, müalicə və s. ilə bağlı olaraq klinikaya etdiyi rəsmi ödənişləri 1266 nömrəli xx.xx.2021-ci il tarixinə qaimə fakturada göstərilən tibbi ləvazimatların (protez) alınması üçün ƏDV daxil 3500 (üç min beş yüz) manat, əməliyyat xərci olaraq 3000 (üç min) manat, digər müayinələrin dəyəri olaraq 351 (üç yüz əlli bir) manat, ümumilikdə 6851 (altı min səkkiz yüz əlli bir) manat pul vəsaiti ödəmişdir”. İddiaçı müraciətinə cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 43/23 №-li məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-yə ünvanladığı tarixsiz müraciətində hazırda onunla X8 arasında məhkəmə mübahisəsinin olduğuna istinad edilərək, Ş.M.Heydərovun HB Güvən Klinik” MMC-yə müraciət edibetməməsi, onun Klinikada əməliyyat olunub-olunmaması barədə ətraflı məlumat verilməsi və əməliyyatın video diskinin təqdim olunması xahiş olunmuşdur. Tibb müəssisəsinə müraciət etmiş şəxs barəsində məlumatlar həkim sirri hesab olunur. Müraciətdə göstərilən məlumatlar müvafiq vəkil sorğusu və ya məhkəmənin sorğusu əsasında verilə bilər. 18 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda da iddiaçı cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 "xxxx" MMC-də müayinə və müalicə olması barədə sənədlərə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilən zaman sübut qismində qiymət verilmiş və həmin məlumatlar qətnamələrdə öz əksini tapmışdır. Eyni zamanda iddiaçı cavabdehin üzərinə “əməliyyatın video diskinin təqdim edilməsi” öhdəliyinin qoyulmasını tələb etmiş olsa da, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməliyyat olunan zaman videoçəkilişlərin aparılmasına dair sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə Cavabdeh MMC-də keçirilən əməliyyatların video çəkilişləri aparılmadığını qeyd etmişdir. Ona görə də, məhkəmə hesab edir ki,İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3177/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3177/2023
04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver