Məhkəmə qərarları › İş №2(001)-3181/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3181/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3181/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gündaz oğluna (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “hüquqların pozulmasının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutduğu torpaq sahəsinin ayrılması ilə bağlı zəruri razılaşdırma tətbirlərinin yerinə yetirilməməsi ilə müşayiət edilən hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi ilə bağlı Bələdiyyə ilə razılaşdırma tədbirlərinin yerinə yetirilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması, cavabdehin faktiki istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, 16 saylı yaşayış binasının arxasında (Azadlıq prospektinin kənarında) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyi torpaq sahəsi üzərində inşa etdiyi iaişə obyekti olan “Taqlaura Baku” restoranının tutduğu 750 kv.m torpaq sahəsinə görə 450.000 manat pulun və əldən çıxmış faydanın əvəzi olaraq 2.925 manat pulun, ümumilikdə 452.925 manat vurulmuş zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 6185/2020 nömrəli qərardadı ilə iddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “hüquqların pozulmasının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə öz seçiminə əsasən hazırki iddia ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-6185/2020 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 6185/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2132/2021 nömrəli qərardadı ilə iddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-6185/2020 nömrəli qərardadı ləğv edilmiş, mülki iş, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(103)-2132/2021 nömrəli qərardadında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən iddiaçı cavabdehlərdən maddi zərər qismində pul məbləğinin tutulmasını xahiş edir. Cavabdehlərin hər ikisi vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdir. Bu baxımdan iddiaçının iddia tələbi mübahisənin predmeti və subyektiv tərkibinə görə kommersiya xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyildir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bununla belə, hesab edirəm ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-153-cü, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gündaz oğluna (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “hüquqların pozulmasının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçınə hazırki iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar