Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-32/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim X1sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən “Q” tikilisinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəymiş 59.400 manat məbləğində maddi zərərin, 4.800 manat məbləğində əldən çıxmış fayda, 10.000 manat məbləğində dəymiş mənəvi zərərin, hüququ yardım üçün iddiaçının ödədiyi 210 manat maliyyə vəsaitinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 74.440 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 1108 saylı sərəncamı ilə Cavabdeh fərdi yaşayış evinin inşası üçün Bakı şəhəri Binəqədi qəsəbəsində 600 kv.m metr torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin Cavabdeh adına şəxsi mülkiyyət kimi qeydə alınması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 42 saylı ev ilk dəfə xx.xx.1998-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmiş, xx.xx.1999-cu il tarixdə cavabdeh “Q” tikilisini, 1 otaq – 17.9 kv.m, köməkçi sahəsi 11,8 kv.m olmaqla 27 saylı DNK-da 3MA 1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı satmış və sonuncuya xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Onlar arasında əvvəlcədən yazılı bağlanmış xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Q” tikilisinin yerləşdiyi 4 sot torpaq sahəsini Cavabdeh 500 ABŞ dolları müqabilində İddiaçı satmış, həmin ərazi (4 sot) iddiaçıya naturada təhvil verilmiş, arakəsmələr mişar daşı ilə tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar nəzərə alınmaqla hasarlanaraq bölgü aparılmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsindəki mövcud olmuş tikililər “A” yaşayış evindən, “B” qarajdan və “Q” yaşayış otağından ibarət olmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2001ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60.1 kv.m olan evin, 30.4 kv.m sahəli bir yataq otaqlı və bir köməkçi otaqlı “A” tikilisi Cavabdeh, 29.7 kv.m sahəli bir yaşayış otağı və bir köməkçi otaqlı “Q” tikilisi isə İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır. Cavabdeh tərəflər arasında olan razılaşmalara əməl etməyərək alqı-satqı müqaviləsinə uyğun olaraq ərazinin bölgüsxemini notariat qaydasında rəsmiləşdirməmişdir. Həmçinin cavabdeh bir müddət öncə iddiaçıya məxsus həyətyanı sahəyə dəmir qapının qıfılını sındırmış, əraziyə daxil olaraq “Q” tikilini sökmüş, bununla da iddiaçıya 59400 manat (29.7 kv.m x 2000 AZN) məbləğində ziyan vurmuşdur. Bundan başqa bir yaşayış otağı və bir köməkçi otaqlı “Q” tikilindən iddiaçı tərəfindən istifadə edə bilməməsi nəticəsində ona, bir aylıq orta icarə qiyməti 200 manat, iki il üçün 4800 manat olmaqla gəlirdən məhrum olmuşdur. Eləcədə iddiaçıya keçirdiyi sarsıntılara görə 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisini yerləşdiyi 400 kv.m torpaq sahəsinin texniki pasport əsasında ayrılması (bölünməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsinin ona aid olduğunu, əksinə iddiaçının onun torpaq sahəsini zəbt etdiyini və ziyan vurduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1999-cu il tarixli 074181 nömrəli müqaviləyə əsasən, Cavabdeh özünə məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 68, 42 ünvanda yerləşən 599.7 kv.m torpaq sahəsində yerləşən evin “Q” hissəsini bütünlükdə, yaşayış sahəsi 17.9 kv.m, qeyri-yaşayış sahəsi 11.8 kv.m olan bir otaqlı yaşayış evini X1. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 010202 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 68-ci korpusda yerləşən 2 otaqlı, 43.1 kv.myaşayış sahəsi, 60.1 kv. ümumi sahəsi olan 42 saylı fərdi yaşayış evi X3 adına “Q” tikilisi (1 otaq, y/s 17.9 m2, köm/s 11.8 m2), Cavabdeh adına “A” tikilisi (1 otaq, y/s 25.2 m2, köm/s 5.2 m2) xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 02 saylı reyestr kitabında 197 səhifədə 30/1076 nömrə ilə, xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. - əlyazma ilə yazılmış və vətəndaşlar Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh 2-ci mədən, korpus 68, ev 42 mənzilin əkin sahəsi olan sahədən X4 4 sot satmış və bunun müqabilində tərəflər arasında razılaşma 1000 ABŞ dolları olmuş, həmin an Cavabdeh 500 ABŞ dolları almışdır. - ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əlavə edilən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 1108 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68 korpus, 42 saylı evə dair tərtib edilmiş texniki pasportun surətindən görünür ki, “Q” tikilisi - 17.9 m2 yaşayış sahəsindən, 11.8 m2 köməkçi sahədən (mətbəx), “A” tikilisi 25.2 m2 yaşayış sahəsindən, 5.2 m2 köməkçi sahədən (mətbəx) ibarət olmaqla, bir həyətyani sahədə yerləşmişlər. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2922 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvana baxış keçirilən zaman tədqiq olunan “Q” literli yaşayış evinin sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatları ilə mövcud vəziyyəti müqayisə edilən zamanı mübahisəli torpaq sahəsinin hüdudları daxilində “Q” tikilisindən əlavə “A” və “B” literli yaşayış evlərinin yerləşdiyi və hal-hazırda həmin tikililərin yerində olduğu müəyyən edilmişdir. Həmin həyətyanı torpaq sahəsi faktiki olaraq 3 hissəyə bölünərək “A”, “B” literli yaşayış evlərinin həyətyanı torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğu və sökülmüş “Q” literli yaşayış evinin torpaq sahəsinə ayrıca darvazanın quraşdırıldığı müəyyən edilmişdir və “Q” tikilisinin təcrid mənzillər şəklində ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Həmçinin ünvan 4 ünvanda yerləşən “Q” tikilisi “A” və “B” tikililərindın ayrı-ayrılıqda yerləşdiyindən, yaşayış evlərinin paylarına müvafiq real bölünməsi “İnşaat Norma və Qaydalarına” uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün “Q” literli yaşayış evinin qarşısından 3.0 metr ara məsafəsi saxlanılaraq 8.0 metr uzunluğunda, 9.0 metr enində sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4182 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən “Q” tikilisi fərdi yaşayış evinin inşaasında yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 6745,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. - CD diskdə olan görüntülərdən (qonşular tərəfindən çəkilmiş) və fotoşəkillərdən müəyyən edilir ki, Cavabdeh dəfələrlə iddiaçıya məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq, ziyan verməyə cəhd göstərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən tikiliyə cavabdehin ziyan vurması faktı iddiaçının izahatı ilə yanaşı işin materialları ilə sübuta yetirildiyindən, iddiaçın əmlakına vurulmuş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 59.400 manat məbləğində deyil, 6745 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 6745 (altı min yeddi yüz qırx beş) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Həmçinin məhkəmə ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin texniki pasport əsasında ayrılması (bölünməsi) hissəsində araşdıraraq hesab edir ki, həmin hissədə idda tələbi təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi alqı-satqı əsasında alındığı və dövlət qeydiyyatından keçdikdən sonra torpaq sahəsinə dair qanunamüvafiq qaydada tərəflər arasında bölgü aparılmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ərazidə mövcud olan “Q” tikilisi faktiki olaraq söküldüyündən və həmin ərazinin naturada bölünməsi mümkün olmadığından, torpaq sahəsi texniki pasport əsasında ekspert rəyinə əsasən bölünməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Məhkəmə idda tələbinin hüququ yardım üçün iddiaçının ödədiyi 210 manat maliyyə vəsaitinin cavabdehdan alınaraq ona ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə sübutları təqdim edərək, şəxsi maddi durumu və hüquqi yardım almaq üçün Vəkillər Kollegiyasına edilmiş ödəniş barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılmalı (bölünməli), Cavabdeh dəymiş zərərin əvəzi olaraq 6745 (altı min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılsın (bölünsün). Cavabdeh dəymiş zərərin əvəzi olaraq 6745 (altı min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(001)-32/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-32/2022
17.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver