Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-321/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, Cavabdeh1 və onun nümayəndəsi, Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər X4 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 razılığı olmadan Kirov rayonu XDS-nin 23 iyul 1982-ci il tarixli, 2/49 nömrəli qərarı ilə ailəsinin qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən 24 kv.m ibarət olan bir otaqlı mənzilə dair şəxsi maliyyə hesab sənədinin dəyişdirilməsi, həmin mənzilə dair onun adına sosial kirayə müqaviləsi bağlanması və kommunal xərclərini ödəmək üçün mənzilə dair onun adına şəxsi maliyyə hesab sənədinin açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 40 ildən çoxdur ki, onun ailəsinin qanuni istifadəsindədir. Kirov rayon XDS-nin 23 iyul 1982-ci il tarixli, 2/49 nömrəli qərarından müəyyən edilir ki, həmin mənzilin icarədarı qayınatası X5 olmuşdur, onun ölümündən sonra icarədar qayınanası X7 olmuş və mənzilə dair şəxsi maliyyə hesab sənədi qayınanasının adına dəyişdirilmişdir. Onun da ölümündən sonra icarədar əri X6 olmuşdur. “Binəqədineft” NQÇİ-nin 29.10.1998-ci il tarixli, 07-11/115 nömrəli məktubu ilə əsas icarəçinin X1 adına keçirilməsinə icazə verilmişdir.Əri X3 15 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra mənzili o idarə edir. Mənzilin yerləşdiyi torpaq sahəsinə dair şəxsi hesab kodunun onun adına dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə cavab məktubunda X2 adına açılmış şəxsi hesab kodunun onun adına dəyişdirildiyini bildirmişdir.Bundan sonra o mənzilin kirayə müqaviləsinin onunla bağlanılması və şəxsi maliyyə hesabı açılması ilə bağlı Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət etmiş və müraciəti aidiyyəti üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir və öz növbəsində sonuncu cavab olaraq bildirmişdir ki, “qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər(mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd order, mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti və qeydiyyatda olub çıxanlar haqqında arayış) təqdim etmədiyiniz üçün xahişinizi təmin etmək mümkün olmamışdır. Qeyd olunan sənədləri topladıqdan sonra təkrar müraciət edə bilərsiniz”. Bununla yanaşı qeyd etmişdir ki, evdə qeydiyyatda olanların çox hissəsi mənzilə dair onun adına sosial kirayə müqaviləsi bağlanmasına razıdırlar və bu barədə notarial qaydada razılıq ərizələri verilmişdir. Lakin hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa mənzildə yaşadıqlarını bəhanə edərək onların yaşadığı mənzilə görə torpaq vergisini ödəmir, kommunal xərcləri-işıq, qaz, su, pulunu ödəmir, sosial kirayə müqaviləsinin onun adına bağlanmasına suni maneçilik törədirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(001)- 6061/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlər X4 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair mülki iş üzrə sosial kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması öhdəliyinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi hissəsində icraata xitam verilməsi, iddiaçıya müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(001)-6061/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlər X4 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, və qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 və İddiaçı tərəfindən şikayət verilmiş, şikayətlər təmin edilmədiyindən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10247/2021 saylı, 18.10.2021-ci il tarixli qərardadları ilə İddiaçı və Cavabdeh1 şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 23.12.2021-ci il tarixli məktubu ilə İddiaçı vəkili Vəkil2 bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlər X4 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair mülki iş üzrə sosial kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması öhdəliyinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi hissəsində icraata xitam verildiyindən, iddia tələbinin digər hissəsi ilə bağlı iddiasını dəqiqləşdirsin, əks təqdirdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılacaqdır. 19.01.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim etməmişdir. Hazırda iddiaçı mülki iş üzrə təyin olunan məhkəmə iclasında iştirak etməməklə bərabər işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmamış, cavabdehlərə yönələn tələbi qeyri-müəyyən olaraq qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehlərə yönələn tələbin qeyrimüəyyənliyini nəzərə alıb o qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından baxılmamış saxlanılmalıdır. Halbuki Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi, Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirdilər. Cavabdehin nümayəndəsi bundan əlavə bildirdi ki, hazırki formada iddiaya mahiyyəti üzrə baxılması mümkün deyil, belə ki, qəbul ediləcək qətnamənin icrası mexanizmi qeyri-müəyyəndir. Çünki hazırki tələb faktiki olaraq müqavilə bağlanılmağa məcburetmə ilə eyni mahiyyət daşıyır. Bundan başqa qanun icarədarların ailə üzvünə bərabər hüquqlu subyekt kimi yanaşır, onların bir-birindən daha üstün mövqeyi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər X4 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-321/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-321/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver