Məhkəmə qərarları › İş №2(001)-3222/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3222/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3222/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 31.561,64 manat məbləğində əsas borcun, 22.881,06 manat cərimə borcunun, ümumilikdə isə 54.442,7 manat məbləğində pul vəsaitinin ondan alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-852/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin iddiaçıya qarşı “pul tələbinə dair” iddiasının qismən təmin edilməsi, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 01.07.2018-ci il tarixli P001-2018 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 31.561,64 manat əsas borc, 2.000 manat dəbbə pulu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat məbləğində hissəsinin, ümumilikdə 33.571,64 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınıb “xxxx” MMC-yə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3477/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-852/2019 saylı, 28 iyun 2019cu il tarixli qətnaməsi, cavabdeh Orxan Qürbətli tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2020-ci il tarixli 2(102)-3134/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(106)-3477/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Həmin qətnamənin çıxarmasına səbəbkar birbaşa bu iş üzrə cavabdeh olan şəxs Cavabdehdur. Çünki, “xxxx” MMC tərəfindən 01.07.2018-ci il tarixli P001-2018 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan 01.07.2018-ci il tarixli “təhvil-təslim” Aktı üzrə 31 561,64 manat dəyərində olan məhsullar iddiaçıya deyil, Cavabdeh təhvil verilmişdir. Bu hal məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində şahid qismində ifadə verərək, eləcə də, Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlıyaraq 01.07.2018-ci il tarixli P001-2018 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan 01.07.2018-ci il tarixli “təhvil-təslim” Aktı üzrə 31 561,64 manat dəyərində olan məhsulun “xxxx” MMC tərəfindən məhz ona təhvil verilməsini bir daha etiraf etmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, 31561,64 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, “xxxx” MMC ilə bağlanmış müqavilə üzrə İddiaçı verilməli olan malların 22000 manat dəyərində olan hissəsini İddiaçı deyil, o, qəbul etmiş və həmin hissədə ona qarşı irəli sürülən tələb əsaslıdır. 04.05.2021-ci il tarixli məhkəmə baxış iclasının protokolundan göründüyü kimi, iddiaçı cavabdehin izahatına cavab olaraq bildirmişdir ki, iddia tələbinin qismən - 22000 manat hissəsində təmin edilməsinə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh bu barədə yazılı ərizə verməklə ona qarşı verilən iddianı qismən – 22000 manat hissəsində etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyindən və etiraf məhkəmə tərəfindən təsdiq edildiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 69.7% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 20,91 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 20,91 (iyirmi manat doxsan bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 9,09 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar